Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-189/2021 16.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 47.871,81 manat əsas borcun, ödənilmiş ƏDV əvəzi olaraq 8.616,93 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 56.518,74 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi (həcmin artırılması) barədə ərizə ünvanlayaraq, cavabdeh "xxxx" MMC-dən 57.534 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 57.564 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı (VÖEN **********) arasında 2019-cu ildən başlayan əməkdaşlıq hal-hazırda davam edir. Bu tarixlər aralığında iki tərəf arasında alqı-satqı prosesləri iddiaçı tərəfindən tətbiq olunan ödəmə güzəştləri çərçivəsində davam etdirilmişdir. Lakin “Palfood“ MMC tərəfindən son vaxtlar ödənişlər aparılmadığından müqavilə əsasında “Palfood" MMC-nin İddiaçı böyük məbləğdə borcu yaranmışdır ki, bu da hal-hazırda İddiaçı biznesinin həyata keçirilməsində ciddi maliyyə çətinliyi yaratmışdır. Belə ki, 09 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, cavabdehin 47.871,81 manat borcu yaranmışdır. Həmin borc məbləği tərəflər arasında olan 30.06.2019-cu il və 03.02.2020-ci il tarixli üzləşmə aktları ilə təsdiqlənmişdir. Qeyd edilən alqı-satqı müqavilələri əsasında cavabdehə satılmış malların 18 % ƏDV-si iddiaçı tərəfindən ödənilmiş və həmin məbləğ də 8.616,93 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə 03.12.2020-ci il tarixli bildiriş təqdim edilmiş və həmin bildirişdə borc məbləğinin ödənilməsi, ödənilmədiyi təqdirdə gecikdirildiyi hər gün üçün 0,1 % cərimə hesablanacağı qeyd edilmişdir. Həmçinin bildirilir ki, 03.12.2020-ci il tarixli bildiriş “X5” MMC vasitəsi ilə cavabdehə göndərilmiş lakin cavabdeh tərəfindən bildirişin qəbul edilməsindən imtina edilmişdir. Bu barədə “X5” MMC tərəfindən 07.12.2020-ci il tarixli akt tərtib edilməklə cavabdehin bildirişi qəbul etməkdən imtina etməsi qeyd edilmişdir. İddiaçı tərəfindən 14.12.2020-ci il tarixdə cavabdehə iddia ərizəsi göndərilmiş, lakin cavabdeh iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Bu barədə “X5” MMC tərəfindən 16.12.2020-ci il tarixli akt tərtib edilməklə cavabdehin iddia ərizəsini qəbul etməkdən imtina etdiyi təsdiqlənmişdir. Cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atılmamış və ona göndərilən bildiriş-pretenziyanın qəbul edilməsindən imtina edilmişdir. Bundan başqa, iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizədə qeyd olunmuşdur ki, tərəflər arasında 30.06.2019-cu il tarixdə üzləşmə atkı tərtib edilmiş və cavabdehin iddiaçıya 34.048,81 manat borc qalığının olması təsdiq edilmişdir. Bundan sonra müqavilə əsasında 01.07.2019-cu il tarixdən, 21.04.2021ci il tarixədək ƏDV daxil 32.168,90 manat məbləğində mal satışı edilmiş, 01.07.2019-cu il tarixdən 21.04.2021-ci il tarixədək 8.683 manat ödəniş qəbul edilmişdir. Hazırda cavabdehin 57.534 manat borcu mövcuddur. Qeyd olunanlara əsasən, məhkəməyə müraciət olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhsulların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı) istehsal fəaliyyətində istifadə oluna bilən müxtəlif növdə malları alıcıya ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini vaxtında ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığına əsasən malların qiyməti qarşılıqlı razılığı ilə müəyyən olunur və qaimə fakturalarda əks olunur. Müqavilənin 3-cü bəndinə əsasən, ödəniş tərəflərin razılaşdırdığı müddətlər çərçivəsində həyata keçirilir. İş materiallarında olan 09 yanvar 2020-ci il tarixli, 007/2020 CRY saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhsulların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı) müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “qiymət razılaşdırılması”nda adları göstərilən malları alıcıya ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, “satıcı” malı müqavilə ilə müəyyən edilmiş müddətdə “alıcı”ya təhvil verməlidir. Müqavilənin 2.4.1-ci bəndinə əsasən, “alıcı” malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini (qiyməti) ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, “satıcı” malı “alıcı”ya təhvil verəndən sonra 60 gün müddətində ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.3-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki,mal “Satıcı”ya məxsus olan anbarda təhvil veriləcək. İş materiallarında olan 30.06.2019-cu il tarixli üzləşmə aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.06.2019-cu il tarixə İddiaçı 34.048,81 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan 03.02.2020-ci il tarixli üzləşmə aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2020-ci il tarixə İddiaçı 47.871,81 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 03.12.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 09 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 47.871,81 manat və ƏDV əvəzi olaraq 8.616,93 manat borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə gecikdirilən hər gün üçün 0,1 % miqdarında cərimə hesablanmaqla məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumatlandırılmışdır. İş materiallarında olan 21.04.2021-ci il tarixli, İC006-2021 saylı maliyyə arayışında qeyd olunur ki, tərəflər arasında 30.06.2019-cu il tarixdə üzləşmə edilmiş və "xxxx" MMCnin İddiaçı 34.048,81 manat borc qalığı olduğu tərəflərin imzası ilə təsdiq edilmişdir. 01.07.2019-cu il tarixdən 21.04.2021-ci il tarixədək ƏDV daxil 32.168,90 manat məbləğində mal satışı edilmiş, 01.07.2019-cu il tarixdən 21.04.2021-ci il tarixədək 8.683,71 manat ödəniş qəbul edilmişdir. 21.04.2021-ci il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fərdi sahibkar İddiaçı 57.534 manat borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 02.09.2019-cu il, 20.09.2019-cu il və 01.11.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, təqdim olunmuş mallara görə ümumilikdə 13.245,50 (4.725,90 + 967,60 + 7.552) manat pulun ödənilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edilmişdir. Qaimələr "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmuş A.Elgün adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan satış qaimələrindən görünür ki, CRYSTALLAB (İddiaçı istifadə etdiyi əmtəə nişanıdır) tərəfindən PALSÜD-ə (cavabdehin nümayəndəsi və vəkili "xxxx" MMC-nin əmtəə nişanı olduğunu bildirmişdir) 18.07.2019-cu il tarixdə 1.443,50 manat, 26.07.2019-cu il tarixdə 3.186 manat, 05.08.2019-cu il tarixdə 1.180 manat, 31.10.2019-cu il tarixdə 6.400 manat, 08.01.2020-ci il tarixdə 1.280 manat olmaqla, cəmi 13.489,50 manat məbləğində mal təhvil verilmişdir. Qaimələr "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmuş A.Elgün adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan iddiaçı (mailto:crystallab@inbox.ruElektron ünvan 1, mailto:bayil@mail.ruElektron ünvan 2) ilə "xxxx" Məhdud MMC-nin əvvəlki rəhbəri Elvin İsmixanov (mailto:eismikhanov@palsud.azElektron ünvan 3) və işçisi Günay Əliyeva (mailto:galiyeva@palsud.azElektron ünvan 4) aralarında olan e-mail (o cümlədən mailto:palfoodaudit@gmail.comElektron ünvan 5 ünvanı ilə) yazışmalarından çıxarışlardan görünür ki, tərəflər arasında sifarişlərin verilməsi, malların təqdim olunması, malların qiymətləri, hesabatlar və qalıq borc barədə danışıqlar (yazışmalar) aparılmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərdən görünür ki, "xxxx" MMC-ilə X1 və X3 arasında bağlanılmış əmək müqavilələrinə 28.01.2020-ci il tarixdə xitam verilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, tərəflər arasında alqı-satqısı müqavilələri bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Tərəflər arasında olan qalıq borc məbləğlərinə dair 30.06.2019-cu il tarixli və 03.02.2020-ci il tarixli üzləşmə aktları tərtib edilərək imzalanmışdır. Bundan sonra da tərəflər arasında müqavilə münasibətləri davam etmiş, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, lakin cavabdeh tərəfindən malların dəyəri tam şəkildə ödənilməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə ilk olaraq, 30.06.2019-cu il tarixli və 03.02.2020-ci il tarixli üzləşmə aktlarına münasibət bildirərək qeyd edir ki, 30.06.2019-cu il tarixli üzləşmə aktı cavabdehə məxsus əmtəə nişanı olan (PALSÜD) blankda tərtib edilmiş, "xxxx" MMC-nin sabiq əməkdaşı Günay Əliyeva tərəfindən imzalanmışdır. Həmin zaman o, "xxxx" MMC-nin işçisi olmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin reallaşdırılması - tərəflər arasında sifarişlərin verilməsi, malların təqdim olunması, malların qiymətləri, hesabatlar və qalıq borc barədə danışıqlar tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətlərə əsasən, elektron poçt vasitəsilə aparılmışdır. Həmin yazışmalardan görünür ki, tərəflərin birinin-digərinə göndərdiyi e-maillərin surəti həm də "xxxx" MMC-nin həmin dövrdəki rəhbəri Elvin İsmixanova da göndərilmiş, onun bu yazışmalardan məlumatı olmuş, hərhansı etirazı olmamış (etirazının olması iş materialları ilə müəyyən olunmur), hətta iddiaçıya sifarişlər də məhz Elvin İsmixanov tərəfindən verilmişdir. Tərəflər arasında əlaqələr elektron poçt vasitəsilə həyata keçirildiyindən, həmin üzləşmə aktı da iddiaçıya elektron qaydada göndərilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, 30.06.2019cu il tarixli üzləşmə aktında qeyd olunan həcmdə, yəni 34.048,81 manat məbləğində cavabdehin iddiaçıya borcu qaldığı iş materialları ilə müəyyən olunduğundan bu hissədə iddia əsaslıdır. 03.02.2020-ci il tarixli üzləşmə aktına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu üzləşmə aktı da 30.06.2019-cu il tarixli üzləşmə aktı ilə eyni xüsusiyyətlərə malik olsa da (borcun həcmi istisna olmaqla), həmin üzləşmə aktı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, 03.02.2020-ci il tarixli üzləşmə aktı imzalanarkən, onu cavabdeh tərəfindən imzalamış Günay Əliyeva artıq "xxxx" MMC-nin əməkdaşı olmamış, onun əmək müqaviləsinə 28.01.2020-ci il tarixdə xitam verilmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, 30.06.2019-cu il tarixli üzləşmə aktı imzalandıqdan sonra, tərəflər arasında müqavilə münasibətləri davam etmiş, İddiaçı tərəfindən "xxxx" MMC-yə 02.09.2019-cu il, 20.09.2019-cu il və 01.11.2019-cu il tarixli elektron qaimələrə əsasən ümumilikdə 13.245,50 (4.725,90 + 967,60 + 7.552) manat dəyərində, həmçinin satış qaimələrinə əsasən - 18.07.2019-cu il tarixdə 1.443,50 manat, 26.07.2019-cu il tarixdə 3.186 manat, 05.08.2019-cu il tarixdə 1.180 manat, 31.10.2019-cu il tarixdə 6.400 manat, 08.01.2020-ci il tarixdə 1.280 manat olmaqla, cəmi 13.489,50 manat dəyərində mal təqdim edilmiş, hə iki halda (həm elektron həm da kağız daşıyıcıda) malların qəbul edilməsi "xxxx" MMC-nin sabiq əməkdaşı A.Elgün (X3) tərəfindən həyata keçirilmiş və onun tərəfindən müvafiq sənədlər imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 30.06.2019-cu il tarixli üzləşmə aktı, elektron qaimələr və satış qaimələri ilə cavabdehin iddiaçıya ümumilikdə 57.534 manat borcunun olması öz təsdiqini tapdığından, cavabdeh tərəfindən isə həmin borcun ödənilməsinə dair məhkəməyə hər-hansı sübut təqdim etmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi pulun ödənilməsinin tarixindən üç ildən çox vaxt keçmiş və bu müddətdə də iddiaçının bundan xəbəri olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülmədiyindən, cavabdehin ərizəsinə əsasən iddia rədd edilə bilməz. Belə ki, hazırki iş üzrə tələb edilən borc 30.06.2019-cu il tarixli üzləşmə aktı və bu tarixdən sonra tərəflər arasında baş tutan digər alqı-satqı münasibətlərindən yaranmışdır. İddia ərizəsi isə məhkəmənin icraatına 22.12.2020-ci il tarixdə daxil olmuşdur. Belə olan halda isə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 57.534 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 57.564 (əlli yeddi min beş yüz altmış dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 57.534 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 57.564 (əlli yeddi min beş yüz altmış dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-189/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-189/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver