Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1893/2025 16.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ATS FEED” MMCilə Cavabdeh MMC arasında bağlanmış GP S F-52/2023 nömrəli xx.xx.2023-cü il tarixliAlqı-satqı müqaviləsinə əsasən,214000,30 manat əsas borc və gecikdirməyə görə 42000 manat dəbbə pulu olmaqla, cəmi 256000,30 manat borcun və ödənilmiş 546 manat dövlət rüsumunun əvəzinin cavabdeh “X2M”MCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi və cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. Lakin hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirmişlər və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərəflərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə:
1. Cavabdeh Tərəflər arasında bağlanmış GP xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən, İddiaçıya 214000,30 manat borcun olduğunu təsdiq edir.
2. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya müraciət edərək, borcun ödənilməsinə möhlət verilməsini və borcun hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir.
3. Tərəflər borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlir və Cavabdeh aşağıda qeyd olunan qrafik üzrə aylıq ödənişlər etməklə Alqı-satqı müqaviləsi üzrə mövcud borc öhdəliklərinin tam yerinə yetirilməsini öhdəsinə götürür: xx.xx.2025-ci il tarixədək - 40 000 manat, xx.xx.2025-ci il tarixədək - 40 000 manat; xx.xx.2025-ci il tarixədək- 40 000 manat, xx.xx.2025-ci il tarixədək - 40 000 manat xx.xx.2025-ci il tarixədək - 54 000,30 manat. xx.xx.2025-ci il tarixədək - 54 000,30 manat.
4. Əgər cavabdeh xx.xx.2025-ci il tarixinədək əsas borc məbləğini tam şəkildə ödəyərsə, iddiaçı cavabdehin ona ödəməli olduğu 42.000 manat məbləğində olan dəbbə pulu tələbindən imtina edir və bu məbləğ üzrə Cavabdehə güzəşt tətbiq olunur. Göstərilən müddətdə asas borcun tam ödənilməməsi halında isə, iddiaçı dəbbə puluna dair tələbetmə hüququnu tam şəkildə özündə saxlayır.
5. İddianın verilməsi üçün ödənilmiş 546 manat dövlət rüsumu hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiqləndikdən sonra cavabdeh tərəfindən İddiaçıya ödənilir.
6. Hazırkı Barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd deyildir .Hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
7. Barışıq sazişinin bağlanmasının və məhkəmə tərəfindən təsdiqinin hüquqi nəticələri Tərəflərə aydındır.
8. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilməsi üçün Şirvan Kommersiya məhkəməsinə təqdim edilir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
9. Barışıq sazişi Tərəflərin hər biri və məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən və tərəflər arasında artıq mübahisə mövcud olmadığından işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Bundan əlavə, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı ilə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh tərəflər arasında bağlanmış GP xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən, iddiaçıya 214000,30 manat borcun olduğunu təsdiq edir.
2. Tərəflər borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlir və cavabdeh aşağıda qeyd olunan qrafik üzrə aylıq ödənişlər etməklə Alqı-satqı müqaviləsi üzrə mövcud borc öhdəliklərinin tam yerinə yetirilməsini öhdəsinə götürür: xx.xx.2025-ci il tarixədək - 40 000 manat, xx.xx.2025-ci il tarixədək - 40 000 manat; xx.xx.2025-ci il tarixədək- 40 000 manat, xx.xx.2025-ci il tarixədək - 40 000 manat xx.xx.2025-ci il tarixədək - 54 000,30 manat. xx.xx.2025-ci il tarixədək - 54 000,30 manat.
3. Əgər cavabdeh xx.xx.2025-ci il tarixinədək əsas borc məbləğini tam şəkildə ödəyərsə, iddiaçı cavabdehin ona ödəməli olduğu 42.000 manat məbləğində olan dəbbə pulu tələbindən imtina edir və bu məbləğ üzrə cavabdehə güzəşt tətbiq olunur. Göstərilən müddətdə asas borcun tam ödənilməməsi halında isə, iddiaçı dəbbə puluna dair tələbetmə hüququnu tam şəkildə özündə saxlayır.
4. İddianın verilməsi üçün ödənilmiş 546 manat dövlət rüsumu hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiqləndikdən sonra Cavabdeh tərəfindən İddiaçıya ödənilir.
5. Hazırkı Barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd deyildir .Hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
6. Barışıq sazişinin bağlanmasının və məhkəmə tərəfindən təsdiqinin hüquqi nəticələri Tərəflərə aydındır.
7. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilməsi üçün Şirvan Kommersiya məhkəməsinə təqdim edilir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
8. Barışıq sazişi Tərəflərin hər biri və məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Rəmzi Nəbiyev