Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1897/2023 05.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – 37551,25 manat borcun, 200 manat məbləğində mediasiya xərcinin və 5 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış D15 saylı, xx.xx.2022-ci il tarixli distribütor müqaviləsinə əsasən satıcı müxtəlif yem məhsullarını və digər malları (bundan sonra “Mal” və ya “Mallar” adlandırılacaq) distrübüterə verməyi, distrübüter isə onları qəbul etməyi, dəyərindən gec 4 gün içində ödəməyi və bu Müqavilədə nəzərdə tututlmuş qaydada topdan satışını, paylaşdırılmasını təşkil etməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulan iş və xidəmətləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. (Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” müxtəlif yem məhsullarını və digər malları distribüterə verməyi, distribüter isə onları qəbul etməyi, dəyərini ödəməyi və bu Müqavilədə nəzərdə tutulmuş qaydada topdan satışını, paylaşdırılmasını təşkil etməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulan iş və xidmətləri həyata keçirməyi (“distribüterlik fəaliyyəti”) öz öhdəsinə götürür). İddiaçı öz üzərinə düşən öhdəlikləri icra edərək Beyləqan distributoru Cavabdeh vaxtlı vaxtında sifarişə əsasən yem məhsulları və digər mallarla təmin etmişdir. Cavabdeh isə öz üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə ki, ən son xx.xx.2022-ci il tarixdə tərəflər arasında üzləşmə aparılmış və üzləşmə aktına əsasən Cavabdeh 2022-ci ildən qalan 13 529.13 manat borcu 2023-cü ilə qalıq olaraq keçmişdir. Maliyyə arayışından da göründüyü kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində (ən son əməliyyat xx.xx.2023-də aparılmışdır) Cavabdeh iddiaçı tərəfindən 1 099 753.99 manat miqdarında yem məhsulları satılmış, Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 1 075 731.87 manat pul vəsaiti ödənmişdir. Beləliklə (13 529.13 (keçən ildən qalıq borc) + 1 099 753.99) – 1 075 731.87 = 37 551.25 göründüyü kimi Cavabdeh iddiaçıya 37 551,25 manat borcu qalmışdır. İlkin mediasiya sessiyasına görə 200 manat ödəniş edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, iddianı qismən qəbul etmiş və göstərmişdir ki, borcunun olmasına etiraz etmir. Belə ki, onun iddiaçıya borcu vardır. 13000 manat borcu 2022-ci ildən qalmışdır. Həmin borcu da 2023-cü ildə hissə-hissə olmaqla tam şəkildə ödəmişdir. Lakin, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Hazırda cavabdeh məhkəməyə teleqramla müraciət edərək, göstərmişdir ki, o və nümayəndəsinin səhhətlərində yaranan xəstəliklərlə bağlı məhkəmə iclaslarında iştirak edə bilmirlər. Məhkəmə iclasının təxirə salınmasını xahiş edirlər. Əgər iclasın təxirə salınması mümkün olmursa, yanvar ayında iddiaçının ona qarşı iddia etdiyi 2022-ci ildən 2023-cü ilə keçən borc 2023-cü ilin yanvar ayında ödənilmişdir. Həmin borcu ödəmişdir, borc onun üzərində qala bilməz. Ödənilən borcun məbləği 13461,31 manat təşkil edir. Məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Cavabdehin vəkili Vəkil xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, lakin, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclaslarına ərizələrlə müraciət edərək, iclasların təxirə salınmasını xahiş etmişdir. Hazırda cavabdehin vəkili məhkəməyə vəsatətlə müraciət edərək, göstərmişdir ki, təyin olunmuş məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmir. Məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş edir. Məhkəmə iclasını təxirə olmaq mümükün olmadıqda kommersiya mübahisəsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş edir. Belə ki, kommersiya mübahisəsi üzrə cavabdeh şəxs iddiaçının iddia etdiyi məbləğdən növbəti ilə qalıq kimi keçirilmiş 13461.31 manat məbləğində borcu, nöbəti ilin yanvar ayından hissə-hissə ödədiyini bildirmişdir. Lakin bank hesabları üzrə çıxarışlar köhnə iş yerində qaldığına və həmin ofisin sahibi ilə aralarında məhkəmə mübahisəsi yarandığından həmin sənədləri götürməyə imkan verməmişlər. Bu səbəbdən həmin halı təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Yaranmış zərurətlə əlaqədar iddaçı tərəfindən cavabdehlə aralarında olan pul köçürmələri ilə bağlı sənədlərin iddiaçı tərəfindən təmin edilməsini və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Cavabdeh və onun vəkili məhkəməyə gəlməmələrinin səbəblərinin üzürlü olması barədə sübutlar təqdim etmədiklərindən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan D15 saylı xx.xx.2022-ci il tarixli malların alqı-satqısı (distribüter) müqaviləsinin və ona 1 nömrəli əlavənin surətlərindən görünür ki, satıcı müxtəlif yem məhsullarını və digər malları distribüterə verməyi, distribüter isə onları qəbul etməyi, dəyərini ödəməyi və bu müqavilədə nəzərdə tutulmuş qaydada topdan satışını, paylaşdırılmasını təşkil etməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulan iş və xidmətləri həyata keçirməyi (distribüterlik fəaliyyəti) öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4.2-ci bəndinə əsasən, satıcı tərəfindən istənilən vaxt birtərəfli qaydada bu müqaviləyə xitam verilir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 57A/23 saylı, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, D15 saylı xx.xx.2022-ci il tarixli malların alqısatqısı (distribüter) müqaviləsi xx.xx.2023-cü il tarixdən etibarən həmin müqavilənin 5.4.2ci bəndinə əsasən ləğv edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, cavabdehin boru 13529,13 manat məbləğində təşkil edir. İş materiallarına əlavə olunan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən EBDİ seriyalı, 574682 nömrəli, xx.xx.2023-cü tarixli e-Qaimə ilə 6410,25 manat; EBDİ seriyalı, 761030 nömrəli, xx.xx.2023-cü tarixli e-Qaimə ilə 10850,25 manat; EBDJ seriyalı, 258918 nömrəli, xx.xx.2023-cü tarixli e-Qaimə ilə 11886,25 manat; EBDJ seriyalı, 466773 nömrəli, xx.xx.2023-cü tarixli e-Qaimə ilə 12626,25 manat; EBDJ seriyalı, 883279 nömrəli, xx.xx.2023-cü tarixli e-Qaimə ilə 10771,17 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. Bundan əlavə, çoxsaylı elektron qaimələr də sonradan iddiaçı tərəfindən əlavə edilmişdir. İşdə olan “Əmtəə-nəqliyyat qaimə”lərinin surətlərindən görünür ki, mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 60/23 saylı, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 37551,25 manat məbləğində təşkil edir. İşə əlavə edilən 89A/23 saylı, xx.xx.2023-cü il tarixli iddiaçı ilə cavabdeh arasında 2023-cü il ərzində həyata keçirilmiş ödənişlər və qalan borc məbləğləri barədə məlumatın surətindən görünür ki, cavabdehin borcu 37551,24 manat məbləğində təşkil edir. İş materiallarında olan 06M/23 saylı, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 27031,25 manat məbləğində təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış malların alqı-satqısı (distribüter) müqavilə(lər)si üzrə cavabdeh müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən müqavilə üzrə tələb edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh topdan satışını, paylaşdırılmasını təşkil etməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulan iş və xidmətləri həyata keçirməyi (distribüterlik fəaliyyəti) öz öhdəsinə götürmüşdür. Cavabdeh isə göstərilən mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair, həmçinin digər vəzifələrini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilə üzrə tələb edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Lakin, məhkəmə hesab edir ki, borcun cavabdehdən tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, 06M/23 saylı, xx.xx.2023-cü il tarixli arayışından aydın olur ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 27031,25 manat məbləğində təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 27031,25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərci ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, eyni zamanda məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, habelə iddiaçı dövlət rüsumunu ödəməkdən qismən (belə ki, 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir) azad olunduğundan, məhkəmə xərcinə daxil olan 202,65 manat dövlət rüsumunun 2,65 manatı cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməli, 160 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 27031,25 manat borc, 150 manat mediasiya xərci və 2,65 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 160 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1897/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1897/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver