Məhkəmə qərarları › İş №e-2-2(121)-1906/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1906/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1906/2025 08.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranan borcun ödənilməsi tələbi” barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azerbaijan Logistics Services MMC və Cavabdeh MMC arasında imzalanmış 01 oktyabr 2024-cü il tarixli, 11-08/VN saylı “Yükdaşıma müqaviləsi” üzrə yaranmış 1210 manat əsas borc, gecikdirilmiş məbləğin ödənişi üçün hesablanan 650 manat dəbbə pulu, hüquqi yardımın göstəriləsi haqqında müqavilə üzrə hazırki iddia ərizəsinin məhkəməyə təqdim edilməsi və hüquqlarının təmsil edilməsi üçün ödənilmiş 1475 manat pul vəsaiti, ümumilikdə cəmi 3 335 manat məbləği və dövlət rüsümu üçün ödənilmiş 54 manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi bildirdi ki, tərəflər mübahisəni sülh yolu ilə həll etmək barədə qərara gəlmişlər. Ona görə də, məhkəməyə təqdim etdikləri Barışıq Sazişini təsdiq edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi bildirdi ki, tərəflər mübahisəni sülh yolu ilə həll etmək barədə qərara gəlmişlər. Ona görə də, məhkəməyə təqdim etdikləri Barışıq Sazişini təsdiq edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və barışıq sazişinin şərtlərini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş İddiaçı MMC və Cavabdeh nüayəndəsi tərəfindən imzalanaraq təsdiq edilmiş hazırki barışıq sazişini Şirvan Kommersiya Məhkəməsinin icraatında e-2-2(121)-1906/2025 nömrəli iş üzrə olan mübahisənin sülh yolu ilə həll etmək məqsədi ilə aşağıdakı şərtlərlə bağlayırlar:

1. Cavabdeh üzərinə öhdəlik götürür ki, İddiaçı MMC-yə olan 1210 manat məbləğində borcunu, 150 manat dəbbə pulu və hüquqi yardıma görə çəkilmiş 1000 manat xərci xx.xx.2026-cı il tarixədək İddiaçı MMC-nin hesabına ödəyəcək.

2. İddiaçı MMC üzərinə öhdəlik götürür ki, Cavabdeh MMC-yə 1210 manat məbləğində əsas borcunu 150 manat dəbbə pulu və hüquqi yardıma görə çəkilmiş 1000 manat xərci üçün xx.xx.2026-cı il tarixədək möhlət verəcək.

3. Hər iki tərəf qəbul edir ki, barışıq sazişinin şərtləri pozularsa qanunla müəyyən olunmuş qaydada mülki məsuliyyət daşıyacaqlar.

4. Hər iki tərəf barışıq sazişini könüllü olaraq tərtib edir və təsdiq olunması üçün məhkəməyə təqdim edirlər.

5. Tərəflər qəbul edir və bəyan edirlər ki, barışıq sazişinin təsdiq olunmasının Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində nəzərdə tutulmuş hüquqi nəticələri onlara aydındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən və tərəflər arasında artıq mübahisə mövcud olmadığından işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Bundan əlavə, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı MMC ilə Cavabdeh MMC arasında 08 sentyabr 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh MMC üzərinə öhdəlik götürür ki, İddiaçı MMC-yə olan 1210 (bir min iki yüz on) manat məbləğində əsas borcunu, 150 (bir yüz əlli) manat dəbbə pulunu və hüquqi yardıma görə çəkilmiş 1000 (bir min) manat xərci xx.xx.2026-cı il tarixədək İddiaçı MMC-yə ödəyəcək.

2. İddiaçı MMC üzərinə öhdəlik götürür ki, Cavabdeh MMC-yə 1210 manat məbləğində əsas borcun, 150 manat dəbbə pulunun və hüquqi yardıma görə çəkilmiş 1000 manat xərcin ödənilməsi üçün Cavabdeh MMC-yə xx.xx.2026-cı il tarixədək möhlət verəcək.

3. Hər iki tərəf qəbul edir ki, barışıq sazişinin şərtləri pozularsa qanunla müəyyən olunmuş qaydada mülki məsuliyyət daşıyacaqlar.

4. Hər iki tərəf barışıq sazişini könüllü olaraq tərtib edir və təsdiq olunması üçün məhkəməyə təqdim edirlər.

5. Tərəflər qəbul edir və bəyan edirlər ki, barışıq sazişinin təsdiq olunmasının Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində nəzərdə tutulmuş hüquqi nəticələri onlara aydındır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranan borcun ödənilməsi tələbi” barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar