Məhkəmə qərarları › İş №e-2-2(121)-1912/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1912/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1912/2025 07.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, S234/23 saylı Alqı-Satqı Müqaviləsi əsasında 8203.68 manat əsas, 820.37 manat dəbbə pulu və 110,24 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 9134.29 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Mövcud iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, İddiaçı MMCnin ərizəsi əsasında məhkəmə tərəfindən AR MPM-nin 54.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli qərardad ilə cavabdeh X7 əsl Cavabdeh ilə əvəz edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S234/23 saylı“Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 8203.68 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X7 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilədə və aktlarda olan imzaların ona məxsus olmadığını, obyekti bacısı oğlunun işlətdiyini, lakin onun “VÖEN”indən istifadə etdiyini bildirmiş və bundan sonra məhkəmənin keçirdiyi məhkəmə-xətşünaslıq ekspertizasından sonr imzaların həqiqətən də onun tərəfindən icra edilmədiyi aşkar olunmuş, ona görə də, onların ərizəsi əsasında əsl olmayan cavabdeh, əsl cavabdeh ilə əvəz edilmişdir. Hazırda isə Cavabdeh izahatında imzaların ona məxsus olduğunu, xx.xx.2023-cü il tarixli müqavilənin predmeti olan malların satış məqsədilə şəxsən onun tərəfindən iddiaçıdan alındığını, alınmış malların 20000 manat məbləğində oluğunu, buna görə təxmini 3500 manat ödəniş etdiyi, ümumilikdə isə təxmini 17735 manat mal qaytardığını bildirmiş, lakin iddiaçıya olan öhdəliklərini tam olaraq yerinə yetilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq o, iddianın təmin edilməsi barədə tnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcu iddianı qəbul etmədi və bildirdi ki, xx.xx.2023-cü il tarixli təhcizat müqaviləsi iddiaçı ilə X8 arasında bağlanmış kimi görünsə də, həmin müqavilə və malların qəbul aktları onun tərəfindən imzalanmışdır. Müqavilənin predmeti olmuş, iddia ərizəsində göstərilən mallar şəxsən onun tərəfindən satış məqsədi ilə alınmışdır. Aldığı malların ümumi dəyəri 20.000 manat məbləğində olmuşdur. Aldığı malların 3500 manatını ödəmiş, 7788,19 manat və 9974 manat olmaqla, cəmi 17777,35 manat məbləğində isə malları geri mal qaytarmışdır. Hazırki vəziyyətdə onun iddiaçıya deyil, iddiaçının ona borcu vardır. Qeyd etdiklərini nəzərə alaraq, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

6. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

7. İddiaçı MMC (Təchizatçı) ilə X8 (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, S234/23 nömrəli “Təchizat Müqaviləsi”nin: - 1.1-ci bəndinə əsasən “Təchizatçı” “Alıcı”ya “mal” satır. “Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəyir. Bu müqavilə çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. -1.2-ci bəndinə əsasən, Marların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Maflara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəflərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavələrdə əks olunur. -2.1-ci bəndinə əsasən, Malların təchizatı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavə”lər və onun ayrılmaz hissəsi olan “Spesifıkasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. -2.4-cü bəndinə əsasən, Mallar “Təchizatçı” və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən “Alıcı”nın müvafiq lisenziyaya malik olduğu bilavasitə “Alıcı"nın anbarına (mağazaya, digər binalara) çatdırılır. “Mal”ların “Alıcı”ya faktiki təhvil verildiyi və “Mal”lar üçün əlavə hesabfakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən “Mal”lara qulluq yükü və “Mal”ların təsadüfən itirilməsi riski “Alıcı”nın üzərinə düşür. - 4.1-ci bəndinə əsasən, Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Təchizatçı" qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Təchizatçı"nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı. “Alıcı” satılan “Mal’ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçı"nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. -4.2-ci yarımbəndinə əsasən, “Alıcı” realizasiya tarixindən etibarən hər 30 (otuz) təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-dən gec olmayaraq, satılan/satılmamış “Mal”ların qalıqları barədə məlumatı “Təchizatçı"ya təqdim etməyi öhdəsinə götürür. “Alıcı” tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan malllar olduğu halda belə “Təchizatçı” qarşısında “Mal"lar üçün tam ödəniş, öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş “Mal”lara görə tam həcmdə ödəniş tələbinə əsasən “Alıcı” “Təchizatçı” tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 (üç) iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. -5.1-ci yarımbəndinə əsasən, “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçı"ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Təchizatçı” təhvil verilmiş bütün “Mal”lara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Təchizatçı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

8. İş materiallarında olan EBCN 992689 nömrəli, xx.xx.2023-cü il tarixli (991,32 manat), EBCO 143914 nömrəli, xx.xx.2023-cü il tarixli (141,60 manat), EBDA 879166 nömrəli xx.xx.2023-cü il tarixli (424,80 manat), EBDA 929489 nömrəli, xx.xx.2023-cü il tarixli (566,40 manat), EBDA 956233 nömrəli, xx.xx.2023-cü il tarixli (728,16 manat), EBDB 049351 nömrəli, xx.xx.2023-cü il tarixli (1654,20 manat), EBDB 729987 nömrəli, xx.xx.2023-cü il tarixli (5238,60 manat), EBDC 738317 nömrəli, xx.xx.2023-cü il tarixli (4450,20 manat), EBDC 816827 nömrəli, xx.xx.2023-cü il tarixli (2722,44 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan və cavabdehin sifariş etdiyi malların siyahısından görünür ki, iddiaçı tərəfindən X5 ümumilikdə 16917,72 manat məbləğində sipirtli içki vasitələri təqdim edilmişdir.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “satış üçün təqdim olunan malların geri qaytarılması Aktı”ndan görünür ki, əyyən olunur ki, İddiaçı MMC-nin satış təmsilçisi Meyham Məhərrəmov tərəfindən müxtəlif vaxtlarda akta göstərilən sipirtli içkilərin geri təhvil alınmışdır.

10. İş materiallarında olan “malların təhvil-qəbul Aktları”ndan surətindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən X5 müxtəlif vaxytlarda ümumilkidə 15586,14 manat məbləğində sipirtli içki vasitələri təhvil verilmişdir.

11. İş materiallarında olan sifariş aktlarından və xx.xx.2024-cü il tarixli, 865 nömrəli “Üzləşmə Aktı”nın surətindən görünür ki, İddiaçı MMC tərəfindən X5 16 917,72 manat məbləğində sipirtli içki vasitələri təhvil verilmiş, qalıq borc 8203,68 manat təşkil edir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X8 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, S234/23 nömrəli “Təchizat” müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə ödənilməmiş borcu aşağıdakı kimidir: Yazılan qaimələrin ümumi məbləği: 16 917,72 manat Ödənilən məbləğ: 925,85 manat; Qaytarılan malların dəyəri: 7 788,19 manat Qalıq borc: 8 203,68 manat Gecikən hər il üzrə dəbbə pulu (2 il × 5 % = 10 %): 820,37 manat Cəmi iddia tələbinin məbləği: 9 024,05 manat.

13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə X8 MMC arasında bağlanılmış Təchizat müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X8 məlumatlandırılmışdır.

14. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, həmin ərizədə gösətrmişdir ki, iddia tələbi ona tam aydındır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhcizat müqaviləsi iddiaçı ilə X8 arasında bağlanmış kimi görünsə də, həmin alıcı sözünün qarşısındakı imza ona məxsusdur. Müqavilənin predmeti olmuş, iddia ərizəsində göstərilən mallar şəxsən onun tərəfindən satış məqsədi ilə alınmışdır. Aldığı malların ümumi dəyəri 20.000 manat məbləğində olmuşdur. Aldığı malların 3500 manatnı ödəmiş, 7788,19 + 9974 manat cəm olaraq, 17777,35 manat məbləğində isə malları geri mal qaytardığını qeyd etmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2025-ci il tarixli, 4/1572 nömrəli ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, işin 4-5-ci vərələrində olan xx.xx.2023-cü il tarixli, S234/23 saylı “Təchizat müqaviləsi”də “Alıcı:” qrafalarında olan imzalar - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 2. Ekspertizaya təqdim edilmiş, işin 10-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 501 nömrəli, işin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 585 nömrəli, işin 8-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 1230 nömrəli, işin 14-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 1302 nömrəli, işin 9-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 1377 nömrəli, işin 13-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 1843 nömrəli, işin 11-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 2500 nömrəli, işin 6-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 2835 nömrəli sifariş qəbzlərinin aşağı sağ hissəsində olan imzaların - X7 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı.

16. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Məhkəməxətşünaslıq eskpertizası üzrə aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir.

17. İş materiallarından görünür ki, **********85 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 110,24 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçın nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

23. Məhkəmə proses iştirakçılarını dinləyib, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında faktiki alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi “X12 Company” MMC, yəni “Təchizatçı” “Alıcı”ya “mal” satmağı, “Alıcı” isə həmin “Mal”ı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəməyi öhdəsinə götürmüşdür.

22. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı MMC (Təchizatçı) ilə X8 (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, S234/23 nömrəli “Təchizat Müqaviləsi” X3 adından bağlanmış, lakin Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, həmin müqavilə mülki məcəllənin tələblərinə zidd bağlandığından etibrasızdır.

23. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2025-ci il tarixli, 4/1572 nömrəli ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, işin 4-5-ci vərələrində olan xx.xx.2023cü il tarixli, S234/23 saylı “Təchizat müqaviləsi”də “Alıcı:” qrafalarında olan imzalar - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 2. Ekspertizaya təqdim edilmiş, işin 10-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 501 nömrəli, işin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 585 nömrəli, işin 8-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 1230 nömrəli, işin 14-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 1302 nömrəli, işin 9-cu vərəqində olan xx.xx.2023-cü il tarixli, 1377 nömrəli, işin 13-cü vərəqində olan xx.xx.2023-cü il tarixli, 1843 nömrəli, işin 11-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 2500 nömrəli, işin 6-cı vərəqində olan xx.xx.2023-cü il tarixli, 2835 nömrəli sifariş qəbzlərinin aşağı sağ hissəsində olan imzaların - X7 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.

24. Məhkəmə ekspert rəyini işin faktiki hallarına uyğun olduğundan mötəbər hesab edir.

25. Məhkəmə araşdırması nəticəsində İddiaçı MMC ilə Cavabdeh arasında faktiki alqısatqı müqaviləsininin mövcudluğu müəyyən edildiyindən, alqı-satqı müqaviləsi üzrə satıcıya aid vəzifələri icra etmək iddiaçının üzərinə, malın dəyərini ödəmək və ya öhdəlikdən azad olunmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC cavabdehə 16 917,72 manat məbləğində mal vermiş, cavabdeh tərəfindən ödənilən məbləğ 925,85 manat, qaytarılan malların dəyəri 7 788,19 manat, qalıq borc isə 8 203,68 manat təşkil edir.

27. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, həmçinin məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizədə iş materiallarında olan xx.xx.2023-cü il tarixli təhcizat müqaviləsi iddiaçı ilə X8 arasında bağlanmış kimi görünsə də, həmin alıcı sözünün qarşısındakı imza ona məxsusdur. Müqavilənin predmeti olmuş, iddia ərizəsində göstərilən mallar şəxsən onun tərəfindən satış məqsədi ilə alınmışdır. Aldığı malların ümumi dəyəri 20.000 manat məbləğində olmuşdur. Aldığı malların 3500 manatnı ödəmiş, 7788,19 + 9974 manat cəm olaraq, 17777,35 manat məbləğində isə malları geri mal qaytardığını qeyd etmişdir. Lakin, o, iddiaçıya müəyyən ödənişlər etməsini və malları qaytardığını bildirsə də, qeyd etdiyi xüsusuatları təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

28. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 8203,68 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən iddia tələbi əsas borca münasibətdə əsaslı hesab edilərək təmin edilməlidir.

29. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən müqavilədə göstərilən müddətdə ödənilməsi gecikdirildikdə, iddiaçının gecikdirilən hər gün üçün cərimə hesablamaq hüququ vardır. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

30. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

31. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 820,37 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

32. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8203,68 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

33. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 102,54 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 7,7 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

34. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat İddiaçı MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Məhkəmə bu qənaətə gələrkən, iddiaçının cavabdehi ilkin olaraq düzgün müəyyən edə bilməməsini nəzərə alır.

Nəticə

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 8203,68 manat əsas borc, 50 manat cərimə olmaqla, cəmi 8253,68 (səkkiz min iki yüz əlli üç manat, altmış səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 102,54 (bir yüz iki manat, əlli dörd qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 7,7 (yeddi manat, yeddi qəpik) manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ((VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar