Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1936/2023 14.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2884,62 manat əsas borc, 70 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1009,62 manat penya və 65 manat mediasiya xərci məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3959,24 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin birinci baxış iclası 21 noyabr 2023-cü il tarixə saat 11:40-a təyin edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək 21 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində prosesi olacağından eyni vaxt Şirvan Kommersiya Məhkəməsində olan iş üzrə məhkəmə iclasına çata bilməyəcəyinin nəzərə alınaraq prosesi başqa tarixə təxirə salmağı məhkəmədən xahiş etmişdir, həmçinin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, əsas borcu qəbul etdiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin yazılı vəsatəti nəzərə alınaraq, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə məhkəmə baxış iclası 14 dekabr 2023-cü il tarixə, saat 11:20-ə təxirə salınmışdır, bu barədə məhkəmənin qərardadı və məhkəmə bildirişi tərəflərə təqdim edilmişdir. Cavabdeh 14 dekabr 2023-cü il tarixə təyin olunmuş məhkəmənin baxış iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddaçı İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh bu iş üzrə borcunun bir hissəsini ödədiyini, qalan hissəsini ödəmək üçün vaxt istədiyini, bu səbəbdən cavabdehə möhlət verilməsi məqsədi ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Göründüyü kimi tərəflər məhkəmə iclasında iştirak etməyə borcludurlar və üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədikləri halda bu barədə sübutlar təqdim etməklə məhkəməyə məlumat verməlidirlər. Qeyd olunduğu kimi, cavavbdeh məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsinin ərizəsində göstərdiyi əsas isə məhkəmə baxış iclasının təxirə salınması üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1936/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1936/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver