Məhkəmə qərarları › İş №e-2-2(121)-1947/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1947/2022

25.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1947/2022 25.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin dövlət büdcəsinə olan 1.174, 07 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2.497,47 manat, İşsizlikdən Sığorta Fonduna 101,63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 404,23 manat olmaqla cəmi 4.177,4 manat məbləğində borc(ların)unun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2022-ci il tarixə 4.177,4 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsinin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs isə məhkəmə iclasında iştirak edərək qeyd etdi ki, borc bank hesabından vergi orqanı tərəfindən silinmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin borc(ları)u olmuşdur. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə bildirişlər göndərilmişdir. Ərizəçi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixində elektron kabinet vasitəsilə göndərilmiş, qeyd olunan müəssisənin qalıq borcuna dair cədvəldən görünür ki, "xxxx" MMC -nin dövlət büdcəsinə olan 1.174, 07 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2.497,47 manat, İşsizlikdən Sığorta Fonduna 101,63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 404,23 manat olmaqla cəmi 4.177,4 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-xx.xx.2022 tarix üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 4.000 manat, xx.xx.2022-ci il tarixdə 4.000 manat olmaqla cəmi 8.000 manat "xxxx" MMC-nin bank hesabına daxil olmuş və vergi orqanı tərəfindən ümumilikdə 8.000 manat hesabdan silinmişdir. Göründüyü kimi, vergi ödəyicis(lər)i öhdəliy(klər)ini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiy(klər)indən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi - Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə müvafiq olaraq, on(ların)un (icra orqanının rəhbərinin) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh borclarını ödədiyinə görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355-7-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar