Məhkəmə qərarları › İş №e-2-2(121)-1949/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1949/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1949/2025 04.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 oktyabr 2023-cü il tarixli ABE 0236/23 nömrəli nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 6895,20 manat (altı min səkkiz yüz doxsan beş manat iyirmi qəpik) məbləğində əsas borcun və ödənilmiş 89 manat (səksən doqquz manat sıfır qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 6984,2 manat (altı min doqquz yüz səksən dörd manat iyirmi qəpik) tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra – “Cavabdeh”) ilə İddiaçı (bundan sonra – “İddiaçı”) arasında 25 oktyabr 2023-cü il tarixində ABE 0236/23 nömrəli nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə (bundan sonra - “Müqavilə”) bağlanmışdır. Həmin Müqaviləyə uyğun olaraq İddiaçı cavabdehə nəqliyyatekspedisiya xidmətlərini göstərməyi (bundan sonra – “Xidmətlər”), cavabdeh isə Xidmətlərin dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq İddiaçı razılaşdırılmış Xidmətləri icra etməsinə baxmayaraq, Cavabdeh Müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində İddiaçı tərəfindən təqdim edilmiş 2 (iki) ədəd elektron qaimə-fakturaları qəbul etməsinə baxmayaraq fakturalar üzrə ödənişləri həyata keçirməmiş və nəticədə, həmin Müqavilə öhdəlikləri üzrə xeyli miqdarda borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixinədək Müqaviləyə uyğun olaraq göstərilmiş müəyyən xidmətlərin ödənişini həyata keçirməsinə və tərəflər arasında yaranmış etibarlı münasibətə əsasən iddiaçı cavabdehin Müqavilə üzrə öhdəliklərini icra edəcəyinə inanaraq xidmət göstərməyə davam etmişdir. Belə ki, bu günki tarixədək cavabdeh tərəfindən ödənilməli olan borc məbləği 6895,2 manat (altı min səkkiz yüz doxsan beş manat iyirmi qəpik) təşkil edir. Borc məbləği tərəflər arasında bağlanmış üzləşmə aktı ilə də təsdiq edilmişdir. Yaranmış borc məbləği ilə bağlı cavabdehə bir neçə dəfə şifahi olaraq məlumat verilmiş, ödənişləri vaxtı-vaxtında icra etməli olduğu barədə xəbərdar olunmuşdur. Qeyd olunan xəbərdarlıqlar nəticə vermədiyi üçün daha sonra cavabdehə yönəldilmiş 01 oktyabr 2024-cü il tarixli pretenziya məktubu (göndərilmə tarixi: xx.xx.2024) ilə borcun 10 (on) iş günü müddətində ödənilməsi tələbi irəli sürülmüş, əks təqdirdə isə qanunvericilik və Müqavilə ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin müddətin başa çatmasına baxmayaraq, hələ də bu günədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ABE 0236/23 nömrəli nəqliyyat-ekspedisiya xidmətlərin göstərilməsi haqqında müqavilənin: 1.1-ci bəndinə əsasən, Ekspeditor bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi olan hesab fakturalarda göstərilən çeşid, qiymət və kəmiyyətə uyğun Yükün haqq müqabilində olduqları yerdən təyinat yerinə daşınması ila bağlı nəqliyyat-ekspedisiya xidmətlərini həyata keçirir. Sifarişçi isə xidmət haqqını ödəməyi öhdəsinə götürür. Bu müqavilə tərəflərin təşkilati-hüquqi əsaslarını, hüquq və vəzifələrini, habelə müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə onların mülki-hüquqi məsuliyyətinin əsaslarını müəyyən edir. 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə xidmət haqqının miqdarı ödəniş sənədlərində qeyd edilir. Ödəniş sənədləri dedikdə, rezidentlərə münasibətdə hesabfakuıra və/və ya elektron qaimə-faktura; qeyri-rezidentlərə münasibətdə hesab faktura nəzərdə tutulur. 2.3-cü bəndinə əsasən, Sifarişçi sifarişə uyğun olaraq, xidmətlərin dəyərini tam həcmdə Ekspeditor tərəfindən ödəniş sənəd(lər)i təqdim edildiyi tarixdən 3 (üç) iş günü ərzində lakin istənilən halda həmin xidmətlərin icraya başlanacaq tarixindən gec olmayaraq Ekspeditorun bank hesabına köçürür. Ödəniş öhdəliyi, İcraçının hesabına müvafiq vəsaitin daxil olduğu an həyata keçirilmiş hesab olunur. 2.4-cü bəndinə əsasən, Yükün 1 (bir) tonunun daşınma qiyməti malın çeşidinə uyğun olaraq, "xxxx" QSC-nin X1 üzrə Tarif Siyasətindəki (bundan sonra "Tarif Siyasəti") bazis qiymətlərinə əsasən onlara tətbiq edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilir və Sifarişçiyə ödənişi əks etdirən hesab faktura təqdim olunur. "Azərbaycan Dəmir Yollan” QSC-nin X2 üzrə Tarif Siyasətindəki bazis qiymətlərindəki dəyişikliklər Ekspeditor tərəfindən xidmət haqqının dəyişdirilməsi üçün əsasdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməfakturalar və yol-nəqliyyat qaimələrindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ABE 0236/23 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən həyata keçirilmiş daşıma xidmətlərinin ümumi dəyəri 6895,20 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh tərəfindən imzalanmış “Üzləşmə aktı”ndan görünür ki, həmin aktı tərtib etməklə tərəflər Cavabdehxx.xx.2024-cü il tarixə "xxxx" MMC-nə 6895,20 manat borcunun olmasını təsdiq etmişlər. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ABE 0236/23 nömrəli xidmət müqaviləsi üzrə yaranmış borcun 10 təqvim günü ərzində "xxxx" MMC-nə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (yük daşınması müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifariş etdiyi yükü təyinat yerinə daşıyaraq cavabdehə təhvil verdiyini, lakin cavabdehin daşımanın dəyərini tam şəkildə ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 6895,20 məbləğində borcunun qaldığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını yük daşınması müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı fəslinin 2-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə yük daşınması müqaviləsinə dair maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10870325 saylı elektron qaiməfaktura və xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10958168 saylı elektron qaiməfakturaya, yol-nəqliyyat qaimələrinə və tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ABE 0236/23 nömrəli müqavilə üzrə "xxxx" MMC tərəfindən həyata keçirilmiş daşıma xidmətlərinin ümumi dəyərinin 6895,20 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını iddiaçı tərəfindən həyata keçirilmiş daşıça xidmətinin dəyərini təşkil edən 6895,20 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra edərək cavabdehin sifarişlərinə əsasən 2024-cü ilin may – iyul ayları ərzində yük daşınması xidmətini həyata keçirdiyini və həmin daşımaların ümumi dəyərinin 6895,20 manat təşkil etdiyini, cavabdehin həyata keçirilən daşımalar üzrə ödəniş etmədiyi, nəticədə cavabdehin ödənilməmiş 6895,20 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin yük daşınması xidməti üzrə öhdəliyini icra etməyərək göstərilən xidmətin dəyərini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında imzalanmış xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, yükün təyinat yerinə daşınmasına dair sənədlərə, cavabdehə göndərilmiş elektron qaimə-fakturalara, tərəflər arasında imzalanmış üzləşmə aktına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, işdə olan üzləşmə aktından görünür ki, həmin aktı imzalamaqla cavabdeh iddiaçıya 6895,20 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair qaimələri, elektron qaimə-fakturaları, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 6895,20 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 6895,20 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehə məxsus yükü təyinat yerinə daşıyaraq təhvil vermişdir, lakin cavabdeh daşımanın dəyərini təşkil edən 6895,20 məbləğində daşıma haqqını iddiaçıya ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 89 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, yük daşınması müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ABE 0236/23 nömrəli müqavilə üzrə 6895,20 manat məbləğində əsas borc və ödənilmiş 89 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6984,2 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar