Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1954/2023 11.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ İş № e-2-2(121)-1954/2023 Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan Kommersiya Məhkəməsi 11 sentyabr 2023-cü il Şirvan şəhəri Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 17.591,15 manat məbləğində (o cümlədən, vergilər üzrə 15.523,92 manat, faizlər üzrə 2067,23 manat) , İcbari Tibbi Sığorta Fonduna 35,81 manat, İşsizlikdən Sığorta Fonduna 6,95 manat olmaqla, ümumilikdə 17.633,91 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 17.591,15 manat məbləğində (o cümlədən, vergilər üzrə 15.523,92 manat, faizlər üzrə 2067,23 manat) , İcbari Tibbi Sığorta Fonduna 35,81 manat, İşsizlikdən Sığorta Fonduna 6,95 manat olmaqla, ümumilikdə 17.633,91 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə maraqlı şəxsə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi olan maraqlı şəxs yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi, vergi ödəyicisi olan Maraqlı şəxs vergi və digər ödənişlər üzrə yaranmış cəmi 17.633,91 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2016-cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir. O, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası, Cəlilabad şəhərində doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) və hazırda Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi ev 87 ünvanında qeydiyyatdadır. Maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə borcu 17.591,15 manat məbləğində (o cümlədən, vergilər üzrə 15.523,92 manat, faizlər üzrə 2067,23 manat) , İcbari Tibbi Sığorta Fonduna borcu 35,81 manat, İşsizlikdən Sığorta Fonduna borcu 6,95 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi, işsizlik və icbari tibbi sığorta üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Bununla da, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs dövlət büdcəsinə ,İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Maraqlı şəxs borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Vergi ödəyicisi olan, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs dövlət büdcəsinə 17.591,15 manat məbləğində (o cümlədən, vergilər üzrə 15.523,92 manat, faizlər üzrə 2067,23 manat) , İcbari Tibbi Sığorta Fonduna 35,81 manat, İşsizlikdən Sığorta Fonduna 6,95 manat olmaqla, ümumilikdə 17.633,91 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Abbasov İş № e-2-2(121)-1954/2023 Məhkəmə iclasının protokolu Şirvan Kommersiya Məhkəməsi hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (Maraqlı şəxs) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə 11 sentyabr 2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxır. Məhkəmə iclası başlandı saat 11:05-də. Sədrlik edən məhkəmə iclasını açır, baxılan işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək, qərara alır: İşə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs iştirakları olmadan baxılsın. Sədrlik edən baxılacaq işi məruzə edərək bildirir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə baxır. Sədrlik edən iş materiallarında mövcud olan sənəd və sübutları elan edir. Sədrlik edən müşavirə otağına gedir. Məhkəmə iclası qurtardı saat 11:07-də. Protokol 11 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim Zaur Abbasov Məhkəmə iclas katibi Pərviz Həsənli İş № e-2-2(121)-1954/2023 11 sentyabr 2023-cü il Maraqlı şəxs Ünvan: Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi ev 87. Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 1954/2023 saylı qətnaməsi məlumat Sizə göndərilir. Əlavə olaraq bildirilir ki, qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyat keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəssinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması və yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti Hakim Zaur Abbasov İş № e-2-2(121)-1954/2023 11 sentyabr 2023-cü il Ərizəçi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə Ünvan: Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 97A. Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(121)-1954/2023 saylı qətnaməsi məlumat və icra olunması üçün Sizə göndərilir. Əlavə olaraq bildirilir ki, qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyat keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəssinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması və yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1954/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1954/2023
11.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver