Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1960/2022 14.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixli 036074 nömrəli aktın ləğv edilməsi, akt əsasında yazılmış borcun əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsi və mediasiya prosesi üçün ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsinə dair işə Şirvan Kommersiya Məhkəməsində inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı – xx.xx.2022-ci il tarixli 036074 nömrəli aktın ləğv edilməsi, akt əsasında yazılmış borcun əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsi və mediasiya prosesi üçün ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının vəfat etməsinə dair sənədləri məhkəməyə təqdim etmiş, eyni zamandada mirası qəbul etmiş vərəsəsinin məlumatlarının məhkəməyə təqdim edilməsinə dair vəsatət vermişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı2 onun övladıdır və İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 ilə əvəz olunmuşdur. İş üzrə məhkəmə iclası 14 noyabr 2022-ci il tarixə, saat 11:10-a təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdeh mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixli 036074 nömrəli aktın ləğv edilməsi, akt əsasında yazılmış borcun əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsi və mediasiya prosesi üçün ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1960/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1960/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver