Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1963/2022 10.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.000 manat məbləğində borcun, 190 manat cərimənin, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.850 manat məbləğində borcun, 201 manat cərimə olmaqla, cəmi 8.150 manat əsas məbləğin və 391 manat cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 100 manat rüsumun tutulması tələbinə dair dair işə Şirvan Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.000 manat məbləğində borcun, 190 manat cərimənin, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.850 manat məbləğində borcun, 201 manat cərimə olmaqla, cəmi 8.850 manat əsas məbləğin və 391 manat cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 100 manat rüsumun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri, qiymətlərin razılaşma protokolları və təhviltəslim aktları imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malları bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Pretenziya məktubları, iddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı, mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 7.500 manat olmaqla mal almışdır. Həmin məbləğin 1.000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 6.500 manatı xx.xx.2022-ci il tarixli X2 əsasən qrafikə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləg üzrə qalıq borc 4.000 manat, cərimə borcu isə 190 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 7.350 manat olmaqla mal almışdır. Həmin məbləğin 1.000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 6.350 manatı xx.xx.2022-ci il tarixli X2 əsasən qrafikə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləg üzrə qalıq borc 4.850 manat, cərimə borcu isə 201 manat təşkil edir.Bununla bağlı olaraq cavabdehə pretenziya məktubları da göndərilmişdir. xx.xx.2022ci il tarixdə “X6 “MMC tərəfindən borcluya alqı-satqı müqavilələri əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə“X6 “MMC tərəfindən 2 X3 ərizə ilə müraciət edilmiş, ərizə icraata qəbul olunmuş, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə 10 avqust 2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 100 manat təşkil etmiş və Cəmiyyətimiz tərəfindən ödənilmişdir (qəbz ərizəyə əlavə olunur) Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır.”Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı”malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər. İddiaç tərəfindən xx.xx.2022-ci il tarixində məhkəməyə elektron kabinet vasitəsi ilə iddianın həcminin azaldılması barədə ərizə göndərilmiş və cavabdeh tərəfindən 700 manat ödəniş edildiyi qeyd olunaraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.000 manat məbləğində borcun, 190 manat cərimənin, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.150 manat məbləğində borcun, 201 manat cərimə olmaqla, cəmi 8.150 manat əsas məbləğin və 391 manat cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 100 manat rüsumun tutulması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinin xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, satıcı Əlavə-1-də əks olunan malı alıcıya satır, alıcıya lazım olan keyfiyyətə uyğun gələn saz vəziyyətdə mal verir. Satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini 7 ay ərzində bu müqavilənin tərkib hissəsi olan Əlavə-1 əsasında ödənilməsini alıcıdan tələb edir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, şirkətdən ümumi dəyəri 7.500 manat olan mal qeydə alınmışdır. Alıcı alınan malın ümumu dəyərinin ümumi razılaşdırılmış məbləğinin 1.000 manat ilkin ödənişi dərhal, qalıq məbləği 7 ay ərzində “Əlavə 1”ə uyğun formada satıcıya ödəniş qəbzləri əsasında ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən, mala dair mülkiyyət hüququ malın dəyəri alıcı tərəfindən tam ödənilənədək satıcının özündə qalır. Alıcı mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Alıcı malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda satıcı istənilən vaxt malı alıcıdan geri götürə bilər. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, satıcı Əlavə-1-də əks olunan malı alıcıya satır, alıcıya lazım olan keyfiyyətə uyğun gələn saz vəziyyətdə mal verir. Satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini 6 ay ərzində bu müqavilənin tərkib hissəsi olan Əlavə-1 əsasında ödənilməsini alıcıdan tələb edir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, şirkətdən ümumi dəyəri 7.350 manat olan mal qeydə alınmışdır. Alıcı alınan malın ümumu dəyərinin ümumi razılaşdırılmış məbləğinin 1.000 manat ilkin ödənişi dərhal, qalıq məbləği 6 ay ərzində “Əlavə 1”ə uyğun formada satıcıya ödəniş qəbzləri əsasında ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən, mala dair mülkiyyət hüququ malın dəyəri alıcı tərəfindən tam ödənilənədək satıcının özündə qalır. Alıcı mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Alıcı malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda satıcı istənilən vaxt malı alıcıdan geri götürə bilər. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 4.190 manat borcu yaranmışdır. X1 qeyd olunan qrafikə əsasən 7 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, cavabdehə sonuncu dəfə müraciət edilərək, 4.190 manat məbləğində borcunun bu pretenziyanı aldığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5.051 manat borcu yaranmışdır. X1 qeyd olunan qrafikə əsasən 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, cavabdehə sonuncu dəfə müraciət edilərək, 5.051 manat məbləğində borcunun bu pretenziyanı aldığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd olunan mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd olunan mallar cavabdehə təhvil verilmişdir. Məhkəmə ilkin mediasiya sessiyasında ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan ilkin mediasiya sessiyasınında ödənilən 100 manat cavabdehdən tutulması hissəsi də əsaslıdır. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, cərimənin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 190 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 201 manat məbləğində cavabdehdən tutulması hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 8.150 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.000 manat məbləğində borc, 190 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 4.150 manat məbləğində borc, 201 manat cərimə, mediasiya prosesi üçün ödənilmiş 100 manat, cəmi 8.641 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1963/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1963/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver