Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1987/2023 05.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2023-cü il tarixli No S 133/23 saylı “təchizat müqaviləsi” əsasında yaranmış 7104 manat borc və 100 manat mediasiya xərcinin cavabdehə aid edilərək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi və Cavabdeh iştirak etməmişlər. Lakin hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirmişlər və barışız sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə: - İddiaçı MMC, Cavabdeh şirkətə 2449 (iki min dörd yüz qırx doqquz) manat borcu olmasını qəbul edir. - İddiaçı MMC Cavabdeh qarşı Şirvan Kommersiya Məhkəməsinə mülki iş üzrə icraata xitam verilməsinə dair ərizə ilə müraciət edir. - Cavabdeh İddiaçı MMC-yə 2449 (iki min dörd yüz qırx doqquz) manat borcu olmasını qəbul edir. - Cavabdeh İddiaçı MMC-yə 2449 (iki min dörd yüz qırx doqquz) manat borcunu 25 dekabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürür. Məhkəmə barışıq sazişinin məzmununu və şərtlərini araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik normalarının tələblərini rəhbət tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında 04 dekabr 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: - İddiaçı MMC, Cavabdeh şirkətə 2449 (iki min dörd yüz qırx doqquz) manat borcu olmasını qəbul edir. - İddiaçı MMC, Cavabdeh qarşı Şirvan Kommersiya Məhkəməsinə mülki iş üzrə icraata xitam verilməsinə dair ərizə ilə müraciət edir. - Cavabdeh İddiaçı MMC-yə 2449 (iki min dörd yüz qırx doqquz) manat borcu olmasını qəbul edir. - Cavabdeh İddiaçı MMC-yə 2449 (iki min dörd yüz qırx doqquz) manat borcunu 25 dekabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1987/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1987/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver