Məhkəmə qərarları › İş №e-2-2(121)-1993/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1993/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1993/2022 02.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 40997,18 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 20-0007 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında EBAF 844202 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 8511,86 manat, EBAG 270615 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 263,38 manat, EBAG 405703 saylı, xx.xx.2020 tarixli e-Qaimə ilə 4262,87 manat, EBAZ 588334 saylı, xx.xx.2021 tarixli e-Qaimə ilə 46459,07 manat, toplamda 59497,18 manat (ƏDV daxil) mallar Cavabdeh MMC–yə verilmişdir. Razılaşmaya əsasən malların dəyəri mallar verildikdən sonra 30 gün müddətində 100% olaraq ödənilməlidir. Lakin xx.xx.2021-ci il tarixdə 10000 manat və xx.xx.2021-ci il tarixdə 8500 manat, cəmi 18500 manat (ƏDV daxil) malların dəyərindən bir qismi ödənilsə də, 40997,18 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. xx.xx.2019-cu il tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət edilmiş mediator tərəfindən “İlkin-MM" MMC dəfələrlə mediasiyaya dəvət edilsə də, mediasiya prosesinə gəlməmişlər. Nəticədə xx.xx.2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edərək, iddianı qismən qəbul etmiş və göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləni mübahisələndirmirlər. Lakin, iddiaçı tərəfindən tələb olunan məbləğdən 4000 manat borc artıq hesablanmışdır. Buna görə də, iddianın artıq hesablanmış 4000 manat borc hissəsini qəbul etmir. İddianın qalan hissəsinin təmin olunmasına isə etiraz etmir. Digər tərəfdən, mübahisənin məhkəmədən kənar qaydada həll də mümkündür. Cavabdeh MMC xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20-007 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqvailəyə əsasən “Satıcı” “Alıcı”-ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halına “Mal” adlandırılacaq) satır, “Alıcı” isə həmin Malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapmışdır. İş materiallarına əlavə olunan qiymətlərin razılaşma protokollarının surətlərindən görünür ki, “Alıcı” ilə “Satıcı” arasında bağlanmış 20-007 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 8511,86 manat, xx.xx.2020-ci il tarixdə 263,38 manat, xx.xx.2020-ci il tarixdə 4262,87 manat və xx.xx.2020-ci il tarixdə 46459,07 manat dəyərində malların qiymətləri ilə razılaşmışlar. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, “Alıcı” ilə “Satıcı” arasında bağlanmış 20-007 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilə üzrə EBAF 844202 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 8511,86 manat, EBAG 270615 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 263,38 manat, EBAG 405703 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 4262,87 manat, EBAZ 588334 saylı, xx.xx.2021-ci il tarixli e-Qaimə ilə 46459,07 manat, cəmi 59497,18 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İşdə olan müştəri əməliyyatlar cədvəlindən və ödəniş tapşırıqlarından görünür ki, cavabdehin 40997,18 manat məbləğində borcu qalmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya göndərmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 40997,18 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar