Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-20/2024 02.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təhvil aldığı mallara görə əsas borc olaraq 53733 (əlli üç min yeddi yüz otuz üç) manat və əsas borca hesablanmış 2417 (iki min dörd yüz on yeddi) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 56150 (əlli altı min yüz əlli) manat məbləğində vəsaitin, o cümlədən ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 06 mart 2020-ci il tarixli, 6619 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh tərəfindən ona gələn sifarişlər əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malı Cavabdehə təhvil verməyi, Cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində İddiaçı ilə Cavabdeh arasında bir sıra malların təhvil-təslimi müvafiq aktlar əsasında həyata keçirilmişdir və sözügedən aktlar iddia ərizəsinə əlavə olunmuşdur. Lakin, Cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini İddiaçıya ödəməmişdir. Dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 53733 (əlli üç min yeddi yüz otuz üç) manat məbləğində ödənilməmiş borc öhdəliyi vardır. Bundan əlavə olaraq, müqavilənin 7.10-cu bəndinə əsasən Alıcı Satıcıya olan borc ödənişini Müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. Qeyd olunan müddəaya uyğun olaraq qalıq borc öhdəliyi cavabdeh tərəfindən tam icra edilmədiyindən Cavabdehin 2417 (iki min dörd yüz on yeddi) manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya əsas borc olaraq 53733 (əlli üç min yeddi yüz otuz üç) manat və əsas borca hesablanmış 2417 (iki min dörd yüz on yeddi) manat məbləğində dəbbə borcu olmaqla ümumilikdə 56150 (əlli altı min yüz əlli) manat ödənilməmiş borc öhdəliyi vardır. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli məqsədilə mediasiyaya müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli, 308 nömrəli qərarına uyğun olaraq 400 (dörd yüz) manat məbləğində mediasiya haqqı ödənilmişdir. Bu vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla əlaqədar, ilkin mediasiyaya dair 07 aprel 2022-ci il tarixli, M.Ş.C/1/00376 nömrəli arayış iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçı “Veysəloğlu" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 23 noyabr 2021-cı il tarixli aktın etibarsız hesab edilməsi və 14942 manat borcun və ödənilmiş 136 manat dövlət rüsumunun "Veysəloğlu” MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ilkin iddiaçı ilə aralarında kommersiya münasibətləri mövcud olmuşdur. Lakin ilkin iddia ərizəsi ilə tanış olarkək saxta sənədin mövcud olmasının şahidi olmuşdur. Yəni məhkəməyə iddia verilənədək onun elə bir aktdan xəbəri olmamışdır. Guya o, Veysəloğlu şirkəti ilə üzləşmə aktı deyilən sənədlə razılaşmışdır. Halbuki həmin sənəddən xəbəri yoxdur. İlk hazırlıq iclasında məhkəməyə təqdim etdiyi arayışlarda vergi xidməti həqiqətən tərəflərin elektron qaydada ticarətlərinin həcmi barədə məlumat vermişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdə göstərilmiş borcun qaytarılması satılmamış əmlakın geri qaytarılması əks olunur. Əslində ilkin iddiaçının ona 14942 manat borcu vardır. Belə ki, iddiaçı ona ******* manat dəyərində mal vermiş, o isə bank vasitəsilə ilkin iddiaçıya ******* manat pul ödəmişdir. Sənədlərdə olan üzləşmə akı deyilən sənəddən xəbəri belə olmamışdır. Bundan başqa həmin sənəddə olan birinci sətirdə adı göstərilmiş Malik adlı şəxs heç həmin vaxt həmin şöbədə işləməmişdir. O, həmin şirkətlə sıx əlaqədə olduğu üçün Malik adlı şəxsin başqa əlaqəsiz sahədə işlədiyini bilirdi. Çünki həmin akt saxta yolla imzalar oxşadılmaqla tərtib edilmişdir. Hesab edir ki, həmin akt etibarsız hesb edilməklə ilkin iddiaçının ona olan borcu ona ödənilməlidir. Onun üzləşmə aktı adlanan kağız parçasından xəbəri yoxdur. Elə bir müqaviləyə imza atmamışdır. Sonradan qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçı “Veysəloğlu" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 23 noyabr 2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və 52624,16 manat borcun, ödənilmiş 247 manat dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizəni qarşılıqlı iddiaçı belə əsaslandırmışdır ki, ilk dəfə qarşılıqlı iddia verilərkən konkret ilkin iddiaçının borclu olduğuna əmin idi. Lakin bunun üçün xüsusi hesablama lazım olduğundan borcun miqdarını dəqiqləşdirə bilməmişdir. İddiaçı MMC ilə yeddi yüz min manatdan çox dövriyyə olduğundan, malların alınması ilə bağlı iddiaçıdan asılı olduğundan bir zaman ətraflı hesablamalar aparılmamışdır. Yəni iddiaçının ona mal göndərməsi xatirinə malları götürdükcə dəyərindən asılı olmayaraq iddiaçının bank hesabına müəyyən məbləğlər ödəmişdir. İddiaçı da onun ödədiyi məbləğlərin çox olmasını bilə-bilə onu guya təhvil təslim edilməsi barədə akta imza etdirməyə çalışmışdır. O, indi də üzləşdirmə aktının etibarsız olması barədə iddiasındadır. Belə ki, həmin aktdakı Malik adlı şəxs həmin vaxt həmin vəzifədə işləməmişdir. Qarşılıqlı iddiaçı heç bir üzləşmədə iştirak etməmişdir. Ümumiyyətlə elə bir üzləşmə də olmamışdır. Bundan başqa daxil olmuş mühasibatlıq ekspertizasının və audit mütəxəssis rəyində də görüldüyü kimi ilkin iddiaçı onu aldatmış, üzləşdirmə aktı ilə bu yanılmanı məharətlə pərdələməyə çalışmışdır. Hazırki ərizəsi ilə hesab edir ki, qarşılıqlı iddia tələbini artırmaq tələbində haqlıdır. Çünki, mühasibatlıq ekspetizasının rəyi məhkəmə araşdırması gedişində yeni xüsusatın əmələ gəlməsinə səbəb olmuşdur. Yəni həmin hesablama olmadan ilkin iddiaçının ona olan borcunu dəqiq bilmirdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən ilkin İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ilki iddia üzrə cavabdehlə nümayəndəsi olduğu şirkətin qarşılıqlı ticarət münasibətlərinin 2014-cü ildən etibarən başlandığını, bu müddət ərzində tərəflər aralarında mövcud borcun müəyyən edilməsi üçün mütəmadi olaraq üzləşmə aparıldığını və bu barədə aktlar tərtib edildiyini, son olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixdə üzləşmə aparıldığını, bundan sonra da tərəflər arasında alqı-satqı münasibətlərinin davam etdiyini bildirdi və iddia tələblərinin təmin olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil3 Məmməd oğlu izahatlarında ilikin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdilər və əlavə olaraq bildirdilər ki, təqdim etdikləri vergi orqanından və müvafiq banklardan alınmış sənədlərdən, həmçinin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəylərindən də göründüyü kimi ilk iddiaçının iddia tələbi əsassızdır, qarşılıqlı iddia isə əsaslıdır. Buna görə də ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2013-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 6619 nömrəli alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: (i) Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları (bundan sonra “Mallar”) vaxtaşırı Satıcıdan sifariş edəcək, (ii) X4 sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və (iii) Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir. 3.5-ci bəndinə əsasən, Satıcı malları Alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil-Qəbul Aktını (bundan sonra “Akt”) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş hissəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə Satıcı Malları təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. 7.10-cu bəndinə əsasən, Alıcı Satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcının tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. 8.5-ci bəndinə əsasən, Satıcı qiymətə (Satıcıya Müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dair aşağıdakı sənədləri Alıcıya təqdim edəcək (“Ödəniş Sənədləri”): (i) Müqavilədə göstərilən qaydada hər Tərəfin imzaladığı və təsdiq etdiyi Akt, (ii) Elektron vergi hesab fakturası, (iii) Elektron qaimə, (jv) Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədlər. 8.8-ci bəndinə əsasən, 'Alici Satıcı'ya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı Satıcıya ödəməli olduğu nəğd vəsaiti Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin Satıcının bank hesabına daxıl olduğu zaman, ödəniş icra olunmuş sayılır. İş materiallarında olan malların təhvil qəbul aktlarından və elektron qaimə fakturalardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif çeşiddə mallar təhvil verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2018 – xx.xx.2022 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına ******* manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2019 – xx.xx.2023 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına 71659,04 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020 – xx.xx.2023 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına 710920,59 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020 – xx.xx.2022 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına 53167,97 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, vergi orqanlarında olan uçot-baza məlumatlarına görə Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC tərəfindən ümumi halda ƏDV ilə birlikdə 50024,25 manat, İddiaçı MMC tərəfindən ümumi halda ƏDV ilə birlikdə 1108975,19 manat dəyərində e-qaimə faktura təqdim edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, vergi orqanlarında olan uçot-baza məlumatlarına görə xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi halda ƏDV ilə birlikdə 743445,43 manat dəyərində e-qaimə faktura təqdim edildiyi müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən təqdim edilən e-qaimə fakturaların siyahısı məktuba əlavə edimişdir. İş materiallarında olan İddiaçı nümayəndələri ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 456060 nömrəli “Üzləşmə aktı”ndan görünür ki, həmin aktı imzalamaqla tərəflər Cavabdeh xx.xx.2021-ci il tarixinə olan borc qalığının 62507,05 manat məbləğində olduğunu təsdiq etmişlər. İş materiallarında olan maliyyə arayışına əsasən, “Veysəloglu" MMC tərəfindən X3 ilə xx.xx.2021-ci ii tarixdə borc qalıqlarının yoxlanılmasına dair Üzləşmə aktı tərtib olunmuş, yoxlama nəticəsinə görə tərəflər arasında 55395.24 manat dəyərində borc qalığı təsdiqlənmişdir. Qeyd olunan tarixdən sonra Cəmiyyət tərəfindən 162079 manat dəyərində məhsul satılmış, 11864.45 manat dəyərində məhsul Cəmiyyətə geri qaytarılmış, Cəmiyyətin hesabına 151875,96 (ƏDV daxil) ödəniş edilmiş, hazırda "xxxx" MMC-nə xx.xx.2024-cü il tarixə olan qalıq borcu 53733,83 (ƏDV daxil) manat və odənillməyən günlərə görə 2417 manat dəbbə pulu təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasından sonra tərəflər mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər. İş materiallarında olan mediasiya arayışından görünür ki, İddiaçı MMC mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-1083/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1446 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 67-ci vərəqəsində Cavabdeh adına olan xx.xx.2021-ci il tarixli 456060 nömrəli üzləşmə aktında “3. Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm” qrafasındakı imza və “Cavabdeh” yazıları - Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-1083/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/6634 nömrəli, xx.xx.2023-cü il tarixli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-20/2024 nömrəli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/898 nömrəli, xx.xx.2024-cü il tarixli və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-20/2024 nömrəli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/3560 nömrəli, xx.xx.2024cü il tarixli rəylərinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaimələrə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən 743445,43 manat məbləğində mal satıldığı, Cavabdeh tərəfindən İddiaçı MMC-nin bank və ƏDV depozit hesabına ümumilkdə 769069,63 manat məbləğində pul vəsaitinin ödənildiyi, nəticədə 52624,16 manat məbləğində İddiaçı MMC-nin fiziki şəxs Cavabdeh borcu olduğu müəyyən edilmişdir. Rəylərə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişlərdən görünür ki, hər üç ekspertiza tədqiqatının dəyəri ümumilkdə cəmi 400 manat təşkil edir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin hər iki iştirakçı tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində onların subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair qarşlılıqlı tələbləri təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, ilkin iddiaçı ərzaq mallarını (bundan sonra “malları”) qarşılıqlı iddiaçının sifarişi ilə razılaşdırılmış miqdarda təqdim etməklə onun mülkiyyətinə vermək, qarşılıqlı iddiaçı isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə ilkin iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İlkin iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək sifariş olunan malları qarşılıqlı iddiaçıya təhvil verdiyini, qarşılıqlı iddiaçının isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Qarşılıqlı iddiaçı isə ona təhvil verilmiş malların dəyərindən artıq ödəniş etdiyini, buna görə də həmin artıq ödənilmiş məbləğin geri qaytarılmalı olmasını, həmçinin tərəflər arasında tərtib olunmuş üzləşmə aktının saxta olduğuna və həmin aktın onun tərəfindən imzalanmadığına görə etibarsız hesab edilməli olmasını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia və qarşılıqlı iddia tələblərinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında və əqdlərin etibarsızlığına dair normaları nəzərdə tutan 14-cü fəslində yer alan normalar təşkil edir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, tərəflər arasında müqavilə bağlandığı xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi halda ƏDV ilə birlikdə 743445,43 manat dəyərində mal təhvil verildiyi (e-qaimə fakturalara və malların təhvil təslim aktlarına əsasən), tərəflər arasında müqavilə bağlandığı xx.xx.2020-ci il tarixdən sonra təhvil aldığı mallara görə Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına ümumilkdə cəmi 764088,56 manat məbləğində pul vəsaitinin köçürüldüyü (bank hesabından çıxarış məlumatlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını qarşılıqlı iddiaçı tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə ilkin iddiaçının tələbi, eləcə də qarşılıqlı iddiaçının iddia etdiyi kimi tərəflər arasında bağlanmış üzləşmə aktının etibarsız olması və ona təhvil verilmiş malların dəyərindən artıq ödəniş etdiyinə dair tələbi təşkil edir. Belə ki, ilkin iddiaçı qarşılıqlı iddiaçının təhvil aldığı mallara görə ödənilməmiş 53733 manat məbləğində borcunun qaldığını, qarşılıqlı iddiaçı isə ona təhvil verilmiş malların dəyərindən 52624,16 manat məbləğində artıq ödəniş etdiyini və tərəflər arasında tərtib olunmuş üzləşmə aktının saxta olduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə təhvil alınmış (verilmiş) malların və həmin mallara görə həyata keçirilmiş ödənişlərin məbləğləri ilə bağlıdır. İlkin iddiaçı tərəflər arasında imzalanmış üzləşmə aktına istinad edərək hesab edir ki, işin yuxarıda qeyd olunan mübahisəli halının həlli üçün həmin üzləşmə aktı əsas götürülməlidir. Qarşılıqlı iddiaçı isə adı çəkilən üzləşmə aktının saxta olduğunu iddia edərək, pul tələbinin əsası kimi iş üzrə təyin olunmuş mühaisibatlıq ekspertizalarının nəticələrinə dair rəylərlə müəyyən olunmuş faktlara istinad edir. Tərəflərin yuxarıda göstərilən istinadlarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”na hüquqi qiymət verilməlidir. Məhkəmə, ilk növbədə tərəflər arasında imzalanmış üzləşmə aktının hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı mahiyyət etibarı ilə əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər üzləşmə aktına da şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər üzləşmə aktının da etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Qeyd edilən xüsusiyyətlərindən çıxış edərək söyləmək olar ki, üzləşmə aktının etibarlı hesab edilməsi üçün bütün əqdlər üçün zəruri olan etibarlılıq şərtləri ilə yanaşı, həmin aktın tərtib edilməsinə səbəb olan həqiqi münasibətlərin müəyyən edilməsi, onların xarakterinin aydınlaşdırılması vacibdir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin bağladıqları alqı-satqı müqaviləsinin şərtlərinə görə tərəflər arasında mütəmadi olaraq qarşılıqlı öhdəliklərə dair üzləşmənin aparılması və bu barədə üzləşmə aktının tərtib edilərək imzalanması razılaşdırılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli üzləşmə aktı qarşılıqlı iddiaçı tərəfindən o əsasla mübahisələndirilir ki, həmin aktın tərtib olunmasından ümumiyyətlə məlumatı olmamışdır, akt onun tərəfindən imzalanmamışdır. Qeyd olunan xüsusatın aydınlaşdırılması məqsədi ilə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsinə dair rəylə qarşılıqlı iddiaçının həmin iddiası təsdiqini tapmamış, sözügedən aktda olan imzanın və ad, soyaddan ibarət ifadənin qarşılıqlı iddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bununla da, adı çəkilən üzləşmə aktının etibarsızlığına dair qarşılıqlı iddiaçının tələbinin əsassız olduğu aşkar edilir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixinə ilkin iddiaçıya 62507,05 manat məbləğində borcunun olmasını xx.xx.2021-ci il tarixli Üzləşmə aktı ilə etiraf etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı borcunu etiraf etdiyinə və onun tərəfindən imzalanması sübut olunan Üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə ilkin iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Qarşılıqlı iddiaçı isə üzləşmə aktını onun tərəfindən imzalanmaması əsası ilə mübahisələndirsə də, həmin xüsusat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni qarşılıqlı iddiaçının xx.xx.2021-ci il tarixə ilkin iddiaçıya 62507,05 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilən üzləşmə aktının mötəbərliliyi müəyyən edildikdən sonra, baxılan işin digər mübahisəli hallarının, yəni qarşılıqlı iddiaçı tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə ilkin iddiaçının və ona təhvil veriliş malların dəyərindən artıq ödəniş etdiyinə dair qarşılıqlı iddiaçının tələbləri artıq işin mübahisəsiz halı kimi qəbul edilən tərəflər arasında tərtib olunmuş üzləşmə aktına əsasən müəyyən edildiyi kimi qarşılıqlı iddiaçının xx.xx.2021-ci il tarixə ilkin iddiaçıya 62507,05 manat məbləğində borcunun olması faktı nəzərə alınmaqla araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdən sonrakı (həmin tarix daxil olmaqla) dövrdə ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya təhvil verilmiş malların dəyəri, həmçinin qarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçıya ödənilmiş pul vəsaitinin məbləği işdə olan vergi orqanı tərəfindən verilmiş arayışlara və arayışa əlavə edilmiş ilkin İddiaçı MMC tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh təqdim edilən e-qaimə fakturaların siyahısına, həmçinin "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən müəyyən edilməlidir. Belə ki, əvvəla adı çəkilən təşkilatların baxılan işin nəticəsində hər hansı bir maraqlarının olması müəyyən edilməmişdir və sübutların qiymətləndirilməsi baxımından da həmin təşkilatların təqdim etdikləri sənədlərin mötəbərliliyi şübhə doğurmur. Digər tərəfdən adı çəkilən sənədlərin məzmunları ilkin və qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilməmişdir və hər iki tərəf öz tələb və etirazlarının əsası kimi həmin sənədlərə istinad etmişlər. Məhkəmə, işdə olan e-qaimə fakturalara və "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edir ki, ilkin İddiaçı MMC tərəfindən qarşılqlı iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə ümumilkdə cəmi 109044,01 manat dəyərində mal verilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən etibarən (həmin tarix daxil olmaqla) İddiaçı MMC-nin hesabına "xxxx" QSC-nin vasitəsi ilə 99320,21 manat, "xxxx" ASC-nin vasitəsi ilə 24800,02 manat məbləğlərində pul vəsaiti köçürülmüşdür. Beləliklə, təhvil verilmiş malların dəyəri ilə həyata keçirilmiş ödənişlər hesablandıqda müəyyən edilir ki, Cavabdeh tərəfindən təhvil aldığı mallara görə 15076,22 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir (99320,21 + 24800,02 - 109044,01 = 15076,22). Cavabdeh tərəfindən artıq ödənilmiş məbləğ, borclu olduğu məbləğdən çıxıldıqda onun İddiaçı MMC-nə 47430,83 manat məbləğində borcunun olduğu müəyyən edilir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, ilkin iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları qarşılıqlı iddiaçının mülkiyyətinə vermişdir, lakin qarşılıqlı iddiaçı malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, ilkin iddiaçının alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun tutulması tələbinə dair iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, Alıcı müqavilə üzrə öhdəliklərini pozduğu halda Satıcıya cərimə ödənək öhdəliyini üzərinə götürmüşdür. İşin halları ilə qarşılıqlı iddiaçının müqavilə üzrə ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun ilkin iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, qarşılıqlı iddiaçının üzərinə götürdüyü öhdəliyin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün ilkin iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də ilkin iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 2417 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin ilk iddianın 400 manat mediasiya xərcinin qarşılıqlı iddiaçıdan alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, qarşılıqlı iddiaçı imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə ilkin iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ilkin iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, ilkin iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də qarşılıqlı iddiaçıdan alınaraq ilkin iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qarşılıqlı iddia ərizəsinin dəlillərini araşdıraraq bu nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır və buna görə də qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün faktiki və hüquqi əsasların olmadığı qənaətinə gələrkən aşağıdakıları əsas tutur. Qarşılıqlı iddianın məzmunundan göründüyü kimi qarşılıqlı iddia tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi ilkin iddiaçı “Veysəloğlu" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 23 noyabr 2021-ci il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi, digər hissəsi isə 52624,16 manat borcun İddiaçı MMC-dən tutulması haqqındadır. Qarşılıqlı iddia tələbinin birinci hissəsi ilə əlaqədar yuxarıda artıq hüquqi qiymətləndirmə aparılmışdır və həmin hissədə qarşılıqlı iddiaçının tələbinin əsassız olduğu, mübahisələndirilən üzləşmə aktının etibarsız hesab edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hüquqi mahiyyəti etibarı ilə əqd olan üzləşmə aktının etibarsız hesab edilməsinə əsasların olması üçün Mülki Məcəllənin 14-cü fəslində yer alan normalarda nəzərdə tutulmuş halların baş verməsi tələb olunur. Baxılan işdə isə Mülki Məcəllənin 337.1-ci və 339-347-ci maddələrində nəzərdə tutulmuş hallar aşkar edilməmişdir. Məhkəmə, qarşılıqlı iddia tələbinin ilkin iddiaçıdan 52624,16 manat məbləğində borcun tutulmasına dair hissəsini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçı həmin tələbinin faktiki əsası kimi iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizalarının nəticələrinə dair rəylərə, həmçinin audit rəyinə istinad edir. Məhkəmə, istinad olunan rəylərə işin müəyyən edilmiş mübahisəsiz halları nəzərə alınmaqla hüquqi qiymət verərək qeyd edir ki, əvvəla adı çəkilən rəylər tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində təqdim edilmiş elektron qaimələrə əsasən aparılmışdır. Halbuki, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında qərardadlarda ekspertlərə hesablamaların işdə olan malların təhvil-qəbul aktları, elektron qaimələr, hesabdan çıxarışlar, satış qaytarma sənədləri və üzləşmə aktı nəzərə alınmaqla aparılması tapşırılsa da, hesablama qeyd olunduğu kimi yalnız elektron qaimələrə əsasən və müqavilə bağlandığı tarixdən etibarən aparılmışdır. Bununla yanaşı, təkrar ekspertiza təyin olunması haqqında qərardadda ekspert rəyində istinad olunan audit hesabatında, auditin öz səlahiyyətlərindən kənara çıxaraq tərəflər arasında imzalanmış üzləşmə aktına hüquqi qiymət verərək, həmin aktı faktiki olaraq etibarsız sənəd kimi xarakterizə etməsinin qeyd olunmasına, bununla da audit rəyinin mötəbərliyi ilə əlaqədar mövqe bildirilməsinə baxmayaraq, təkrar ekspert rəyində yenə də əsas olaraq auditin hesabatına istinad edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspertlər tərəfindən hesablama aparılarkən iş materiallarında olan sübutların qiymətləndirilməsinin aparılması yol verilməzdir. Belə ki, həmin fəaliyyət, yəni sübutları qiymətləndirilməsi müstəsna olaraq məhkəməyə məxsusdur. Ekspert qərardadda qoyulmuş sualları iş materiallarında olan sənədlər, elektron qaimə-fakturalarla yanaşı o cümlədən təhvil-qəbul aktları, tərəflər arasında imzalanmış üzləşmə aktı nəzərə alınmaqla cavablandırmalıdır. Lakin iş üzrə bir neçə dəfə eyni suallar üzrə ekspertiza təyin edilməsinə baxmayaraq ekspertlər məhkəmə tərəfindən onların qarşısında qoyulmuş suallara tam cavab verməmişlər. Buna görə də, məhkəmə həmin rəyləri işin müəyyən edilməsi zəruri olan hallarını əhatə etmədikləri üçün mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.4-cü maddəsinə əsasən, ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu qarşılıqlı iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, baxılan iş üzrə təmin edilmiş iddianın qiymətinə uyğun olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən ilkin iddiaçı 232,89 manat məbləğində rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin ilk iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu qarşılıqlı iddiaçıdan tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ilk iddia qismən təmin edildiyinə görə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 510 manat məbləğində vəsait qarşılıqlı iddiaçıdan tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 47430,83 manat məbləğində borc, 200 manat məbləğində cərimə və 400 manat məbləğində ödənilmiş mediasiya xərci olmaqla, cəmi 48030,83 (qırx səkkiz min otuz manat, səksən üç qəpik) məbləğində pul tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Təmin edilmiş iddianın qiymətinə uyğun olan 232,89 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mühasibatlıq və xətşünaslıq ekspertizalarının tədqiqatının dəyərini təşkil edən cəmi 510 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-20/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-20/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver