Məhkəmə qərarları › İş №e-2-2(121)-2064/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2064/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2064/2022 13.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 28.320 manat əsas borcun, 2.558,63 manat faiz borcunun və 200 manat mediasiya xərci olmaqla, cəmi 31.078,63 manatın tutulması tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 28.320 manat əsas borcun, 2.558,63 manat faiz borcunun və 200 manat mediasiya xərci olmaqla, cəmi 31.078,63 manatın tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 381 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı aparılmışdır. İddiaçı bağlanmış müqavilə əsasında cavabdehə 110520 manat dəyərində mal satmışdır. Cavabdeh bütün malları qəbul etmiş, həmin malların dəyərindən hissəvi olaraq 82200 ödəniş etmiş, son 7 qaimənin dəyərini müqavilənin 2.4. bəndinin tələblərini pozaraq ödəmədiyi üçün iddiaçıya 28320 manat borcu yaranmışdır. (ödənilməyən elektron qaimə seriya EBBD 612823 xx.xx.2021. (4608 bir hissəsi 888 manat, Seriya EBBE 517436 xx.xx.2021. 4608, seriyaEBBJ 729497 xx.xx.2021 4320, EBBJ 729501 xx.xx.2021. 4752, xx.xx.2021. EBBK 885513 4464, seriya xx.xx.2021. EBBM227663 4752, xx.xx.2021.EBBM, 791119 4536 manat, cəmi 28320 manat). Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanuni mənafeyini pozur. Həmçinin cavabdehdən Mülki Məcəllənin 449 və 439.3-cü maddələrinə əsasən 2558,63 manat faiz tələb olunur. İddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 385, 442, 567, 600, 449 və 439-cu maddələrinə istinad etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinin xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edib onun təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında məhsulların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-dən daxil olan sementi (bundan sonra “mal” və ya “məhsul” adlandırılır) alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı Müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən yüklərin daşınması cəlb edilmiş xüsusiləşmiş nəqliyyat vasitəsi ilə həyata keçirildiyi üçün yükün boşaldılmasında yol verilən səbəbsiz gecikmələr məsuliyyətə səbəb olur. Ona görə də yüklərin dərhal boşaldılması tələb edilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, müqavilə üzrə hesablaşma, bu Müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesabfakturaya əsasən, 10 iş günü ərzində təhvil verilmiş Malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 01 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 28320 manat borcun 5 iş gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan əmtəə-nəqliyyat qaimələrindən və elektron qaimə fakturalardan görünür ki, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 791119 saylı elektron qaimə əsasında 4.536 manat, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 227663 saylı elektron qaimə əsasında 4.752 manat, xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, ******* saylı elektron qaimə əsasında 4.484 manat, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 729497 saylı elektron qaimə əsasında 4.320 manat, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 729501 saylı elektron qaimə əsasında 4.752 manat, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 517436 saylı elektron qaimə əsasında 4.608 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 612823 saylı elektron qaimə əsasında 4.608 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 213864 saylı elektron qaimə əsasında 4.536 manat, xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 307385 saylı elektron qaimə əsasında 4.536 manat, xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 621191 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 244528 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 810076 saylı elektron qaimə əsasında 4.320 manat, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 431448 saylı elektron qaimə əsasında 4.320 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 956083 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 181436 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 800209 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 144618 saylı elektron qaimə əsasında 2.232 manat, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 157066 saylı elektron qaimə əsasında 2.016 manat, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 500731 saylı elektron qaimə əsasında 2.232 manat, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 304709 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 000728 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 580665 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 214446 saylı elektron qaimə əsasında 2.232 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 988230 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 762272 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 090897 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 524627 saylı elektron qaimə əsasında 4.248 manat məbləğində, ümumilikdə 110.520 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş ödəniş sənədlərindən (AccessBank əməliyyat təfərrüatları) görünür ki, cavabdeh tərəfindən iddiaçıya köçürmə yolu ilə 82200 manat ödəniş edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 avqust 2022-ci il tarixli, MŞB/14-00024 saylı arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında sement məhsulunun alqı-satqısına dair müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Məhkəmə hesab edir ki, elektron qaimə-fakturalar və əmtəə nəqliyyat qaimələri ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 28.320 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddianın 2.558,63 manat faiz borcunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Maddənin həm adından (pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət), həm də məzmunundan göründüyü kimi burada özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 439-cu maddəsi də pul öhdəliklərin icrası ilə bağlıdır. Tərəflər arasında olan münasibətə qeyd olunan normalar tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia faiz tutulması hissəsində rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. İddiaçı MMC tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28320 manat əsas borc və 200 manat mediasiya xərci olmaqla, cəmi 28.520 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar