Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2079/2025 10.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, məhkəmənin icraatına götürülmüş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə işin icraatı barədə məlumat verilməsi məqsədilə rəsmi bildiriş göndərilmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-yə qarşı “alqısatqı müqaviləsi üzrə pul tələbi”nə dair kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 1 manat (qəbzin nömrəsi: **********) və 126,80 manat (N4iHF1 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzi) olmaqla dövlət rüsumu ödənilmişdir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ASMEDİCAL” MMC iddia ərizəsinin geri qaytarılmasını tələb etdiyindən və bu əsasla iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 1 manat (qəbzin nömrəsi: **********) və 126,80 manat (N4iHF1 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzi) olmaqla dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 1 manat (qəbzin nömrəsi: **********) və 126,80 manat (N4iHF1 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzi) olmaqla dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2079/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2079/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver