Məhkəmə qərarları › İş №e-2-2(121)-2094/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2094/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2094/2024 05.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin istehsal etdiyi malları alaraq odəmədiyi 1017,24 (bir min on yeddi manat, 24 qəpik) manat, nəqliyyat vasitələrinin icarə Müqaviləsinə əsasən - 1623,5 (bir min altı yüz iyirmi üç manat, 50 qəpik) manat, ümumilikdə - 2640,74 (iki min altı yüz qırx manat, 74 qəpik) manat məbləğdə pul vəsaitini və əlavə olaraq 46.41 manat məhkəmə rüsumunu Cavabdeh Əbülfət oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əbülfət oğlu, sizinlə İddiaçı MMC (əvvəlki "xxxx" MMC) arasında bağlanmış, 30 dekabr 2020-ci il tarixli, **********/21 saylı Distribütor Müqaviləsinə əsasən iddiaçının istehsaletdiyi süd və süd məhsullarını İmişli regionu üzrə satışını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da , Cavabdeh Əbülfət oğlu öz öhdəliklərini yerinə yetirməmişdir. Həmin Müqavilənin 5.1. bəndinə əsasən müəssisəmizdən təhvil alınan Malların dəyərini təhvil alındığı gündən 28 təqvim günü ərzində ödəməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəfimizdən borcun ödənilməsi ilə əlaqədar dəfələrlə aparılan bütün danışıqlar və səylər nəticə verməmişdir. Belə ki, hal-hazırda cavabdehin müəssisəmizə ödənilməmiş 1017,24 (bir min on yeddi manat, 24 qəpik) AZN borcu qalmışdır. Bundan başqa həmin Müqavilənin 4.2.15. bəndinə müvafiq olaraq - Şirkət Məhsulların satışının təşkili məqsədi ilə, icarə Müqavilələri əsasında cavabdehə Nəqliyyat vasitələri (əlavə icarə Müqavilələri bağlamaqla) vermək kimi öhdəlik götürmüş və “30” dekabr 2020-ci il tarixli Nəqliyyat vasitələrinin icarə Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən üç ədəd İsuzu markalı yük avtomobili icarəyə verilmişdir ki, həmin Müqavilənin 4.1. bəndinə əsasən - İcarəçi tərəfindən İcarəyəverənə Nəqliyyat vasitələrinin hər birinin icarəsinə görə hər ay 380 (üç yüz səksən) AZN məbləgdə aylıq icarə haqqı (ƏDV daxil) ödəməli idi. Həmin Müqavilənin4.2. bəndinə əsasən - İcarə haqqını hər hesabat ayından sonra gələn ayın 10-na qədər, azərbaycan manatı ilə, bank köçürməsi yolu ilə ödənilməli idi. Qeyd edilənNəqliyyat vasitələrinin icarə Müqaviləsinə əsasən cavabdehin Şirkətimizə 1623,5 (bir min altı yüz iyirmi üç manat, 50 qəpik) AZN borcunuz yaranmışdır. Pretenziya xəbərdarlığı göndərilərkən Cavabdeh Əbülfət oğlunun ümumilikdə borc məbləği 27017,24 AZN AZN təşkil etmişdir. Cavabdeh borcu hissə-hissə ödəyəciyinə söz verdiyinə görə ona müəssisə tərəfindən bu güzəştlər də edilmişdir, lakin borcun cox hissəsini ödəsə də 2640,74 (iki min altı yüz qırx manat, 74 qəpik) AZN məbləğini ödəmir və bu barədə edilən telefon danışıqları nəticə vermir. Həmin Müqavilənin 10.1. bəndinə əsasən - Mübahisələr və fikir ayrılıqları baş verdikdə tərəflər danışıqlar yolu ilə onları həll etməyə çalışacaqlar. Danışıqlar yolu ilə mübahisələrin həlli mümkün olmadıqda, tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmək iqtidarındadılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixində cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.20220-ci il tarixli, **********/21 saylı distribütor müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında distribütor müqaviləsi bağlanmışdır. - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən şirkət tapşırır distribütor isə, şirkətin istehsal etdiyi (bundan sonra “Mal” və ya “Məhsul” adlanacaq) və süd məhsullarının Azərbaycan Respublikasının İmişli regionu üzrə satışını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göndərilən malların adı,miqdarı, çeşidi və qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokolundan (Əlavə 1) göstərilir. Bu Müqavilə əsasında göndərilən Malların siyahısı və qiymətləri yalnız tərəflərin yazılı razılığı əsasənda dəyişdirilə bilər. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən şirkıt məhsulların satışının təşkili məqsədi ilə, icarə müqavilələri əsasında distribütora nəqliyyat vasitələri (əlavə icarə müqavilələri bağlamaqla) soryuduclar, rəflər və sair avadanlıqlar verir. Distribütor ona verilən nəqliyyat vasitələrini və avadanlıqalrı qoruyub saxlamağı öhdəsinə götürür. Distribütor soyuducuları və dəyəri 50 manat yuxarı olan vadanlıqları müştərilərə isifadəyə verərkən, buna dair müqavilələr imzalamalı və müqavilələrin nüsxələrini 10 gün ərzində şirkətə təqdim - Cavabdeh ilə xx.xx.20220-ci il tarixli, **********/21 saylı distribütor müqaviləsininin 4.2.15-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsi bağlanmışdır. - 07.01.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalamışlar. - İş materiallarında olan malların təhvil-qəbul aktlarının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh dondurma məhsulları təhvil verilmişdir. Təhvil-qəbul aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. - 15.12.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 9.805,81 manat məbləğində mallar Cavabdeh göndərilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə əsas borc 1.017,24 manat, 1.623 manat cərimə borcu yaranmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 14 aprel 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış distribütor müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması, habelə məhsulların satışının təşkili məqsədi ilə tərəflər arasında icarə müqavilələrinin bağlanması və həmin müqavilələr üzrə borcun olması işin mübahisəsiz hallarını təşkil edir. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya həm alqı-satqı müqaviləsinə, həm də icarə müqaviləsinə əsasən ümumilikdə 2.640,74 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 46,41 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********/21 nömrəli müqavilə üzrə 1.017,24 manat və nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən 1.623,50 manat, ümumilikdə 2.640,74 (iki min altı yüz qırx manat, yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar