Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2176/2025 30.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 4156.18(dörd min bir yüz əlli altı manat on səkkiz qəpik) manat borc və 62 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.21.11.008 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə”yə əsasən Cavabdeh 7.30 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkibbecərməyi və istehsal etdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdü. Müqavilənin icrası ilə əlaqədar Cəmiyyət tərəfindən Cavabdehə 2170 (iki min bir yüz yetmiş) manat dəyərində şəkər çuğunduru toxumu, 819.18 (səkkiz yüz on doqquz manat on səkkiz qəpik) manat dəyərində dərman, 1210(bir min iki yüz on) manat dəyərində gübrə, 3061 (üç min altımış bir) manat dəyərində aqrotexniki xidmət satılmış və 1087 (bir min səksən yeddi) manat avans pul ödənilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 8347.18 (səkkiz min üç yüz qırx yeddi manat on səkkiz qəpik) manat borcu yaranmışdır.Cavabdeh tərəfindən isə cəmiyyətə 4191 (dörd min bir yüz doxsan bir) manat dəyərində məhsul təhvil verilmişdir.Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır.Son olaraq cavabdehin cəmiyyətə 4156.18 (dörd min bir yüz əlli altı manat on səkkiz qəpik) manat borcu qalmışdır Məhkəmə, xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2176/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) Cavabdeh poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (müqavilədə “Alıcı”) və Cavabdeh (“Fermer”) arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.21.11.008 nömrəli müqaviləsi”nin 1.1-ci bəndinə əsasən, hazırki müqavilə əsasında alıcı fermer tərəfindən ona təhvil veeriləcək şəkər çuğundurunun (bundan sonra mal məhsul adlandırılacaq) dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil verməklə həyata keçirməyi, fermer isə ona gğrülmüş işləri və malları qəbul edib bu müqavilə əsasında razılaşdıırlmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh xx.xx.2024-cü il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 569,40 manat; xx.xx.2024-cü il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 700,80 manat; xx.xx.2024-cü il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 248,20 manat; xx.xx.2024-cü il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 102,20 manat, xx.xx.2024-cü il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 518,30 manat məbləğində xidmətlər həyata keçirilmiş, xx.xx.2024-cü il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 87,60 manat, xx.xx.2024cü il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 1922 manat xx.xx.2022-ci il tarixli “malların fiziki şəxslərə təhvili-qəbulu qəbzlərinə” əsasən, 4199,19 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 152/25 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli ,211.21.11.008 nömrəli müqaviləsinə əsasən, 4654 manat məbləğdə borcun 10 gün ərzində cəmiyyətə ödənilməsi tələb olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.21.11.008 nömrəli müqaviləsi”nə əsasən cavabdeh 7,30 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8347,18 manat dəyərində mal göndərilmiş və xidmət göstərilmişdir. Cavabdeh tərəfindən isə cəmiyyətə 4191 manat məbləğində məhsul təhvil verilmiş, nəticədə cavabdehin 4156,18 manat məbləğində borcu yaranmışdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin və mal-materialın verilməsinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya təhvil verilməsinə nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə şəkər çuğunduru əkilməsi və tədarük mövsümündə yığılmış məhsulun iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8347,18 manat məbləğində aqrotexniki xidmətlər, toxum, dərman və s. şəklində avans verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə təsdiq olunur. Həmçinin, cavabdeh iddia tələbinə qarşı etiraz və ya münasibət bildirməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı, tərəflər arasında bağlanmış müqavilə üzrə pul tələbinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin ona məxsus olan sahədə şəkər çuğunduru yetişdirərək əldə etdiyi məhsulu iddiaçıya satmaq, o cümlədən şəkər çuğunduru bitkisinin suvarılmasını, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etmək, əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməklə bağlı öhdəliyi olduğuna görə, bu səbəblərdən məhsulun yetişməməsi və ya yığımın mümkün olmaması riski onun üzərinə düşmüşdür. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə şəkər çuğunduru yetişdirməsinə və həmin məhsulu iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur ki, tərəflər arasında şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi üzrə iddiaçı öhdəliyini icra edərək cavabdehə ümumilikdə 8347,18 manat dəyərində mal göndərmiş və xidmət göstərmişdir. Cavabdeh tərəfindən isə cəmiyyətə 4191 manat məbləğində məhsul təhvil verilmiş, nəticədə cavabdehin 4156,18 manat məbləğində borcu yaranmışdır. Tələb olunan borc məbləği cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yarandığına görə, iddiaçının həmin borcu tələb etməsi haqlı və qanunidir. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci tarixli, 211.21.11.008 saylı müqavilə üzrə 4156,18 manat məbləğində borc və ödənilmiş 62 manat dövlət rüsumu məbləği olmaqla, cəmi 4218,18 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2176/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2176/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver