Məhkəmə qərarları › İş №e-2-2(121)-2206/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2206/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2206/2024 15.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlunun İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı- Cavabdeh İddiaçıMMC-nin xeyrinə 4387,20 (dörd min üç yüz səksən yeddi manat iyirmi qəpik) manat əsas borcun, 4873,82 (dörd min səkkiz yüz yetmiş üç manat səksən iki qəpik) dəbbə pulunun və 113 (bir yüz on üç) manat dövlət rüsumunun, ümumilikdə isə 9374 (doqquz min üç yüz yetmiş dörd) manat məbləğin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə tələbin əsaslılığını təsdiq edən sənədlər qismində tərəflər arasında bağlanmış müqavilə və elektron qaimələr əlavə edilsə də malların təhvil verildiyini təsdiq edən zəruri sənədlər ərizəyə əlavə olunmamışdır. Sadələşdirilmiş icraat qaydasında işə yazılı icraat qaydasında baxıldığından ərizəyə tələbin əsaslı olmasını təsdiq edən bütün sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Cavabdehin alqı-satqı müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş malların alması barədə sənədlər əlavə edilmədiyindən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Məhkəmə qeyd edir ki, elektron qaimənin təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və elektron qaimələr məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Bununla belə, elektron qaimə mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4.-cü maddəsinə görə ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmin maddədən də göründüyü kimi ərizənin forma və məzmununda verilmiş tələbin əsaslığını təsdiq edən sənədlər göstərildiyi halda kommersiya mübahisələrinə sadələşdirilmiş icraat qaydasında baxılması imkanı nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hazırkı iş üzrə iddia tələbinin əsaslığını təsdiq edən sənədlər təqdim olunmadığından hesab edir ki, hazırkı iddiaya kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və iddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Həmçinin, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində 113 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********75) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 113 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 268-269–cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 113 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********75) İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar