Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2211/2025 30.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balayeva Sevinc Natiq qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə ümumilikdə 7019,84 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 7008,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 5006,93 manat, faizlər üzrə 2001,56 manat), İcbari Tibbi Sığorta Fonduna 8,95 manat, İşsizlikdən sığorta fonduna 2,4 manat olmaqla, ümumilikdə 7019,84 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəməyə izahat verərək ərizədə qeyd edilənlərlə razılaşmayıb bildirdi ki, vergi və digər məcburi ödənişlərini tam ödəmişdir. Onun hal-hazırda sadəcə DSMF-yə 1100 manat borcu qalıb. Həmin borc da son aylara təsadüf etdiyi üçün qısa vaxtda tam olaraq ödənəcəkdir. Mülkiyyətində çox sayda nəqliyyat vasitəsi var. Vergi orqanları tərəfindən vergi borclarının ödənilməsi üçün nə kimi tədbir görülməsi barədə onda heç bir məlumat yoxdur. Hesablanan 1100 manat DSMF borcu onların fəaliyyət göstərmədiyi dövrdə hesablanmışdır. Qeyd olunanlara əsasən ərizənin rədd edilməsi xahiş olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından görünür ki, Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən maraqlı şəxsə məxsus şəxsi hesab vərəqəsi ərizəyə əlavə edilməmişdir İş materiallarında olan, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edimiş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu isə 1100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə 50 manat ödəniş etmişdir. İş materialları araşdırılarkən vergi orqanı tərəfindən ərizəyə məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi məqsədilə maraqlı şəxsin aktivlərinin müəyyən edilməsi və əmlakın siyahıya alınması üçün görülən tədbirlər barədə hər hansı sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin mülkiyyətində olan nəqliyyat vasitələri (Mühərrikin həcmi: 12902, Banın Tipi: YƏHƏRLİ DARTİCİ, Ban nömrəsi: XLRTE47MS0E919268, Avtomobilin modeli: “DAF FT XF 105 YÜK”, İstehsal ili 2011, Verilmə tarixi: xx.xx.2021-ci il, Dövlət qeydiyyat nişanı: 99MG807. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “CARNEHL YARİMQOŞQU”, İstehsal ili 2010, Verilmə tarixi: xx.xx.2021-ci il, Dövlət qeydiyyat nişanı:99ZF870. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “BODEX KİS 3W-A YARİMQOŞQU”, İstehsal ili 2006, Verilmə tarixi: xx.xx.2021-ci il, Dövlət qeydiyyat nişanı:99ZJ273. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “TAŞKİR YARİMQOŞQU”, İstehsal ili 2012, Verilmə tarixi: xx.xx.2023-cü il, Dövlət qeydiyyat nişanı:10ZX491. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “GRAS GS 24 YARİMQOŞQU”, İstehsal ili 2009, Verilmə tarixi: xx.xx.2025-ci il, Dövlət qeydiyyat nişanı: 99YX635. Mühərrikin həcmi: 10518, Mühərrikin nömrəsi: **********3304, Banın Tipi: YƏHƏRLİ DARTİCİ,Ban nömrəsi:XLRTE47MS0E919268, Avtomobilin modeli: “MAN TGA 18.440 YÜK”, İstehsal ili 2012, Verilmə tarixi: xx.xx.2024 -cü il, Dövlət qeydiyyat nişanı 30BX624. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: BODEX KİS 3W-A YARİMQOŞQU, İstehsal ili 2010, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30ZB248. Mühərrikin həcmi: 10518 Mühərrikin nömrəsi: **********3580, Banın Tipi:YƏHƏRLİ DARTİCİ, Avtomobilin modeli: “MAN TGX 18.440 YÜK”, İstehsal ili 2013, Verilmə tarixi xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı 30BX785. Mühərrikin həcmi: 10518 Mühərrikin nömrəsi: **********2746,Banın Tipi:YƏHƏRLİ DARTİCİ, Ban nömrəsi:**********3580, Avtomobilin modeli: “MAN TGX 18.480 YÜK”, İstehsal ili 2010, Verilmə tarixi xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı 30BX965. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “BODEX KİS3WA YARİMQOŞQU”, İstehsal ili 2014, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı:30ZB965. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “FEBER 35NWAG YARİMQOŞQU”, İstehsal ili 2006, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı:99ZF130. Mühərrikin həcmi: 12419, Mühərrikin nömrəsi: **********2582, Banın Tipi: YƏHƏRLİ DARTİCİ, Avtomobilin modeli: “MAN TGX 18.480 YÜK”, İstehsal ili 2010, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı:30BX386. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “BODEX KİS 3W-A YARİMQOŞQU”, İstehsal ili 2011, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30ZB386. Mühərrikin həcmi: 10518, Mühərrikin nömrəsi: **********2911, Banın Tipi: YƏHƏRLİ DARTİCİ, Ban nömrəsi:WMA06XZZ9BW157179, Avtomobilin modeli: “MAN TGX 18.440 YÜK”, İstehsal ili 2011, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30BX931. Mühərrikin həcmi: 10518, Mühərrikin nömrəsi: **********3025, Banın Tipi: YƏHƏRLİ DARTİCİ, Avtomobilin modeli: “MAN TGX 18.440 YÜK”, İstehsal ili 2011, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30BX573. Mühərrikin həcmi: 10518, Mühərrikin nömrəsi: **********3190, Banın Tipi: YƏHƏRLİ DARTİCİ, Avtomobilin modeli: “MAN TGX 18.440 YÜK”, İstehsal ili 2012, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30BX768. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “WİELTON NW-3 YARİMQOŞQU”, İstehsal ili 2010, Verilmə tarixi: xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30ZB768. Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “WİELTON NW-3 YARİMQOŞQU”, İstehsal ili 2011, Verilmə tarixi : xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30ZB574. Banın nömrəs:SVSK1S000ES000326, Banın Tipi: ÖZÜBOŞALDAN, Avtomobilin modeli: “BODEX KİS3WA YARİMQOŞQU”, İstehsal ili 2014, Verilmə tarixi : xx.xx.2024-cü il, Dövlət qeydiyyat nişanı: 30ZB931) olduğu görünür. İş materiallarından müəyyən olunur ki, ərizəçi tərəfindən hazırki iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb edilərkən ərizədə xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 7008,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 5006,93 manat, faizlər üzrə 2001,56 manat), İcbari Tibbi Sığorta Fonduna 8,95 manat, İşsizlikdən sığorta fonduna 2,4 manat olmaqla, ümumilikdə 7019,84 manat borcunun olduğunu göstərilsə də, hazırda maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Belə ki, təqdim edilən sənədlərdən maraqlı şəxsin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcunun 40 manat olduğu görünsə də, ********** saylı mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Avropa İnsan hüquqları Konvensiyası” 4 nömrəli Protokolunun 2-ci maddəsinə əsasən Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs:Battista İtaliyaya qarşı (battista v.İtlaly), №43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013) №28975/05 2013-cü il 11 iyul tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə əasasən, müdaxilə “təcili ictimai ehtiyyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakmiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4.-cü maddəsinə əsasən Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.” Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vəzifələri vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.8-ci, 23.1.15-1-ci və 23.1.15-3cü maddələrinə əsasən vergi orqanının qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Məcəllənin 24.1.1-ci, 24.1.2-ci, 24.1.2-1-ci maddələrinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. İş materiallarını, sadalanan qanunvericilik aktı normalarını və Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alaraq məhkəmə hesab edir ki, maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz. Məhkəmə qeyd edir ki, maraqlı şəxsin vergi borcunun ödənilməsi üçün görülən tədbirlər qanuni olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Hazırda borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur, lakin vergi orqanı tərəfindən ərizəyə maraqlı şəxsə məxsus vergi borcları üzrə şəxsi hesab vərəqəsinin, həmçinin məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər barədə məlumatın əlsvə edilməməsi, onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib deyil. Belə ki, gözlənilən nəticə maraqlı şəxsin dövlət büdcəsinə olan öhdəliklərinin tam yerinə yetirilməsidir və bu nəticəyə vergi orqanının qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək hüquqlarından istifadə etməklə nail olmaq mümkündür. Eyni zamanda nəzərə alınmalıdır ki, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355- 7-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2211/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2211/2025
30.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver