Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2217/2022 29.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı 52.922,72 manat əsas borc, vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 210 manat məbləğində vəsait, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənilmiş 400 manat məbləğində rüsum, ümumilikdə isə 53.532,72 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə mövcud olan 52.922,72 manat əsas borcunun, eləcə də vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 210 manat məbləğində vəsaitin, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənilmiş 400 manat məbləğində rüsumun, ümumilikdə isə 53.532,72 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, 013 nömrəli müqavilə imzalanmışdır. Müqavilə bağlanarkən “İcraçı” ona məxsus olan məhsulların vaxtlı-vaxtında “Sifarişçi”yə çatdırılmasını təmin etməyi, “Sifarişçi” isə göstərilən xidmətlərin və malların dəyərini köçürmə yolu ilə, hər 30 bank günü ərzində “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən malın qiyməti mal alınan tarixə uyğun qiymət cədvəli ilə hesablanır. Müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, tərəflər Müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Şirkət müqavilə üzrə üzərinə düşən vəzifələri lazımınca icra etsə də, cavabdeh bizdən satış məqsədi üçün götürdüyü 54.273,86 manat dəyərindəki məhsulun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə olunmuş sənəddən də göründüyü kimi 1.351,14 manat dəyərində olan hissəsini şirkətə ödəmişdir. Göndərilmiş mallara dair elektron qaimələr tərtib olunaraq cavabdehə göndərilmiş, cavabdeh isə öz növbəsində həmin qaimələri qəbul edərək təsdiq etmişdir. Hazırda, iş materiallarından da göründüyü kimi Cavabdeh İddiaçı MMC-ə olan ümumi borcu 52.922,72 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixində prentenziya məktubu və mediasiya prosesinin tətbiqi barədə təklif məktubu yollanmışdır. Lakin Bakı Şəhəri “4 saylı Mediasiya Təşkilatı”nın verdiyi 20 iyun 2022-ci il tarixli, MŞB/4 – 01179 nömrəli protokoldan da göründüyü kimi, tərəflər arasında razılıq əldə olunmadığı üçün mediasiya prosesinə xitam verilmişdir. Bu səbəbdən də mübahisənin həll olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında borcu olduğunu qəbul etdiyini, hissə-hissə ödəyəcəyini bildirərək, iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 iyun 2021-cu il tarixli, 013 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, icraçı ona məxsus olan məhsulları sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş elektron qaimə əsasında sifarişçinin anbarına çatdırır. Həmin müqavilənin 1.2-ci yarımbəndinə əsasən, icraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin təmin olunması üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 2.2-ci yarımbəndinə əsasən, göstərilən xidmətlərin və malların dəyəri köçürmə yolu ilə hər 30 bank günü ərzində həyata keçirilir. Həmin müqavilənin 3.1-ci yarımbəndinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1-ci yarımbəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinə qədər etibarlıdır. Bu müqaviləyə vaxtından əvvəl xitam vermək istəyən tərəf bu barədə digər tərəfi yazılı surətdə 1 ay əvvəl xəbərdar etməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli (EBBE seriyalı, 155149 nömrəli) elektron qaiməyə əsasən, 400,07 manat, xx.xx.2021-ci il tarixli (EBBE seriyalı, 155124 nömrəli) elektron qaiməyə əsasən, 2.046,65 manat, xx.xx.2021-ci il tarixli (EBBE seriyalı, 155112 nömrəli) elektron qaiməyə əsasən, 3.246,16 manat, xx.xx.2021-ci il tarixli (EBBE seriyalı, 154718 nömrəli) elektron qaiməyə əsasən, 600,01 manat, xx.xx.2021-ci il tarixli (EBBE seriyalı, 154634 nömrəli) elektron qaiməyə əsasən, 2.564,53 manat, xx.xx.2021-ci il tarixli (EBBJ seriyalı, 765248 nömrəli) elektron qaiməyə əsasən, 11.800 manat, xx.xx.2021-ci il tarixli (EBBJ seriyalı, 886668 nömrəli) elektron qaiməyə əsasən, 5.900,47 manat, xx.xx.2021-ci il tarixli (EBBK seriyalı, 088854 nömrəli) elektron qaiməyə əsasən, 7.080,94 manat, xx.xx.2021-ci il tarixli (EBBK seriyalı, 401896 nömrəli) elektron qaiməyə əsasən, 8.614,83 manat, xx.xx.2021-ci il tarixli (EBBK seriyalı, 488897 nömrəli) elektron qaiməyə əsasən, 3.542,36 manat, xx.xx.2021-ci il tarixli (EBBK seriyalı, 821361 nömrəli) elektron qaiməyə əsasən, 3.620,24 manat, xx.xx.2021-ci il tarixli (EBBL seriyalı, 399387 nömrəli) elektron qaiməyə əsasən, 4.857,59 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.150,2 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 943 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 526,65 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 150 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 150 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 982,2 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.164,1 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 608 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 967,8 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.150 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 153 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.291,2 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 345 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.439 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.018,25 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 984,75 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.643,7 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 52 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 929,6 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 26 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.586,7 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 62 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 886,4 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 823,8 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.444,6 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.854 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.170,5 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 420 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.001,6 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 93 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 126 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.495,4 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.044,4 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 63 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.115,5 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 776 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.022,8 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 432 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 5.250 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 890,2 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.043,2 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 648 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 105 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 964,8 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 986 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.364,6 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 784 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.070,4 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.269,1 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.204 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 972,8 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 589,6 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.405,8 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 870,4 manat, xx.xx.2021- ci il tarixli qaimə fakturaya əsasən, 1.088 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.050 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 920,8 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.162,2 manat, xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən, 1.164,5 manat, xx.xx.2021- ci il tarixli qaimə fakturaya əsasən, 1.185,8 manat dəyərində İddiaçı MMC alıcı Cavabdeh mallar göndərmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 013 saylı alqı-satqı müqaviləsinə əsasən 52.922,72 manat borcu yaranmışdır. Odur ki, bu pretenziyanı aldığı tarixdən 10 gün ərzində tamamilə ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan mediasiya prosesinə xitam verilməsi barədə 20 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında süd məhsullarına dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, elektron qaimə fakturalar ilə cavabdehin iddiaçıya ümumilikdə 52.922,72 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, əksinə məhkəmə prosesində cavabdeh tərəfindən borcun olması təsdiq olunduğundan, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəmə tapşırığından görünür ki, iddiaçı tərəfindən 420 manat hüquqi yardıma görə 25 saylı Vəkil Bürosuna ödəniş edilmişdir. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 52.922,72 manat əsas borc, vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 210 manat, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənilmiş 400 manat, cəmi 53.532,72 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2217/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2217/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver