Məhkəmə qərarları › İş №e-2-2(121)-2238/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2238/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2238/2024 22.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC məhkəməyə müraciət edərək, avtomobilin istifadədə olduğu müddətdə 5613.43 manat əsas, 4525.25 manat faiz borcu, 5613.43 manat dəbbə pulu olmaqla, ümumilikdə 11625.37 manat məbləğindəki borcun, “CADİLLAC CT6 MİNİK” markalı, 1G6K95R69GU132053 ban nömrəli, ağ mirvari rəngli, ** PF *** dövlət qeydiyyat nişanlıavtomobilin bərpası üçün tələb olunan 20825 manat məbləğindəki dəymiş zərərin, 0.40 manat bank xidmət haqqının və ödənilmiş 188 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iş materiallarından mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada vergi ödəyiciləri olan cavabdehlər Cavabdeh1 (VÖEN: **********) və Cavabdeh2 (VÖEN: **********) göndərildiyi və onların tərəfindən alındığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən hazırki iddia ərizəsi üzrə 188 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) ödənilmişdir. Halbuki, xx.xx.2024-cü il tarixdə İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki tələb üzrə məhkəməyə müraciət etmiş, müraciət edən zaman 188 manat məbləğində dövlət rüsumunu (qəbz nömrəsi: **********) ödəmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2173/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 188 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixli məktubla icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində ********** nömrəli qəbz üzrə ödənilmiş 188 manat məbləğində pul vəsaitin geri qaytarılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan ********** saylı qəbz üzrə ödənilmiş 188 manat iddiaçı tərəfindən hazırkı iddia ərzəsi üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar