Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2290/2022 01.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı – iddia qiymətini təşkil edən 8.489,48 manat borcun, 1.413,50 manat cərimə, ümumilikdə 9.902,98 borcun; iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat pulun, 110 manat mediasiya xərcinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia qiymətini təşkil edən 8.489,48 manat borcunun, 1.413,50 manat cərimənin, ümumilikdə 9.902,98 borcun; iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat pulun, 110 manat mediasiya xərclərinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "X6 Güc Sistemleri Sanayi Ve Ticaret A.S." nin Azarbaycan Respublikasindaki Nümayəndəliyi ilə Fərdi Sahibkar Cavabdeh arasında 12 mart 2019-cu il tarixli BM042/19 saylı Xidmət və ehtiyyat hissələrinin Alqı- Satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında adları e-qaimədə qeyd edilən ehtiyat hissələrin alqı satqısı həyata keçirilmiş və təhvil verilmişdir. Elektron qaimələr üzrə cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödəniş edilmiş, lakin əsas borc məbləğini təşkil edən 8.489,48 manat borc bu günə kimi ödənilməmişdir.Tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci maddəsinə əsasən Sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir. Sonuncu qaimə tarixindən bu günə kimi borcun gecikdirmə günü 333 gün olduğunu nəzərə alsaq, cavabdehin gecikmə cəriməsi 1.413,50 manat təşkil etməkdədir. Cavabdehə dəfələrlə borcun ödənilməsi xahiş edilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əmal edərək cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya presesinin tətbiqi barədə təklif göndərilmiş və təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra prosessual qaydalara əməl edilərək xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə təyin edilmiş mediator tərəfindən Mediasiyaya dəvət məktubu göndərilmiş, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında hər iki tərəfin iştirakı təmin edilmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/2-01384 saylı X2 sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış təqdim edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 100 manat məbləğində mediasiyaya dair, 10 manat poçt və digər xərclər ödənilmişdir. Belə olan halda ödənilmiş mediasiya xərci də cavabdehdən tutulmalıdır. Cavabdeh iddiaçıya qarşı qarşılıqı iddia ərizəsi verərək, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən ekskavatorun mühərrikinin starterinin geri qaytarılması, 3 ədəd sınmış farsunkaların və kəsilmiş kabelin mümkünsə, təmir edilməsi, əks təqdirdə isə yenisi ilə əvəz edilməsi, iddia qiymətini təşkil edən 77.000 manat dəymiş maddi ziyanın, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 321 manat dövlət rüsumunu fərdi sahibkar Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizədə qeyd etdiyi kimi təqdim olunmuş Elektron Qaimələr üzrə Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin göstərilən fakturalar üzrə heç bir ƏDV borcu yoxdur, tam şəkildə ödənilmişdir. Lakin iddiada tələb olunan əsas məbləğin ödənilməməsinə səbəb “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyinə cari ilin fevral ayında təmir üçün təhvil verilmiş CAT 330 markalı ** BA *** Dövlət nömrə nişanlı ekskavatorun yalnız avqust ayının sonunda "guya" təmir olunaraq qaytarılarkən 3 ədəd farsunkasının sınmış, kabeli kəsilmiş vəziyyətdə olduğu, mühərrikin starterinin isə tamamilə aşkar olunmadığı, ümumiyyətlə texnika işə yararsız vəziyyətdə olduğu aşkar edilməsidir. Bu barədə akt tərtib olunmuşdur. Həmçinin təmir müddəti uzun zaman olduğundan sahibkar olaraq texnikanın uzun müddət işləməməsi səbəbindən xeyli maddi ziyana uğramışdır. Belə ki, hər ay icarə müqaviləsi üzrə 11.000 manat gəlir əldə etmək imkanı olduğunu nəzərə alarsaq, “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyi 7 ay boşdayanmaya görə 77.000 AZN ziyan vurmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2-2(121)-2290/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Cavabdeh iddiaçıya qarşı xx.xx.2022-ci il tarixində yenidən qarşılıqı iddia ərizəsi verərək, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən ekskavatorun mühərrikinin starterinin geri qaytarılması, 3 ədəd sınmış farsunkaların və kəsilmiş kabelin mümkünsə, təmir edilməsi, əks təqdirdə isə yenisi ilə əvəz edilməsi, iddia qiymətini təşkil edən 77.000 manat dəymiş maddi ziyanın, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 321 manat dövlət rüsumunu fərdi sahibkar Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizədə qeyd etdiyi kimi təqdim olunmuş Elektron Qaimələr üzrə Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin göstərilən fakturalar üzrə heç bir ƏDV borcu yoxdur, tam şəkildə ödənilmişdir. Lakin iddiada tələb olunan əsas məbləğin ödənilməməsinə səbəb “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyinə cari ilin fevral ayında təmir üçün təhvil verilmiş CAT 330 markalı ** BA *** Dövlət nömrə nişanlı ekskavatorun yalnız avqust ayının sonunda "guya" təmir olunaraq qaytarılarkən 3 ədəd farsunkasının sınmış, kabeli kəsilmiş vəziyyətdə olduğu, mühərrikin starterinin isə tamamilə aşkar olunmadığı, ümumiyyətlə texnika işə yararsız vəziyyətdə olduğu aşkar edilməsidir. Bu barədə akt tərtib olunmuşdur. Həmçinin təmir müddəti uzun zaman olduğundan sahibkar olaraq texnikanın uzun müddət işləməməsi səbəbindən xeyli maddi ziyana uğramışdır. Belə ki, hər ay icarə müqaviləsi üzrə 11.000 manat gəlir əldə etmək imkanı olduğunu nəzərə alarsaq, “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyi 7 ay boşdayanmaya görə 77.000 AZN ziyan vurmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2290/2022 saylı qərardadı qarşılıqlı iddia ərizəsinin geri qaytarılması və ödənilmiş 321 manat dövlət rüsumunun Cavabdeh qaytarılması qərara alınmışdır. İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinin xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 mart 2019-cu il tarixli, BM-042/19 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən satıcı alıcının təsdiq etdiyi sifarişlər əsasında və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyat hissələri ilə təmin etməyi, sifarişçi isə bu xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 6.1-ci yarımbəndinə əsasən, sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (EBBA seriyalı, 529269 nömrəli) elektron qaiməyə əsasən, 11.685,26 manat, xx.xx.2021-ci il tarixli (EBBC seriyalı, 351160 nömrəli) elektron qaiməyə əsasən, 735,85 manat, xx.xx.2021-ci il tarixli (EBBC seriyalı, 975986 nömrəli) elektron qaiməyə əsasən, 2.696,29 manat, xx.xx.2021-ci il tarixli (EBBD seriyalı, 845027 nömrəli) elektron qaiməyə əsasən, 505,19 manat dəyərində İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi alıcı Cavabdeh mallar göndərmişdir. İş materialında olan İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh ünvanlanmış məktubundan görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Cavabdeh arasında bağlanmış 12 mart 2019-ci il tarixli, BM-042/19 saylı xidmət və ehtiyat hissələrinin alqısatqı müqaviləsinə əsasən 8.489,48 manat borc yaranmış, sonuncu qaimə tarixindən bu günə kimi borcun gecikdirmə günü 333 güb olduğunu nəzərə alsaq, gecikmə cəriməsi 1.413,50 manat təşkil etmiş, yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan X2 sonra prosesin davam etdirilə bilməməsi barədə 25 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli iddia ərizəsinin verilməsinə görə İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş köçürmənin aparılması haqqında bildirişlərə əsasən, xx.xx.2021-ci il tarixdə 675 manat, xx.xx.2021-ci il tarixdə 180 manat, xx.xx.2021-ci il tarixdə 411,30 manat, xx.xx.2021-ci il tarixdə 112,25 manat, xx.xx.2021-ci il tarixdə 927,49 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 3.750 manat dəyərində Cavabdeh İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hesabına ödənişlər etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, e-16(121)-8/2022 nömrəli Şirvan Kommersiya Məhkəməsinin qərardadı ilə ərizəçi İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh fərdi Sahibkar Cavabdeh "xxxx" ASC-nin Binəqədi filialında bank hesablarında olan pul vəsaitlərinə, eyni zamanda digər bank hesablarında olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində (9902.98 manat) həbs qoyulmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvəqqəti təminat tədbirinə dair ərizənin verilməsi üçün ərizəçi İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə iddiaçının xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh ehtiyat hissələrini verməsi qaimə-fakturalara və cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiklərinə əsasən işin mübahisəsiz halını təşkil edir. Cavabdehin məhkəməyə göndərdiyi qarşılıqlı iddia ərizələrində “iddiaçının ərizədə qeyd etdiyi kimi təqdim olunmuş Elektron Qaimələr üzrə Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin göstərilən fakturalar üzrə heç bir ƏDV borcu yoxdur, tam şəkildə ödənilmişdir. Lakin iddiada tələb olunan əsas məbləğin ödənilməməsinə səbəb “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyinə cari ilin fevral ayında təmir üçün təhvil verilmiş CAT 330 markalı ** BA *** Dövlət nömrə nişanlı ekskavatorun yalnız avqust ayının sonunda "guya" təmir olunaraq qaytarılarkən 3 ədəd farsunkasının sınmış, kabeli kəsilmiş vəziyyətdə olduğu, mühərrikin starterinin isə tamamilə aşkar olunmadığı, ümumiyyətlə texnika işə yararsız vəziyyətdə olduğu aşkar edilməsidir. Bu barədə akt tərtib olunmuşdur.” qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh borcun olduğunu etiraf edir, lakin onun ödənilməməsinin səbəbi kimi iddiaçının gördüyü işlərin qüsurlu olmasına istinad edir. Lakin bununla belə cavabdeh tərəfindən qeyd olunan halla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçı tərəfindən ona texnika ttəhvil veriləndən sonra qeyd etdiyi məsələrlə bağlı onun tərəfindən heç bir pretenziya irəli sürülməmişdir. İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh arasında 12 mart 2019-ci il tarixli, BM-042/19 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı alıcının təsdiq etdiyi sifarişlər əsasında və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyat hissələri ilə təmin etməyi, sifarişçi isə bu xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. Tərəflər arasında bağlanılmış 12 mart 2019-ci il tarixli, BM- 042/19 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 15.622,59 manat məbləğində vəsait xərclənmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya cəmi 8.489,48 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 12 mart 2019-ci il tarixli, BM-042/19 saylı müqaviləyə əsasən 8.489,48 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 8.489,48 manat borc İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1.413,50 manat məbləğində deyil, 140 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 110 manat mediasiya xərcinin, 30 manat rüsumun və 10 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 manat rüsumun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini, rüsumları ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini və rüsumları ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8.489,48 manat borc, 140 manat cərimə borcu, ilkin mediasiya sessiaysında ödənilən 110 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat və 30 manat məbləğində ödənilən dövlət rüsumu, cəmi 8.779,48 manat tutularaq İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2290/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2290/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver