Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-232/2025 11.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müvəqqəti istifadə üçün verilmiş əşyaların geri qaytarılması bu mümkün olmadıqda isə onların ümumi dəyərinin və mediasiya xərcinin tutulması tələbi” barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadə üçün verilmiş bir ədədinin dəyəri 450 manat olan 300 L – 77 ədəd, bir ədədinin dəyəri 450 manat olan 314 L- 8 ədəd, bir ədədinin dəyəri 550 manat olan 400 L- 101 ədəd, bir ədədinin dəyəri 600 manat olan 500 L- 6 ədəd və bir ədədinin dəyəri 650 manat olan 600 L-3 ədəd soyuducu, ümumi 195 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 99350 manat pulun, 388 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil məhkəməyə vəsatətlə ilə müraciət edərək, cavabdeh tərəflə məhkəməyə təqdim etdikləri barışıq sazişinin 2.7, 3.2, 3.3, 3.5, 3.6, 3.7-ci bəndləri istisna olmaqla, yəni qeyd olunan bəndləri çıxarmaqla barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı tərəflə məhkəməyə təqdim etdikləri barışıq sazişinin 2.7, 3.2, 3.3, 3.5, 3.6, 3.7-ci bəndləri çıxarmaqla barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Birinci tərəf”) ilə Cavabdeh (bundan sonra “İkinci tərəf”) arasında bağlanmış xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə: - “İkinci tərəf” Saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixinədək bir ədədinin dəyəri 450 manat olan 70 ədəd 300L, bir ədədinin dəyəri 550 manat olan 76 ədəd 40QL, bir ədədinin dəyəri 600 manat olan 3 ədəd 500L, bir ədədinin dəyəri 650 manat olan 2 ədəd 600L olmaqla, cəmi - 151 ədəd soyuducunun dəyəri olan ümumilikdə 76.400 manat (yetmiş altı min dörd yüz manat) məbləğində vəsaiti “Birinci tərəf”ə ödəməyi öhdəsinə götürür. - Əgər “İkinci tərəf” yuxanda göstərilən, öhdəliyi xx.xx.2025-ci il tarixinədək icra etmədiyi təqdirdə, mübahisə predmeti olan bir ədədinin dəyəri 450 manat olan 77 ədəd 300 L, bir ədədinin dəyəri 450 manat olan 8 ədəd 314 L, bir ədədinin dəyəri 550 manat olan 101 ədəd 400 L, bir ədədinin dəyəri 600 manat olan 6 ədəd 500 L və bir ədədinin dəyəri 650 manat olan 3 ədəd 600 L soyuducu olmaqla, ümumi 194 ədəd soyuducunun dəyəri olan ümumilikdə 99350 (doxsan doqquz min üç yüz əlli) manat məbləğində vəsaiti Birinci tərəfə ödəməyi öhdəsinə götürür. - “İkinci tərəf” mal satışından yaranmış 12,062.04 manat (on iki min altmış iki manat dörd qəpik) borcunu xx.xx.2025-ci il tarixinədək “Birinci tərəf”ə ödəməyi öhdəsinə götürür. Tərəflər bu Sazişi İmzalamaqla razılaşırlar ki, sazişin bağlanması, məhkəmə qaydasında təsdiqi və tam icrası nəticəsində tərəflər arasında həmin əmlaklarla bağlı gələcəkdə heç bir iddia və ya tələbin irəli sürülməyəcəyini təsdiq edirlər. - Saziş imzalandıqdan sonra “İkinci tərəf” “Birinci tərəf”ə qarşı həmin tarixədək irəli sürülmüş bütün iddialar və şikayətlərdən könüllü olaraq imtina etdiyini və gələcəkdə bu iddiaları yenidən qaldırmayacağını öhdəsinə götürür. - Hüquqi asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. - Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. - Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. - Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. - Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gün qüvvəyə minir. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən və tərəflər arasında artıq mübahisə mövcud olmadığından işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Bundan əlavə, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Sazişin şərtlərinə görə bundan sonra “Birinci tərəf”) ilə Cavabdeh oğlu (Sazişin şərtlərinə görə bundan sonra “İkinci tərəf”) arasında 23 iyun 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. “İkinci tərəf” Saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixinədək bir ədədinin dəyəri 450 manat olan 70 ədəd 300L, bir ədədinin dəyəri 550 manat olan 76 ədəd 40QL, bir ədədinin dəyəri 600 manat olan 3 ədəd 500L, bir ədədinin dəyəri 650 manat olan 2 ədəd 600L olmaqla, cəmi - 151 ədəd soyuducunun dəyəri olan ümumilikdə 76.400 (yetmiş altı min dörd yüz) manat məbləğində vəsaiti “Birinci tərəf”ə ödəməyi öhdəsinə götürür.
2. Əgər “İkinci tərəf” yuxanda göstərilən, öhdəliyi xx.xx.2025-ci il tarixinədək icra etmədiyi təqdirdə, mübahisə predmeti olan bir ədədinin dəyəri 450 manat olan 77 ədəd 300 L, bir ədədinin dəyəri 450 manat olan 8 ədəd 314 L, bir ədədinin dəyəri 550 manat olan 101 ədəd 400 L, bir ədədinin dəyəri 600 manat olan 6 ədəd 500 L və bir ədədinin dəyəri 650 manat olan 3 ədəd 600 L soyuducu olmaqla, cəmi 194 ədəd soyuducunun dəyəri olan ümumilikdə 99350 (doxsan doqquz min üç yüz əlli) manat məbləğində vəsaiti “Birinci tərəf”ə ödəməyi öhdəsinə götürür.
3. “İkinci tərəf” mal satışından yaranmış 12,062.04 (on iki min altmış iki manat, dörd qəpik) manat borcunu xx.xx.2025-ci il tarixinədək “Birinci tərəf”ə ödəməyi öhdəsinə götürür. Tərəflər bu Sazişi İmzalamaqla razılaşırlar ki, sazişin bağlanması, məhkəmə qaydasında təsdiqi vəfam icrası nəticəsində tərəflər arasında həmin əmlaklarla bağlı gələcəkdə heç bir iddia və ya tələbin irəli sürülməyəcəyini təsdiq edirlər.
4. Saziş imzalandıqdan sonra “İkinci tərəf” “Birinci tərəf”ə qarşı həmin tarixədək irəli sürülmüş bütün iddialar və şikayətlərdən könüllü olaraq imtina etdiyini və gələcəkdə bu iddiaları yenidən qaldırmayacağını öhdəsinə götürür.
5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya oimayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
6. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
8. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gün qüvvəyə minir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehna qarşı “müvəqqəti istifadə üçün verilmiş əşyaların geri qaytarılması bu mümkün olmadıqda isə onların ümumi dəyərinin və mediasiya xərcinin tutulması” tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Rəmzi Nəbiyev