Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2321/2025 09.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 71.780,58 manat əsas borc məbləğinin, 3.097,38 manat məbləğində, xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinədək dövr üçün qanuni faiz məbləğinin, iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinə görə 315,53 manat dövlət rüsumu və Müvəqqəti Təminat tədbirinin tətbiqi ilə əlaqədar 31,55 manat, iddiaçının hüquqi yardım xərci olan 300 manat məbləğinin, ümumilikdə 75.525,04 manat manat məbləğin cavabdehdən tutulub İddiaçıMMC-yə hesabına ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, İddiaçı MMC ilə Cavabdeh MMC arasında KBT-UPS/TM-38/23 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə və ona dair əlavə razılaşmalara əsasən, iddiaçı tərəf müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulan müəyyən malları, cavabdeh tərəf isə həmin Malın dəyərini qiymət razılaşma Protokolunun 1-ci maddəsində göstərildiyi kimi 7 iş günü ərzində Satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz müqavilə öhdəliklərini tam icra etmiş, görülmüş işlər cavabdehə təhvil verilmiş və bu barədə müvafiq təhvil təslim aktları tərtib olunmuşdur. Cavabdeh tərəf isə müqavilədən irəli gələn pul öhdəliyini – görülmüş işlərin dəyərinin ödənilməsini – müəyyən olunmuş müddətdə yerinə yetirməmişdir. Görülmüş işlərə dair xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə edən iki dövr üzrə aralıq ödəniş sertifikatları tərtib edilmiş. İddiaçı tərəfindən cavabdehə ilk öncə xx.xx.2024-cü il tarixində ƏDV daxil 50716,4 manat məbləğində, sonra isə xx.xx.2024-cü il tarixində 21064,18 manat həcmində müvafiq qaimə-fakturalar (elektron qaimələr) təqdim olunmuşdur. Bu sənədlərə əsasən,cavabdehin iddiaçı qarşısında ödəməli olduğu borcun ümumi məbləği 71 780.58 manat təşkil edir. Lakin cavabdeh təqdim olunmuş hesablar üzrə ödənişləri müqavilədə nəzərdə tutulan müddətlərdə həyata keçirməmiş, nəticədə qeyd olunan məbləğ indiyədək ödənilməmiş qalır. 2025-ci il 29 may tarixində iddiaçı tərəfindən cavabdehə borcun könüllü qaydada ödənilməsi tələbi ilə rəsmi pretensiya məktubu göndərilmişdir. Həmin məktubla borcun ödənilməsi üçün cavabdehə 3 (üç) təqvim günü əlavə möhlət verilmişdir. Buna baxmayaraq, göstərilən müddət ərzində də borc ödənilməmişdir. Beləliklə, cavabdeh müqavilə öhdəliyini pozaraq borclu vəziyyətə düşmüşdür.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı) arasında bağlanmış xx.xx.2023cü il tarixli, KBT-UPS/TM-38/23 nömrəli Alqı-Satqı Müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Satıcı” icra etdiyi tikinti layihəsi üzrə “Alıcı”ya onun sıfarişi əsasında bu Müqavilənin aynlmaz tərkib hissəsi sayılan “Alış Sifarişi” Əlavə №1-də göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında “Mal’ adlandırılacaq) satır, “Alıcı” isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Müqaviləyə növbəti Əlavə razılaşmalar edilə bilər. 1.2-ci bəndinə əsasən, Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin aynlmaz tərkib hissəsi olan Əlavə “Alış Sifarişi” lərində öz əksini tapmışdır. 1.2-ci bəndinə əsasən, Bu müqavilə üzrə tərəflər arasında razılaşdırılaraq müqaviləyə “Əlavə Razılaşmalar” “Alış Sifarişləri" əlavə edilə bilər, bu müqavilə üzrə satışı həyata keçirdiləcək mallar, malların miqdarlan vahid qiymətləri o cümlədən ödəniş şərtləri əlavə raz daşmalarda öz əksini tapacaqdır. 2.1-ci bəndinə əsasən, Malların təchizatı «Alıcı» tərəfindən təqdim edilmiş sifarişlərin əsasında həyata keçirilir. 2.2-ci bəndinə əsasən, Müvafiq sifarişdə başqa hal nəzərdə tutulmadığı halda, Satıcı, təsdiq olunmuş sifariş üzrə alınacaq Mallann təchizatını 24 (iyirmi dörd) saat ərzində həyata keçirir. Mallar Satıcı tərəfindən Alıcının təyin etdiyi ünvana çatdırılır və onun səlahiyyətli nümayəndəsinə təhvil verilir. Malların çatdırılma xərcləri Mallann qiymətinə daxildir. Mallar onların növünə uyğun olaraq müvafiq qaydada qablaşdırılmalıdır. Sifariş üzrə çatdınlmış Malların Alıcıya təhvili müvafiq qaimə-faktura ilə təsdiq olunur. 2.3-cü bəndinə əsasən, Mallar Alıcıya verildiyi andan, Mallarm təsədüfən məhv olunması və ya zədələnməsi riski onun üzərinə düşür. 2.4-cü bəndinə əsasən, Hazırkı müqavilə üzrə Mallar Alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur. 3.1-ci bəndinə əsasən, Alıcı hər sifariş üzrə Malların dəyərini Satıcı tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən razılaşdırılmış qaydada ödənişi həyata keçirir. 3.2-ci bəndinə əsasən, Tərəflər arasında hesablaşma bank köçürmə yolu ilə həyata keçirilir. 5.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra elməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzim tam həcmdə ödəməlidir. 5.2-ci bəndinə əsasən, Tərəflər arasında Müqavilə bağlandıqdan sonra Mallarla bağlı üçüncü şəxslərin iddia və pretenziyalarına görə Satıcı tam məsuliyyət daşıyır və bu halların nəticəsi olaraq Alıcıya dəyən zərəri tam həcmdə ödəməlidir. 5.3-cü bəndinə əsasən, Mallar bu Müqavilədə göstərilən qaydada və şərtlərlə Alıcıya tam təhvil verilənə qədər Malların təsadüfən məhv olması və yaxud zədələnməsi riski Satıcının üzərinə düşür 5.4-cü bəndinə əsasən, Satıcı satılan malların keyfiyyətinə tam məsuliyyət daşıyır və əgər tikinti zamanı və yaxud tikinti bitəndən sonra tikilmiş obyektin istismarı zamanı satılan malların keyfiyyətsiz olması halları aşkar olunarsa, həmin keyfiyyətsiz tikinti materiallarının istismarı nəticəsində Alıcıya dəymiş ziyan, o cümlədən tikintiyə dəymiş ziyanın bərpasıyla əlaqədər bütün xərçlərin ödənilməsini Satıcı öz öhdəsinə götürür.
10. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə edən iki dövr üzrə görülmüş alqı-satqı işlərinə dair aralıq ödəniş sertifikatları tərtib edilmiş, malların dəyəri 50716,40 manat və 21064,18 manat olmaqla, yekun məbləğ 71780,58 manat təşkil edir.
11. İş materiallarından görünür ki, Körpü-Bina-Tikinti” MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə ƏDV daxil 50716,40 manat, xx.xx.2024-cü il tarixli ƏDV daxil 21064,18 manat olmaqla, cəmi 71780,58 manat dəyərində malların, iş və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə-faktura təqdim olunmuşdur.
12. İş materiallarından görünür ki, İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı) arasında xx.xx.2023-cü il tarixli, KBT-UPS/TM-38/23 nömrəli Alqı-Satqı Müqaviləsinə 2 nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə - “X1” tərtib olunaraq təsdiq edilmişdir.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesab fakturaların surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mal təhvil verilmişdir.
14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 19 may 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 71780,58 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
15. İş materiallarından görünür ki, **********35 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 315,53 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 108.1.1 və 108.1.5-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə və müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə dövlət rüsumu ödənilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -15.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
19. Məhkəmə baxışının hədləri: - AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
21. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2023-cü il tarixli, KBT-UPS/TM-38/23 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (“Satıcı”) Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən, “Alış Sifarişi” Əlavə №1-də göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları cavabdehə (“Alıcı”) təqdim etməyi, cavabdeh (“Alıcı”) isə, həmin Malların dəyərini iddiaçıya (“Satıcı”) ödəməyi öhdəsinə götürmüşdür.
22. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 71780,58 manat dəyərində malları cavabdehə təhvil vermişdir. Göründüyü kimi iddiaçı iddianın əsasını və cavabdehə mal verilməsini mötəbər dəlillərlə sübut edə bilmişdir. Lakin, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, həmçinin hüquq və vəzifələrinə dair bildiriş təqdim edilməsinə baxmayaraq, iddianın əsassızlığına yaxud öhdəliklərin icrasından azad olunmasına dair sübutları məhkəməyə təqdim etəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca icra etməmiş, qəbul edilmiş malların dəyəri tam olaraq ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya ƏDV daxil olmaqla cəmi 71780,58 məbləğində ödənilməmiş borcu qalmışdır.
24. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 71780,58 məbləğində əsas borca münasibətdə əsaslı olduğundan təmin edilməlidir.
25. Məhkəmə, iddianı “cavabdehdən 3097,38 manat məbləğində qanuni faiz borcunun tutulması”na aid hissədə əsassız hesab edir. Ona görə ki, iddiaçı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
26. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.
27. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Upsilon” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71780,58 məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri:
28. Məhkəmə, ödənilmiş dövlət rüsumuna münasibət bildirərək qeyd edir ki, AR MPMnin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iş üzrə iddia qismən təmin olunduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 315,53 manat dövlət rüsumunun 305,34 manatı cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 10,19 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
29. Məhkəmə, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 31,55 manatın cavabdehdən tutulmasına dair tələbini əsassız hesab edir və qeyd edir ki, həmin xərc iddiaçının özünə aid edilməlidir.
30. Məhkəmə “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin cavabdehdən tutulması”na məhkəmə münasibət bildirərək qeyd edir ki, bu xərcin iddiaçı tərəfindən çəkilməsinə dair hər hansı bir sübut iş materiallarına əlavə edilmədiyi üçün həmin xərc cavabdehə aid edilə bilməz.
Nəticə:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdehndən 71780,58 (yetmiş bir min yeddi yüz səksən manat, əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 305,34 (üç yüz beş manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev