Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2329/2024 25.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh MMC-yə qarşı – Cavabdeh MMC dən - iddia qiymətini təşkil edən 173,202.97 (yüz yetmiş üç min iki yüz iki manat 97 qəpik) manat məbləğində əsəs borc məbləği, 31,176.53 (otuz bir min büz yetmiş altı manat 53 qəpik) manat məbləğində ədv borcu ümumilikdə 204,379.50 (iki yüz dörd min üç yüz yetmiş doqquz manat 50 qəpik) manat borc və 495 manat dövlət rüsumu “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən hazırki iddia ərizəsi üzrə 495,26 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: **********) ödənildiyi müəyyən olunur. Halbuki, xx.xx.2024-cü il tarixdə iddiaçı “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh MMC-yə qarşı hazırki tələb üzrə məhkəməyə müraciət etmiş, müraciət edən zaman xx.xx.2024-cü il tarixində 495,26 manat məbləğində dövlət rüsumunu (qəbz nömrəsi: **********) ödəmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2199/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 495,26 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixli məktubla rüsumun qaytarılması hissəsində icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində ********** nömrəli qəbz üzrə ödənilmiş 495,26 manat məbləğində pul vəsaitin geri qaytarılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan təkrarən ********** saylı qəbz üzrə ödənilmiş 495,26 manat iddiaçı tərəfindən hazırkı iddia ərzəsi üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü, 135.8-ci, 151.1-ci və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2329/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2329/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver