Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2354/2025 23.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş qalıq borc tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh alqı-satqı müqaviləsi üzrə 6579.16 (altı min beş yüz yetmiş doqquz manat, on altı qəpik) manat qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 85.80 (səksən beş manat, səksən qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 6579,16 (altı min beş yüz yetmiş doqquz manat on altı qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş Maliyyə Arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan qalıq borcu 6579.16 (altı min beş yüz yetmiş doqquz manat ona altı qəpik) manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin qalıq borcu 6579,16 manat təşkil edir. Üzləşmə aktında qeyd olunan imza cavabehə məxsusdur. Qeyd olunanları nəzərə alaraq, o, iddianın təmin olunması bardə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçıdan ümumilikdə təxminən 150000 manat məbləğində mal aldığını, borcunun böyük hissəsini ödədiyini, qalıq borcunun 2500 manat məbləğində olduğunu bildirdi, qeyd olunanlara əsasən iddianın qismən qəbul edilməsini məhkəmədən xahiş etdi.
İddia ərizəsinə etiraz:
5. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 05467 nömrəli alqı-satqı müqaviləsinin: -1.1.2-ci yarımbəndinə əsasən, Müqqavilənin əlavələri, o cümlədən Sifarişlər, Qaimə-fakturalar (təhvil qəbul Aktları) Müqavilənin ayrılmaz tərkib hissəsidirlər. -2.2-ci yarımbəndinə əsasən, “Alıcı” Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri-qida məhsullarını (bundan sonra “mallar”) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı Satıcıdan sifariş edəcək. -2.3-cü yarımbəndinə əsasən, “Satıcı” sifariş edilmiş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentlə Alıcıya təhvil verəcək. -2.4-cü yarımbəndinə əsasən, “Alıcı” sifarişə uyğun malları təhvil alacaq və malların dəyərini Satıcıya müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmaqla) göstərilən qaydada ödənəcəkdir. -3.4-cü yarımbəndinə əsasən, “Alıcı” malların çatdırılması yerini malları sifariş verdiyi zaman müəyyən etməlidir. Tərəflər arasında digər razılaşma yoxdursa, Satıcı malları öz mülahizəsinə əsasən Alıcının istənilən Mağazasına (Alıcıya məxsus və ya digər formada alıcının idarəçiliyində olan marketlərdə və ya digər mağazalar və ya oxşar pərqakəndə və ya topdan satış məntəqələri deməkdir) və ya Alıcının müəyyən etdiyi digər yerə çatdırılmalı və təhvil verməlidir. -3.5 yarımbəndinə əsasən, “Satıcı” malları Alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəvul aktını (qaimə fakturanı) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiikdə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil-təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləridə (bundan sonra “digər sənədlər”) alıcıya təqdim edə bilər. “Alıcı” bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhbil verildii andan təsadüfü məhv olma və zədələnmə riski alıcıya keçir. -8.1 yarımbəndinə əsasən, Alıcı bu müqaviləyə uyğun olaraq, Satıcı tərəfindən təhvil verilən malların dəyərini (Qiymət), müqavilənin digər şərtlərni nəzərə almaqla aşağıdakı qaydada ödəməlidir. 1-ci “Alıcı”ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən___ gündən artıq ola bilməz. Ödəniş 14 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cu bəndində göstərilən qaydada hesablanmaqla “Satıcı”ya ödəniləcəkdir. 2-ci Alıcı Satıcıdan ilk dəfə mal aldıqda ödəniş ilk dəfə üçün qabaqcadan ödəniş qaydası formasında həyata keçirilməlidir. Növbəti ödənişlər üçün hazırki müqavilənin 8.1 (1) bəndi əsas götürüləcəkdir və ya, 3-cü Tərəflər əlavə razılaşma imzalamaqla ayrı ödəniş qaydasının müəyyən edə bilərlər.
7. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh “ümumilikdə 6953,15 manat dəyərində malların, iş və xidmətlərin yerinə yetirilməsinə dair elektron qaimə-faktura təqdim olunmuşdur.
8. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC və Cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşmə aktlarına əsasən ümumilikdə (7736,92+11226,81) 18963,73 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
9. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 05467 nömrəli alqı-satqı müqaviləsi İddiaçı MMC-yə qalıq borcu 6579,16 manat təşkil edir.
10. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 6579,16 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
11. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən verilmiş ərizənin mahiyyətindən görünür ki, cavabdeh iddiaçıdan ümumilikdə təxminən 150000 manat məbləğində mal almış, borcunun böyük hissəsini ödəmiş, qalıq borcu 2500 manat təşkil edir.
12. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 85,80 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları cavabdehə verməyi, cavabdeh isə həmin malları qəbul edib və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.
18. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi üzrə tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
19. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçıya olan borcunun 2500 manat təşkil etdiyini bildirsə də, bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
20. Məhkəmə, həmçinin qeyd edir ki,, iş materiallarında olan elektron qaimələr və üzləşmə aktı cavabdehin alqı-satqı müqailəsi üzrə iddiaçıya 6579,16 manat məbləğində borcunun olduğunu təsdiq edir. Məhkəmə xərcləri:
21. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 85,80 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 6579,16 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 6579,16 (altı min beş yüz yetmiş doqquz manat, on altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 85,80 (səksən beş manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev