Məhkəmə qərarları › İş №e-2-2(121)-2369/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2369/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2369/2022 21.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı MMCnin Cavabdeh qarşı cavabdehdən təhvil aldığı mallara görə 815 manat məbləğində vəsaitin və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 40 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən təhvil aldığı mallara görə 815 manat məbləğində vəsaitin və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 40 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən təhvil aldığı mallara görə 815 manat məbləğində vəsaitin və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 40 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar