Məhkəmə qərarları › İş №e-2-2(121)-2376/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2376/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2376/2024 26.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı Nümayəndə Məmməd oğlunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Nümayəndə Məmməd oğlu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaFçıərdi Sahibkar X3 oğlu (VÖEN-**********) arasında Alqı-Satqı müqaviləsinə əsasən xidmətinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 01/22 nömrəli “ALQİSATQİ” müqaviləsinə əsasən olan əsas borc1580 (Bir min beş yüz səksən) manat, 250 manat faiz ödənişi ümumilikdə 1830 manat (bir min səkiz yüz otuz) ödəniş, 40 azn dövlət rüsumu ümumilikdə 1870 (bir min səkkiz yüz yetmiş) azn borcun alınaraq iddiaçı “Fərdi Sahibkar X1 (VÖEN-**********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən hazırki iddia ərizəsi üzrə 40 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: **********) ödənildiyi müəyyən olunur. Halbuki, xx.xx.2024-cü il tarixdə iddiaçı Nümayəndə Məmməd oğlu Cavabdeh MMCyə qarşı hazırki tələb üzrə məhkəməyə müraciət edən zaman xx.xx.2024-cü il tarixində 40 manat məbləğində dövlət rüsumunu (qəbz nömrəsi: **********) ödəmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Nümayəndə Məmməd oğlunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, iddiaçı Nümayəndə Məmməd oğlu tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixli məktubla rüsumun qaytarılması hissəsində icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində ********** nömrəli qəbz üzrə ödənilmiş 40 manat məbləğində pul vəsaitin geri qaytarılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan həmin qəbz üzrə ödənilmiş 40 manat iddiaçı tərəfindən hazırkı iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, iddiaçının nəzərinə çatdırır ki, hazırkı iddia ərizəsi üzrə artıq Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2376/2024 saylı, 15 iyul 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsində olan nöqsanlar göstərilmiş, buna baxmayaraq hazırkı iddia ərizəsində nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Odur ki, məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmış iddia ərizəsi yenidən məhkəməyə təqdim edilən zaman məhkəmənin qərardadında göstərilən nöqsanlar nəzərə alınmaqla aradan qaldırılmalı, işə düzgün və tezliklə baxılmasına maneçilik törədilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Nümayəndə Məmməd oğlunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar