Məhkəmə qərarları › İş №e-2-2(121)-238/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-238/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-238/2020 21.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X1, Cavabdeh Yahya oğlunun iştirakları ilə, İddiaçı X2 Cavabdeh Yahya oğluna qarşı 14.769,71 manat borc və 30 manat dövlət rüsumunun, cəmi 14.799,71 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh Yahya oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Yahya oğlundan 14.769,71 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 14.799,71 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı X3 məxsus kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 27-LD/17 saylı müqaviləyə əsasən, borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 35.539,44 olmaqla 12 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 17.769,72 manat məbləğində məbləğdə ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, İddiaçı ASC-nin əməkdaşları tərəfindən Cavabdeh təsərrüfatına baxış keçirilən zaman 12 baş damazlıq heyvanlar orada aşkar olunmamışdır. Bu barədə Cəmiyyətin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdehdən tələb edilən məbləğ lizinq ödənişi hesab olunur. Cavabdeh lizinqə verilmiş damazlıq heyvanları Cəmiyyətin razılığı olmadan satdığı və hal-hazıra kimi lizinq ödənişlərini etmədiyi üçün həmin lizinq ödənişlərini məhkəmə qaydasında ondan tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı X2 nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı ASC-dən lizinqə götürdüyü damazlıq heyvanlardan ikisi ölmüşdür. İddiaçı ASC-nin nümayəndələri gəlib baxmışdır. Heyvanların balaları olmur deyə satıb İddiaçı ASC-yə olan borcunu ödəyə bilmir. 1 ildən çoxdur ki, ödəniş etmir. 3 heyvanı qalıb, qalan heyvanları satıb yerli sort heyvanlar almışdır ki, borcunu ödəsin. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 27-LD/17 saylı müqavilədən görünür ki, İddiaçı X5 ilə Cavabdeh Yahya oğlu arasında lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən, ümumi dəyəri 35.539,47 manat olan 12 ədəd Holştin-friz cinsli damazlıq heyvanlar Cavabdeh Yahya oğluna lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 582/Ü saylı əmrdən görünür ki, Cavabdeh Yahya oğlu ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 27-LD/17 saylı lizinq müqaviləsi üzrə ödənilmiş 17.769,73 manat nəzərə alınmaqla, 12 baş Holştin-friz cinsli damazlıq heyvanların Cavabdeh Yahya oğluna lizinqə verilməsi verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli sığorta haqqının ödənilməsi barədə müqavilədən görünür ki, İddiaçı X5 ilə Cavabdeh Yahya oğlu arasında sığorta haqqının ödənilməsi barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, 12 ədəd Holştin-friz cinsli damazlıq heyvanlar üçün ümumilikdə 4.264,74 sığorta haqqının İddiaçı ASC-yə ödənilməsi öhdəliyini Cavabdeh Yahya oğlu üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı ASC-yə məxsus iri buynuzlu cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə 28/17 saylı müqavilədən görünür ki, İddiaçı X5 ilə “xxxxxxxxxxxx” ASC arasında İddiaçı ASC-yə məxsus iri buynuzlu cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il tarixli, 22 sentyabr tarixli 226 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydaların tələblərinə uyğun olaraq bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını ödəməyi, sığortaçı isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu müqavilədə göstərilən sığorta hadisəsi baş verdikdə sığortalının təqdim edəcəyi siyahıda göstərilən və bu müqavilənin tərkib hissəsi sayılacaq tərəflər arasında əlavə razılaşma ilə müəyyən olunan damazlıq heyvanlaraq dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Yahya oğluna lizinqə verilmiş 1 baş Holştin-friz cinsli heyvanın tələf olması ilə əlaqədar, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli lizinqə verilmiş cins damazlıq heyvanların inventarizasiyası aktından görünür ki, müqvilə üzrə verilmiş 12 baş heyvanın 1-i tələf olmuş, faktiki 3 heyvan vardır, 8 heyvan isə müqavilə üzrə çatışmır. Akt iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı X2 maliyyə arayışında qeyd edilmişdir ki, Ağcabədi rayonu, Kəhrizli kənd sakini Cavabdeh Yahya oğlunun İddiaçı X5 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 27-LD/17 saylı müqaviləyə əsasən lizinqə götürdüyü ümumi dəyəri 35.539,44 manat olan iri buynuzlu cins damazlıq heyvanlar üçün ödəniş qrafiki tərtib olunmuşdur. Qrafik üzrə ödənişin məbləği 3.000,01 manat təşkil etmişdir. Cavabdeh Yahya oğlunun borcu 14.769,71 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı X5 ilə Cavabdeh Yahya oğlu arasında xx.xx.2017ci il tarixli, 27-LD/17 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, cavabdehə verilmiş 12 baş heyvandan 1-i ölmüş, 3-ü cavabdehdə qalmış, qalan 8-i isə satılmışdır. Qeyd olunan halları cavabdeh də etiraf etmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Yahya oğlundan 14.769,71 (on dörd min yeddi yüz altmış doqquz manat, yetmiş bir qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 14.799,71 (on dörd min yeddi yüz doxsan doqquz manat, yetmiş bir qəpik) manat tutularaq, İddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar