Məhkəmə qərarları › İş №e-2-2(121)-2383/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2383/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2383/2025 29.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, S29/23 saylı Alqı-Satqı Müqaviləsi əsasında 63985,80 manat əsas, 6398,58 manat dəbbə pulu və 301 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 70685,38 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, S29/23 saylı Alqı- Satqı Müqaviləsi əsasında 57985.80 manat əsas və 5798.58 manat dəbbə pulu, 301 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 64085.38 manatın cavabdehdən tutularaq "X3 Company" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S29/22 saylı“Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 63985,80 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. 4.“İddia tələbinin dəqiqləşdirilməsi” barədə xx.xx.2025-ci il tarixli ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 avqust 2025-ci il tarixdə 3000 (üç min) və 03 sentyabr 2025-ci il tarixdə 3000 (üç min) olmaqla, cəmi 6000 (altı min) manat ödəniş etməsi səbəbi ilə iddia məbləğində dəyişikliyi nəzərə alınmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 6000 manat ödəniş edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, onun nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

8. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

10. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

11. Elektron Məhkəmə İnformasiya Sistemində olan Vergi məlumatlarından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona xx.xx.2009-cu il tarixdə VÖEN: ********** verilmişdir.

12. İş materiallarında olan İddiaçı MMC (“Təchizatçı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, S29/23 saylı “Təchizat Müqaviləsi”nin: 1.1. bəndinə görə Müqaviləyə əsasən “Təchizatçı” “Alıcıya (bundan sonra "Mal”) satır, “Alıcı” isə həmin “Mafı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçıya”ya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. 1.2. bəndinə görə, “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Mal”lara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəflərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavə”lərdə əks olunur. 1.3. bəndinə görə, “Malların təhvil verilməsi ilə eyni vaxtda “Satıcı” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq “Madarın dövriyyəsinin qanuniliyini təsdiq edən onlarla əlaqəli sənədləri (təsdiq edilmiş surətləri) “Alıcıya təhvil verməlidir. 2.1. bəndinə görə, “Madarın təchizatı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavə”lər və onun ayrılmaz hissəsi olan “Spesifikasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. 2.2. bəndinə görə “Malların təchizatı “Tərəflərin yazılı şəkildə razılaşdırdığı əraziyə (o cümlədən elektron poçtdan istifadə etməklə) uyğun olaraq partiyalarla həyata keçirilir. 2.3. bəndinə görə, “Alıcı” “Malların qəbulunu təmin etməyə, ona baxış keçirməyə, keyfiyyətini, çeşidini və kəmiyyətini (o cümlədən əlavələrin tamlığını) yoxlamağa borcludur. Bu “Müqavilə”yə əsasən tədarük olunan mallar lazımi keyfiyyətə malik olmalıdır. 2.4. bəndinə görə, "Mallar “Təchizatçı” və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən “Alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə “Aiıcfnın anbarına (mağazaya, digər binalara) çatdırılır. “Maların “Alıcıya faktiki təhvil verildiyi və “Mallar üçün əlavə hesabfakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən “Mallara qulluq yükü və “Malların təsadüfən itirilməsi riski “Alıcı”nın üzərinə düşür. 2.5. bəndinə görə, “Madara mülkiyyət hüququ “Tərəfləfin səlahiyyətli nümayəndələri tərəfindən “Madar üzrə qaimə sənədlərinin imzaladığı andan “Təchizatçı”dan “Alıcıya keçir. 4.1. bəndinə görə, Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Malların “Təchizatçı” qüvvələr tərəfindən çatdırılması hallarda, "Malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Təchizatçının ödəniş hesabına vəsait köçürür və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mallarin müvafiq partiyasının bir hissəsinin realizasiyası zaman ümumi ödəniş müddət hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mallarin qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçının ödəniş hesabına vəsait daxil olduğu verilmiş “Mallar ödənilmiş hesab olunur. 5.1. bəndinə görə, “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2,-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Təchizatçı” təhvil verilmiş bütün “Mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Təchizatçı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcını bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

13. İş materiallarında olan EBCN 909468 nömrəli, xx.xx.2023-cü il tarixli (130519,33 manat), EBDC 187921 nömrəli, xx.xx.2023-cü il tarixli 24332,40 manat), EBDB 778259 nömrəli xx.xx.2023-cü il tarixli (31144,20 manat), EBDF 776916 nömrəli, xx.xx.2023-ci il tarixli (16447,20 manat), EBDG 984683 nömrəli, xx.xx.2023-cü il tarixli (9883,80 manat), EBDİ 535168 nömrəli, xx.xx.2023-ci il tarixli (8120,40 manat), EBDN 899406 nömrəli, xx.xx.2023-ci il tarixli (34780,56 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan və cavabdehin sifariş etdiyi malların siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmişdir. 14.İş materiallarında olan İddiaçı MMC və Cavabdeh tərəfindən təsdiq edilmiş 935 saylı, xx.xx.2023-cü il tarixli “Üzləşmə aktının surətindən görünür ki, Cavabdeh X3 Company” MMC -yə olan borcu xx.xx.2023-cü il tarixə 94600,38 manat təşkil edir.

15. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh tərəfindən təsdiq edilmiş 330 saylı, xx.xx.2023-cü il tarixli “Üzləşmə aktının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC -yə olan borcu xx.xx.2023-cü il tarixə 86600,38 manat təşkil edir.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 93/25 saylı maliyyə arayışından görünür ki, Cavabdeh “X3 62900,01 manat, qalıq borc 63985,80 manat təşkil edir.

17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli № 31/25 saylı “dəqiqləşmiş maliyyə arayışı”ndan görünür ki, Cavabdeh həmin tarixə yazılan qamələrin ümumi məbləği 255227,88 manat, ödənilən məbləğ 68900,01 manat, qaytarılan malların dəyəri 128342,07 manat, qalıq borc 57985,80 manat, gecikən hər ilə görə dəbbə pulu (2 il *5%=10%) 5798,58 manat, cəmi iddia tələbinin məbləği 63784,38 manat təşkil edir.

18. İş materiallarında xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, təqdim olunmuş qaimələr əsasında Şirkətə 66985,80 manat borcu var. Borcunuzu 3 gün müddətində ödəməyiniz tələb olunur.

19. İş materiallarında olan **********68 ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 301 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçın nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında faktiki olaraq alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, işin araşdırılan hallarından görünür ki, “X6 Company” MMC iş üzrə mallar vermiş, cavabdeh isə aldığı malları qəbul edib razılaşdırılmış qaydada onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

25. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə müvafiq olaraq malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, alınan malların dəyərinin ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. İddiaçının cavabdehə iddia ərizəsində göstərilən malları verməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur.

26. Məhkəmə hesab edir ki, işin müəyyən edilən hallarından cavabdehin iddiaçıya 62900,01 manat borcunun olması və məhkəmə icraatı dövründə cavabdeh tərəfindən 20 avqust 2025-ci il tarixdə 3000 (üç min) və 03 sentyabr 2025-ci il tarixdə 3000 (üç min) olmaqla, cəmi 6000 (altı min) manat ödəniş edilməsi və qalıq borcun 57985.80 manat təşkil etməsi öz təsdiqini tapdığından, həmçinin cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsas borca münasibətdə əsaslı olduğuna görə təmin edilməlidir.

27. Məhkəmə, iddia tələbini 5798.58 manat cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən müqavilədə göstərilən müddətdə ödənilməsi gecikdirildikdə, iddiaçının gecikdirilən hər gün üçün cərimə hesablamaq hüququ vardır. İşin halları ilə cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

28. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

28. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri, həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman əsas borcun 63985,80 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksəkdir və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 3000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 57985.80 manat məbləğində əsas borc və 3000 manat məbləğində cərimə olmaqla, cəmi 60985,80 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş 301 manat dövlət rüsumunun görə 273 manatı cavabdehə aid edilməli və cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir, qalan 28 manat isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 57985.80 manat məbləğində əsas borc və 3000 manat məbləğində cərimə olmaqla, cəmi 60985,80 (altmış min doqquz yüz səksən beş manat, səksən qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 273 (iki yüz yetmiş üç) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 28 (iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar