Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2410/2025 24.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 4267,21 (Dörd min iki yüz altmış yeddi) manat 21 qəpik məbləğində əsas borcu və 150 (yüz əlli)manat dəbbə pulu ümumilikdə 1858,57 (bir min səkkiz yüz əlli səkkiz) manat 57 qəpik borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 63 (altmış üç) AZN dövlət rüsumu pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2021-ci il tarixli, 13333 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 4267,21 (Dörd min iki yüz altmış yeddi) manat 21 qəpik məbləğində əsas borcu və 150 (yüz əlli)manat dəbbə pulu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, cavabdehdən mal almamış, iddiaçı ilə müqavilə bağlamamış, müqavilədə və aktlarda olan imzalar ona məxsus deyil. İddiaçının təqdim etdiyi elektron-qaimə fakturaların tarixindən görünür ki, həmin qaimələr xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə göndərilmişdir. Halbuki, onun VÖEN-i xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etmir, əsassız olaraq işin baxılmasını uzadırlar. Onun hər dəfə məhkəməyə gedib gəlməyə maddi imkanı yoxdur. Qeyd etdiklərini nəzərə alaraq, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı tam müdafiə etdiklərini, sənədlərin çoxluq təşkil etdiyini və sənədlərin 2022-ci ilə aid olduğunu, bu səbəbdən zamana ehtiyyac duyduqlarını bildirmiş, qeyd etdiklərini nəzərə alaraq işin təkrar ekspertizaya göndərilməsi məqsədilə sənədlərin orjinalının tapılması və məhkəməyə təqdim edilməsi üçün prosesin qısa müddətə təxirə salınmasını xahiş etmişdir.
5. Məhkəmə qeyd edir ki, iş üzrə ekspert rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və tərəflərin elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, başqa məhkəmələrdəki iclasları ilə əlaqədar məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, ona görə də, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış, lakin həmin iclasda da iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə müraciət edərək iddialarını tam müdafiə etdiklərini, əlavə sübutlarının olmadığını bildirmiş və işə onların iştirakı olmadan baxaraq işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Bundan sonra, xx.xx.2025-ci il tarixə məhkəmə baxış iclası təyin edimiş, iddiaçının nümayəndəsi sənədlərin məhkəməyə təqdim edilməsini məqsədilə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, onun vəsatəti təmin edilərək məhkəmə iclası təxirə salınmış, lakin iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş və yenidən məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir.
6. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı yazılı qaydada etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İş materiallarında olan İddiaçı ilə (“satıcı”) Cavabdeh arasında (“alıcı”) bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 15.074.2022-ci il tarixdə EBCA nömrəli, ******* nömrəli, EBCA nömrəli, ******* nömrəli, EBCA nömrəli, ******* nömrəli, EBCA nömrəli, ******* nömrəli, EBCA nömrəli, ******* nömrəli və EBCA nömrəli, ******* nömrəli, xx.xx.2022-ci il tarixdə isə EBBZ 941027 nömrəli, EBBZ 941026 nömrəli, EBBZ 941025 nömrəli və EBBZ 941027 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə-fakturalar göndərilmişdir.
10. İş materiallarındaolan xx.xx.2022-ci il tarixli, ********** saylı, xx.xx.2022-ci il tarixli, ********** saylı, xx.xx.2022-ci il tarixli, ********** saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli malların təhvil qəbul aktlarından görünür ki, ilə Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ƏDV daxil olmaqla 3387,45 manat məbləğində mallar təhvil verilmişdir.
11. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13333 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə yaranmış qalıq borcu 4267,21 manat məbləğində təşkil edir.
12. İş materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN:**********) fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli, 4/1329 nömrəli ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, işin 11-14-cü vərələrində olan 15 aprel 2021-ci il tarixli Alqı-satqı müqaviləsinin kserosurətinin 2-4-cü vərəqlərində “Alıcı” qrafalarında əks olunmuş imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, işin 33-35-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli malların təhvil qəbul aktlarının kserosurətlərində “Təhvil aldım” qrafasında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamsını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3. Ekspertizaya təqdim olunmuş, işin 11- 14-cü vərələrində olan 15 aprel 2021-ci il tarixli Alqı-satqı müqaviləsinin kserosurətinin 1-ci vərəqində “Alıcı” qrafasında əks olunmuş imza; 30-32-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli ********** nömrəli, ********** nömrəli və ********** nömrəli Malların təhvil qəbul aktlarının kserosurətlərində və 36-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Malların təhvil qəbul aktının kserosurətində “Təhvil aldım” qrafalarında əks olunmuş imzalalar tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzaların Cavabdeh tərəfindən və ya başqə şəxs tərəfindən icra olunub-olunmaması haqında rəy vermək mümükün deyildir.
14. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Məhkəməxətşünaslıq eskpertizası üzrə aparılmış tədqiqatın dəyəri 138 manat təşkil edir.
15. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən yaranmış 4267,21 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
16. İş materiallarında olan ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 63 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 324.1--ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.3-ci maddəsinə əsasən, Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. - 324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 324.6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 329.4-ci maddəsinə əsasən, Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. - 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il qərarı: Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar qanunvericiliyin mülkihüquqi öhdəliklərin yaranmasının ən mühüm əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən yalan əqdlərin əhəmiyyətsizliyi ilə bağlı normalarının açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı”nın: 13-cü bəndinə əsasən, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
14. bəndinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarı: Plenumun nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı:
Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı:
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
c) Məhkəmənin mövqeyi:
24. Məhkəmə cavabdehi dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
25. Məhkəmə iddianın faktiki hüquqi əsasını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsini tənzimləyən müddəalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Ona görə ki, iddianın faktiki hüquqi əsasını İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2021-ci il tarixli, 13333 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürməsi təşkil edir. Bu tipli müqavilələr struktur baxımdan alqı-satqı müqaviləsinə uyğun gəlir. 26. Məhkəmə, hazırki mübahisənin əqdə əsaslanan mübahisə olmasını nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Ona göə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.
27. Məhkəmə araşdırması zamanı cavabdeh izahatında bildirmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilə və malların təhvil qəbul aktları onun tərəfindən imzalanmamışdır.
28. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli, 4/1329 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1. Ekspertizaya təqdim edilmiş, işin 11-14-cü vərələrində olan 15 aprel 2021-ci il tarixli Alqı-satqı müqaviləsinin kserosurətinin 2-4-cü vərəqlərində “Alıcı” qrafalarında əks olunmuş imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, işin 33-35-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli malların təhvil qəbul aktlarının kserosurətlərində “Təhvil aldım” qrafasında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamsını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 3. Ekspertizaya təqdim olunmuş, işin 11-14-cü vərələrində olan 15 aprel 2021-ci il tarixli Alqı-satqı müqaviləsinin kserosurətinin 1-ci vərəqində “Alıcı” qrafasında əks olunmuş imza; 30-32-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli ********** nömrəli, ********** nömrəli və ********** nömrəli Malların təhvil qəbul aktlarının kserosurətlərində və 36-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Malların təhvil qəbul aktının kserosurətində “Təhvil aldım” qrafalarında əks olunmuş imzalalar tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin imzaların Cavabdeh tərəfindən və ya başqə şəxs tərəfindən icra olunub-olunmaması haqında rəy vermək mümükün olmamışdır.
29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli, 4/1329 nömrəli ekspert rəyi işin faktiki hallarına uyğun olmaqla kifayət qədər əsaslandırılmışdır. Ona görə də, mötəbər sübut kiki nəzərə alınmalıdır. Məhkəmə, bu qənaətə gələrkən, ekspert rəyinin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaçı tərəfə təqdim olunmasını, lakin həmin rəyin əsassızlığına dair iddiaçı tərəfindən hər hansı bir mötəbər dəlilin iş materiallarına əlavə edilməməsini nəzərə alır.
30. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi Cavabdeh tərəfindən imzalanmadığından etibarsızdır. Ona görə də, həmin müqavilə Cavabdeh üçün hüquq və vəzifələrin müəyyən edə bilməz.
31. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbinin əsaslandığı müqavilə etibarsız olduğundan, iddiaçının həmin müqavilə üzrə subyektiv hüququ yaranmamışdır.
32. Məhkəmə, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron-qaimə fakturaların sübuti əhəmiyyətinə Konstitusiya məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyindən çıxış edərək münasibət bildirib qeyd edir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
33. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən elektron qaimə fakturalar vergi ödəyicisi Cavabdeh (VÖEN:**********) fəaliyyəti xx.xx.2022-ci il tarixdə dayandırıldıqdan sonra, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə göndərilmişdir. Bundan başqa, iddiaçı cavabdehə mal verdiyini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh təhvil-təslim aktlarındakı imzaların ona məxsus olmadığını bildirmiş, bunu əksini təsdiq edən dəlilləri iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir.
34. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır.
Məhkəmə xərcləri:
35. Məhkəmə, məhkəmə xərcləri ilə əllaqədar qeyd edir ki, iddia tələbi rədd edildiyinə görə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmılidir.
36. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
Nəticə:
37. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 63 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ((VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev