Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2412/2025 28.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh“İddiaçı”nınxeyrinə 7732,73 manat dəyərində borcun, 773,27 manat məbləğində cərimənin və 105,06 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçıMMC-nin “Saatlı” Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 082 saylı alğı-satqı müqaviləsinə əsasən Saatlı rayonu, Əliabad kəndiərazisində yerləşən 30.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası iləəlaqədar “Cavabdeh” “İddiaçı”dan 60145,70 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 397,80 manat məbləğində çöp doğrama, 1170.40 manat məbləğində 1-ci şum, 616,50 manat məbləğində 2-ci şum, 866.00 manat məbləğində mala çəkmə, 593,30 manat məbləğində çiyid səpini, 1674,00 manat məbləğində kultivasiya, 773.30 manat məbləğində gübrə ilə kultivasiya, 224,00 manat məbləğində rotasiyon kultivasiya, 2064.00 manat məbləğində dərman səpini, 1080.00 manat məbləğində maşınla 2-ci üz pambıq yığımı, 20420.00 manat avans, becərmə, arat pulu, 10327,00 manat məbləğində gübrə/dərman, 3747,80 manat məbləğində çiyid toxumu, 3274,40 manat məbləğində yanacaq, 12478,00 manat avans əl yığımına, cəmi: 60145,7 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq,mövsüm başa çatsa da 52412,97 manat məbləğində 65775,25 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 7732,73 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfinimzası ilə təsdiq edilən iş və xidmətlərin görülməsi barədə xx.xx.2024-cü iltarixli yekun akt- üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İş materiallarında olan İddiaçı MMC-nin “Biləsuvar” filialı (Alıcı) və Cavabdeh (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 082 saylı “Xam-pambığın alqı-satqısı haqqında Müqavilə”nin: 1.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən “Satıcı”ya məxsus (mülkiyyətində və istifadəsində olan) Saatlı rayonu ərazisində 30 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcimdə keyfiyyətlə yerinə yetrilməsi,”Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcı”ya təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcı”nın borcları çıxarılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini təşkil edir. 2.1.2-ci bəndinə əssən “Alıcı” tərəfindən pambığın istehsalı üçün aqrotexniki normalara uyğun olaraq “Satıcı”nın sifarişi əsasında hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə kənd təsərüfatı texnikaları ilə aqrpotexniki işlər görülə bilər həmçinin, avans olaraq toxumluq çiyid, mineral gübrə, pestisid və nəğd pul vəsaiti verilə bilər, pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmsına adiyyatı qurumlarla birgə köməklik göstərilə bilər. 2.2.2-ci bəndinə əsasən “Satıcı” istifadə etdiyi pambıq toxumunun, kənd təsərüfatı texnikası ilə göstərilən digər xidmətlərin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini ”Alıcı”ya ödəmək üçün (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsulunadək, X3 tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydad xx.xx.2023cü il tarixədək “Alıcı”ya təhvil verir.Təhvil verən xam-pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəridə daxil olmaqla) dəyərindən az olarsa o zaman “Alıcı”ya həmin yaranan fərqi ödəyir.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən ümumilkdə 66037,70 manat məbləğində avans vəsait (nağd pul verildiyi, iş görüldüyü və xidmət göstərildiyi) verilmiş, Cavabdeh 52412,97 manat məbləğində ödəniş etmiş, qalıq borc 13624,73 manat təşkil edir.
11. İş materiallarından görünür ki, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin Biləsuvar Filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
12. İş materiallarında olan İddiaçı MMC-nin “Biləsuvar” filialı ilə Cavabdeh arasında imzalanmış “aqrotexniki işlərin” aktlardan görünür ki, fermer Cavabdeh üçün aqrotexniki işlər aparılmışdır.
13. İş materiallarından görünür ki, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 105,06 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
17. Məhkəmə, iddaçının nümayəndəsinin dinləyərək, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.
18. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, faktiki olaraq iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqısatqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir.Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.
19. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər faktiki olaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC tərəfindən ümumilkdə 66037,70 manat məbləğində avans vəsait (nağd pul verildiyi, iş görüldüyü və xidmət göstərildiyi) verilmiş, Cavabdeh 52412,97 manat məbləğində ödəniş etmiş, qalıq borc 13624,73 manat təşkil etmişdir. Bununla da, Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.
20. Məhkəmə qeyd olunan qənaətə gələrkən tələb olunan pul məbləğinin tam olaraq iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutun təqdim edilməməsini nəzərə alır.
21. Məhkəmə, tələbinin faktiki əsasının təsdiqi üçün iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, təqdim edilmiş sübutlar iddia tələbini əsas borca aid hissədə təsdiq edir. Hazırda iddiaçı cavabdehdən əsas borc üzrə 7732,73 manat tələb edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 7732,73 manat borca münasibətdə təmin edilməlidir.
22. Məhkəmə iddianın cavabdehdən iddiaçının xeyrinə 773,27 manat cərimənin tutulmasına aid hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 773,27 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
Məhkəmə xərcləri
23. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 99,33 manatı cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 5,73 manatı isə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh 7732,73 manat əsas borc, 200 manat məbləğində cərimə olmaqla, cəmi 7932,73 (yeddi min doqquz yüz otuz iki manat, yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 99,33 (doxsan doqquz manat, otuz üç qəpik) manat pul vəsaiti tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 5,73 (beş manat, yetmiş üç qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev