Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2464/2024 21.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı – borcun ödənilməsi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh MMC-yə qarşı 173.202,97 manat məbləğində əsəs borc məbləği, 31.176,53 manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 204.379,50 manat borc və 495 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli BMAST 24/01/24 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında adları e-qaimədə qeyd edilən ehtiyat hissələrin alqı-satqısı həyata keçirilmiş və təhvil verilmişdir. İddiaçı tərəfindən malların dəyərinin ödənilməsi üçün aşağıda qeyd edilən elektron qailmələr göndərillmiş və tərəfinizdən qəbul edilmişdir. Qaimələr üzrə 173.202,97 manat məbləğində əsəs borc məbləği, 31.176,53 manat məbləğində ədv borcu olmaqla, ümumilikdə 204.379,50 manat borc cavabdeh tərəfindən bu günə kimi ödəniş edilməmişdir. İddiaçıdan cavabdehə borcun ödənilməsi ilə bağlı həm online vergi vasitəsilə, həm də rəsmi poçt vasitəsilə pretenziya göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən borc ödənilməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin verilməsinə görə 495 manat dövlət rüsumu ödəyərək maddi ziyana düşmüşdür. Belə olan halda ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdehdən müqavilə üzrə 173.202,97 manat məbləğində əsas borc, 31.176,53 manat ədv borcu olmaqla, ümumilikdə 204.379,50 manat borc və 495 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında BMAST saylı, xx.xx.2024cü il tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. İş materialında olan İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunun surətindən görünür ki, 2 ədəd caterpillar 426 ekskovator yükləyicinin ümumi məbləği 141.176,48 ABŞ dolları təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarının surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixli BMAST 24/01/24 saylı alqı-satqı müqaviləsi üzrə satılan JZ400905 seriya nömrəli, CC207433 mühərrik nömrəli, 2023 istehsal ili, rəngi sarı və JZ400902 seriya nömrəli, CC207408 mühərrik nömrəli, 2023 istehsal ili, rəngi sarı Caterpillar 426 Ekskovator yükləyiciləri alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla, 204.379,50 manat məbləğində borcunun olmasına dair elektron qaimə-fakturalar göndərmişdir. İşdən görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixdə barışıq sazişinə əsasən, iddiaçı tərəfindən cavadehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Qeyd olunan pretenziya üzrə iddiaçı cavabdehdən tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli BMAST 24/01/24 saylı alqı-satqı müqaviləsi üzrə satılan JZ400905 Seriya nömrəli, CC207433 mühərrik nömrəli Caterpillar 426 Yükləyici Ekskavator üçün ödənilməmiş 173.202,97 manat məbləğində əsəs borc məbləği, 31.176,53 məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 204.379,50 manat borcun ödənilməsi xahiş edilmişdir. "xxxx" MMC "xxxx" Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə olan borcunun olduğunu etiraf edir və “Saziş" üzrə yuxarıda qeyd edilən borc məbləğindən ƏDV daxil 167.953,37 manat borcu xx.xx.2024cü il tarixinədək, qalıq ƏDV daxil borc məbləğini təşkil edən 36.426,13 manat borcu isə xx.xx.2024-cü il tarixədək "xxxx" Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödəməyi öhdəsinə götürür, "iddiaçı" isə qeyd olunan təkliflə razılaşır. İş materialında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, alqı-satqısı müqavilə(lər)sinə əsasən cavabdehə ödənilməmiş 204.379,5 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 495 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 173.202,97 manat məbləğində əsas borc, 31.176,53 manat məbləğində ƏDV borcu, cəmi 204.379,50 manat məbləğində pul vəsaiti və 495 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2464/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2464/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver