Məhkəmə qərarları › İş №e-2-2(121)-248/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-248/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-248/2024 21.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 6.500 manat məbləğində pul, 520 manat gecikdirilmiş icra üçün faiz, cəmi, 7.020 manat habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü iltarixə saat 11:00-a təyin edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə mübahisənin məhkəmədən kənar həll edildiyini nəzərə alaraq kommersiya işinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, lazımi qaydada məlumatlandırılmış cavabdehin məhkəmə iclasında iştirak etməməsi və iddiaçının nümayəndəsinin ərizəsinə etiraz bildirməməsi, onun işin baxılmamış saxlanılmasına etiraz etməməsi kimi qəbul edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar