Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2489/2025 16.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İddiaçı, digər iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi X5, Cavabdeh, digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı MMC MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasına; İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı, digər iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 01/2025 saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli 01 saylı, xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025-ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokolları üzrə 21073 (iyirmi bir min yetmiş üç manat) manat borcun və 153,22 (bir yüz əlli üç manat iyirmi iki qəpik) manat dövlət rüsumunun, cəmi 21226,22 (iyirmi bir min iki yüz iyirmi altı manat iyirmi iki qəpik) manat pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, həmçinin 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh, digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, – xx.xx.2025-ci il tarixli 01/2025 saylı müqavilə əsasında ümumilikdə 92900 manat məbləğində pul və ödənilmiş 370 manat dövlət rüsumu, cəmi 93270 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çxarılmasını məhkəmədən etmişdir.
3. Məhkəmənin iş üzrə -2-2(121)-2572/2025 sаylı, 26 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasına dair e-2-2(121)-2489/2025 nömrəli iş ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiasına dair e-2-2(121)-2572/2025 nömrəli iş bir icraatda birləşdirilməsi, bir icraatda baxılması və kommersiya işinə e-2- 2(121)-2489/2025 nömrə verilməsi qərara alınmışdır.
4. Məhkəmənin iş üzrə -2-2(121)-2489/2025 sаylı, 16 fevral 2026-cı il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi”nə dair iddia ərizəsi və Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsinə dair iş üzrə icraata 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etməsi”nə aid hissələrdə xitam verilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 01/2025 saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli 01 saylı qiymətlərin razılaşması protokoluna əsasən Cavabdeh 290000 manat dəyərində 500 ton “EvroXim B” markalı ammonium nitrat gübrəsini İddiaçınə satmasını üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli 1 saylı qiymətlərin razılaşması protokoluna uyğun olaraq iddiaçı tərəfindən cavabdehin hesabına 174000 manat pul köçürülmüşdür. Sonra cavabdeh öz növbəsində 54027 manat dəyərində 93150 kq ammonium nitrat gübrəsini iddiaçıya satmış, daha sonra isə köçürülmüş pulun dəyərində o gübrə verə bilmədiyi üçün 50000 manat nağd şəkildə pul vəsaitini iddiaçıya qaytarmışdır. Nəticədə cavabdehin iddiaçıya 69973 manat borcu qalmışdır (174000-54027- 50000=69973). Daha sonra cavabdeh pambıqçılıqda istifadə olunan digər dərman maddələrinin iddiaçıya satmasını üzərinə götürmüşdür. Bu səbəbdən də, cavabdehlə iddiaçı arasında xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025-ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokolları imzalanmış və bu protokollara əsasən 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsi və pambıq sofkasına qarşı 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsi cavabdeh iddiaçıya satmışdır. Cavabdeh İddiaçı MMC-yə qaldığı 69973 manat borcun 48900 manatını dərman maddələrilə ödədiyindən onun yekun olaraq iddiaçıya 21073 manat borcu qalmışdır. Həmçinin cavabdeh 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimə-fakturaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə iddiaçıya təqdim etməkdən imtina etmişdir. Bununla da cavabdeh vergi qanunvericiliyinin tələblərini ciddi pozmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli 01/2025 saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli 01 saylı, xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025-ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokollarına əməl etməməsini və 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimə-fakturaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə iddiaçıya təqdim etməməsini sübut edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün cavabdehin ünvanına xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilərək 5 gün müddətində iddiaçıya 21073 manat borcunu ödəməsi və 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimə-fakturaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə iddiaçıya təqdim etməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir.
6. Cavabdeh, digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC 01 aprel 2025-ci il tarixli, 01/25 saylı müqavilə əsasında ümumilikdə 93270 manat məbləğində pul borcu vardır. Belə ki, xx.xx.2025-ci ildə ilkin müqavilə bağlanılmışdır. xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşdırılması 02 nömrəli protokolu üzrə 44000 manat, xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşdırılması 03 nömrəli protokolu üzrə 44000 manat, xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşdırılması 04 nömrəli protokolu üzrə 4020 manat, xx.xx.2025-ci il tarixli təhvil təhsil aktı və qaimə faktura əsasında 880 manat məbləğndə mallar verilmişdir. Onun tərəfindən cavabdehin internet vergi sistemi vasitəsilə VÖEN-ninə pretenziya məktubu göndərilərək borcun qaytarılmadığı bildirilmiş və pretenziyanı aldıqdan sonra 7 gün müddətinə borcun ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, borc qaytarılmamışdır. Daha sonra internet vergi idarəsi vasitəsilə iddia ərizəsi və əlavə sənədlər göndərilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsi ilə ümumilikdə 92900 manat məbləğində pulun ödənilməsini tələb edir.
Tərəflərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabeh tərəfindən gətirilmiş malların bir hissəsi 2024-cü il olduğuna görə təhvil alınmamışdır. Halbuki, daha öncə gətirilmiş malların istehsal ili 2025-ci il olmuşdur. Təqdim olunmuş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktında və ******* nömrəli, xx.xx.2025-ci il tarixli qaimə fakturada olan imzalar anbardar vəzifəsində işləmiş X2 məxsus deyildir. Həmin sənədlər Cavabdeh məxsus olan sənədlərdir. Onları kim imzalayıb onlara məlum deyil. Məhkəməyə müraciət etməmişdən öncə onlarda olan sənədlərin içərisində olmuş, onlar da iddialarını təsdiq edən sənəd kimi məhkəməyə təqdim etmişlər. Lakin, Cavabdeh onlara qarşı qaldırdığı iddianı əsaslandırmaq üçün təqdim olunmuş sənədlərdə 44000 manat mal verilməsinə dair eyni tarixli və X3 tərəfindən imzalanmış təhvil-təslim aktı və qaimə-faktura olduğu məlum olur. Halbuki, xx.xx.2025-ci il tarixdə 44000 manat məbləğində bir dəfə mal verilmişdir. Şahid ifadəsi və ekspert rəyi ilə xx.xx.2025-ci il tarixli təhvil-təslim aktlarından və qaimə fakturalardan birinin saxta olduğu aşkar olur. Qeyd etdiklərini nəzərə alaraq, o, İddiaçı MMC MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə uyğun izahat verdi və verilmiş suallara cavabında əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış müqavilədə satılan malların tarixi ilə bağlı şərt nəzərdə tutulmamışdır. O, müqavilənin şərtlərinə uyğun olaraq mallar təqdim etmiş, öhdəliklərini lazımınca icra etmiş, lakin İddiaçı MMC öz öhdəliklərini icra etməmiş, ona görə də, ona 92900 manat məbləğində borcu yaranmışdır. O, malları gətirmiş, daşınma xərclərinə külli miqdarda xərci çıxmışdır. İş materiallarında olan təhvil-təslim aktları və qaimə-fakturalar ona məxsus olub, onun yanında X3 tərəfindən imzalanmışdır. İddiaçı MMC tərəfindən onun hesabına 174000 manat pul köçürülmüşdür. O, 54027 manat dəyərində 93150 kq ammonium nitrat gübrəsini İddiaçı MMC-yə satmış, daha sonra isə hesabına köçürülmüş puldan 50000 manatı nağd şəkildə İddiaçı MMC-yə qaytarmışdır. Bundan sonra, o, bağlanmış qiymətlərin razılaşdırılması protokolları əsasında 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsi, pambıq sofkasına qarşı 44000 manat, 44000 manat və 880 manat dəyərində “Terra” dərman maddələrini İddiaçı MMC-yə satmışdır. xx.xx.2025-ci il tarixdə iki dəfə 44000 manat məbləğində mal vermişdir. Mal verməsəydi qiymətlərin razılaşdırılması protokolları imzalanmazdı. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Qeyd etdiklərini nəzərə alaraq, o, iddiasının təmin edilməsi, İddiaçı MMC MMC-nin ona qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasının isə təmin edilməməsi, barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
Şahid İfadələri:
9. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar işləmiş, aktlarla tanış olmuş, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktında və ******* nömrəli, xx.xx.2025-ci il tarixli qaimə fakturada olan imzalar ona məxsus deyildir. Eyni tarixli və üzərində onun şəxiyyət vəsiqəsinin “FİN kodu” əks olunan X11nda olan imza və ******* nömrəli qaimə fakturada olan imzalar onun tərəfindən icra edilmişdir. O, xx.xx.2025-ci il tarixdə bir dəfə 44000 manatlıq mal qəbul etmişdir. İkinci dəfə eyni məbləğdə mal qəbulu olmamışdır. O, İmzanın ona məxsus olub-olmamasını müəyyən etmək üçün xətt və imza nümunələri verməyə etiraz etmədiyini bildirmişdir. İddia ərizəsinə etiraz:
10. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
11. İş materiallarından görünür ki, Cavabdeh (Satıcı) ilə İddiaçı MMC (Alıcı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 01/2025 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan X6 dəqiq adları, qiymətləri, ümumi siyahısı, çeşidi, təsviri, spesifikasiyaları, miqdarı və digər göstəriciləri göstərilmiş gübrələri, pestisidləri və s. (bundan sonra — Mal) satmağı, Alıcı isə, həmin malları, Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X6, həmçinin qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan, Cavabdeh və İddiaçı MMC tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli “X1”ndan görünür ki, malların qıyməti 290.000 manat, xx.xx.2025-ci il tarixli, 02 nömrəli “X1”ndan görünür ki, malların qıyməti 44.000 manat, xx.xx.2025-ci il tarixli, 03 nömrəli “X1”ndan görünür ki, malların qıyməti 44.000 manat, xx.xx.2025-ci il tarixli, 04 nömrəli “X1”ndan görünür ki, malların qiyməti 4020 manat məbləğində müəyyənləşdirilmişdir.
13. İş materiallarından görünür ki, X3 tərəfindən xx.xx.2025-ci il tarixdə eManat vasitəsi ilə 416973******3218 nömrəli kart nömrəsinə 1.000 manat, xx.xx.2025-ci il tarixdə eManat vasitəsi ilə 416973******3218 nömrəli kart nömrəsinə 9.000 manat və xx.xx.2025ci il tarixdə eManat vasitəsi ilə 416973******3218 nömrəli kart nömrəsinə 2.000 manat məbləğində ödəniş etmişdir.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına ümumilikdə 58.000 manat məbləğində vəsait köçürülmüşdür.
15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına ümumilikdə 116.000 manat məbləğində vəsait köçürülmüşdür.
16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına ümumilikdə 20.000 manat məbləğində vəsait köçürülmüşdür.
17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 10.000 manat məbləğində vəsait köçürülmüşdür.
18. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 10.000 manat məbləğində vəsait köçürülmüşdür.
19. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 10.000 manat məbləğində vəsait köçürülmüşdür.
20. İş materiallarında olan 10832450 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə cəmi 54027 manat məbləğində mallar təqdim edilmişdir.
21. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, Cavabdeh tərəfindən X2 ümumilikdə 44000 manat məbləğində mallar təhvil verilmişdir.
22. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə fakturadan və xx.xx.2025-ci il tarixli X11ndan görünür ki, Cavabdeh tərəfindən X2 44.000 manat məbləğində mallar təhvil verilmişdir.
23. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “X11”ndan görünür ki, Cavabdeh tərəfindən X2 4.900 manat, xx.xx.2025-ci il tarixli “X11”ndan görünür ki, Cavabdeh tərəfindən X2 4020 manat məbləğində mallar təhvil verilmişdir.
24. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 098113 nömrəli qaimə fakturadan və xx.xx.2025-ci il tarixli “X11”ndan görünür ki, Cavabdeh tərəfindən X2 4020 manat məbləğində mallar təhvil verilmişdir.
25. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə fakturadan və xx.xx.2025-ci il tarixli (üzərində “3LURU40” qeydi olan) “X11”ndan görünür ki, Cavabdeh tərəfindən X2 44.000 manat məbləğində mallar təhvil verilmişdir.
26. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Zakir oğlu məlumatlandırılmışdır.
27. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
28. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 4/08 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, e-2-2(121)-2489/2025 nömrəli işin 66-cı vərəqində olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza; 67-ci vərəqində olan xx.xx.2025-ci il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı:” qrafasındakı imza - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
29. İş materiallarından görünür ki, aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir.
30. İş materiallarında olan ********** qəbzən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 153,22 manat dövlət rüsumu ödənilmişdir.
31. İş materiallarında olan ********** qəbzən görünür ki, Cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 370 manat dövlət rüsumu ödənilmişdir.
İşin müəyyən olunan hallları:
32. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 174000 manat pul köçürülməsi, Cavabdeh 54027 manat dəyərində 93150 kq ammonium nitrat gübrəsini İddiaçı MMC-yə sataraq təhvil verməsi, daha sonra Cavabdeh 50000 manat nağd şəkildə pul vəsaitini İddiaçı MMC-yə qaytarması, həmin vaxta Cavabdeh İddiaçı MMC-yə 69973 manat borcunun qalması (174000-54027- 50000=69973), tərəflər arasında xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025-ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokollarının imzalanması və Cavabdeh həmin protokollara əsasən xx.xx.2025-ci il tarixi təhvil-təslim aktı üzrə 4020 manat dəyərində maye fosfor gübrəsi və 880 manat dəyərində “Terra” dərman maddəsinin, xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə faktura və xx.xx.2025-ci il tarixli (üzərində “3LURU40” qeydi olan) “X11” üzrə 44000 manat dəyərində “Terra” dərman maddələri olmaqla, cəmi 48900 manat məbləğində mallları İddiaçı MMC-yə təhvil verməsi işin mübahisəsiz halını təşkil edir.
33. xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə faktura və xx.xx.2025-ci il tarixli X11 üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-yə 44000 manat məbləğində malın təhvil verilməsi işin mübahisəli halını təşkil edir. b) Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: - 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; - 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. - 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
C) Məhkəmənin mövqeyi:
37. Məhkəmə, proses iştirakçılarını dinləyib, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiası qismən təmin edilməli, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiası təmin edilməməlidir.
38. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyəti sahəsində etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi Cavabdeh həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları İddiaçı MMC-yə verməyi, İddiaçı MMC isə həmin malları qəbul edib və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşdür.
39. İş materiallarından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 01/2025 saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli 01 saylı qiymətlərin razılaşması protokoluna əsasən Cavabdeh 290000 manat dəyərində 500 ton “EvroXim B” markalı ammonium nitrat gübrəsini İddiaçınə satmasını üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli 1 saylı qiymətlərin razılaşması protokoluna uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 174000 manat pul köçürülmüşdür. Sonra Cavabdeh öz növbəsində 54027 manat dəyərində 93150 kq ammonium nitrat gübrəsini iddiaçıya satmış, daha sonra isə köçürülmüş pulun dəyərində o gübrə verə bilmədiyi üçün 50000 manat nağd şəkildə pul vəsaitini iddiaçıya qaytarmışdır. Nəticədə cavabdehin iddiaçıya 69973 manat borcu qalmışdır (174000-54027- 50000=69973). Daha sonra cavabdeh pambıqçılıqda istifadə olunan digər dərman maddələrinin iddiaçıya satmasını üzərinə götürmüşdür. Bu səbəbdən də, cavabdehlə iddiaçı arasında xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025-ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokolları imzalanmış və cavabdeh bu protokollara əsasən 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsi və pambıq sofkasına qarşı 44880 manat dəyərində “Terra” dərman maddəsini iddiaçıya satmışdır. Cavabdeh İddiaçı MMC-yə qaldığı 69973 manat borcun 48900 manatını dərman maddələrilə ödədiyindən onun yekun olaraq iddiaçıya 21073 manat borcu qalmışdır. 40 İş materiallarından həmçinin görünür ki, Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiası onunla əsaslandırılmışdır ki, AQRO-AZ” MMC 01 aprel 2025-ci il tarixli, 01/25 saylı müqavilə əsasında ümumilikdə 93270 manat məbləğində pul borcu vardır. Belə ki, xx.xx.2025-ci ildə ilkin müqavilə bağlanılmışdır. xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşdırılması 02 nömrəli protokolu üzrə 44000 manat, xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşdırılması 03 nömrəli protokolu üzrə 44000 manat, xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşdırılması 04 nömrəli protokolu üzrə 4020 manat, xx.xx.2025-ci il tarixli təhvil təhsil aktı və qaimə faktura əsasında 880 manat məbləğində mallar verilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin internet vergi sistemi vasitəsilə VÖEN-ninə pretenziya məktubu göndərilərək borcun qaytarılmadığı bildirilmiş və pretenziyanı aldıqdan sonra 7 gün müddətinə borcun ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, borc qaytarılmamışdır. Daha sonra internet vergi idarəsi vasitəsilə iddia ərizəsi və əlavə sənədlər göndərilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsi ilə ümumilikdə 92900 manat məbləğində pulun ödənilməsini tələb edir.
41. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi Cavabdeh üzərinə, alqı-satqı müqaviləsi üzrə tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə İddiaçı MMCnin üzərinə düşür.
42. Məhkəmə işin müəyyən olunan hallarına əsasən qeyd edir ki, İddiaçı MMC iddia ərizəsində istinad etdiyi hallar sübut edə bilmiş, Cavabdeh istinad etdiyi hallar isə məhkəmə araşdırması zamanı tədqiq olunmuş dəlillərlə öz təsdiqini tapmamışdır.
43. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 174000 manat pul köçürülməsi, Cavabdeh 54027 manat dəyərində 93150 kq ammonium nitrat gübrəsini İddiaçı MMC-yə sataraq təhvil verməsi, daha sonra Cavabdeh 50000 manat nağd şəkildə pul vəsaitini İddiaçı MMC-yə qaytarması, həmin vaxta Cavabdeh İddiaçı MMC-yə 69973 manat borcunun qalması (174000-54027- 50000=69973), tərəflər arasında xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025-ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokollarının imzalanması və Cavabdeh həmin protokollara əsasən xx.xx.2025-ci il tarixi təhvil-təslim aktı üzrə 4020 manat dəyərində maye fosfor gübrəsi və 880 manat dəyərində “Terra” dərman maddəsinin, xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə faktura və xx.xx.2025-ci il tarixli (üzərində “3LURU40” qeydi olan) “X11” üzrə 44000 manat dəyərində “Terra” dərman maddələri olmaqla, cəmi 48900 manat məbləğində mallları İddiaçı MMCyə təhvil verməsi işin mübahisəsiz halını təşkil edir.
44. Məhkəmə, həmçinin qeyd edir ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə faktura və xx.xx.2025-ci il tarixli X11 üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-yə 44000 manat məbləğində malın təhvil verilməsi işin mübahisəli halını təşkil edir.
45. Məhkəmə mübahisəli hala düzgün hüquqi qiymət vermək üçün iddiaçı tərəfin istinad etdiyi dəlilləri, şahid ifadəsi və ekspert rəyini əlaqəli şəkildə qiymətləndirməyi məqsədəuyğun hesab edir. İddiaçı MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, təqdim olunmuş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktında və ******* nömrəli, xx.xx.2025-ci il tarixli qaimə fakturada olan imzalar anbardar vəzifəsində işləmiş X2 məxsus deyildir. Həmin sənədlər Cavabdeh məxsus olan sənədlərdir. Onları kim imzalayıb onlara məlum deyil. Məhkəməyə müraciət etməmişdən öncə onlarda olan sənədlərin içərisində olmuş, onlar da iddialarını təsdiq edən sənəd kimi məhkəməyə təqdim etmişlər. Şahid qismində dindirilmiş X3 isə ifadəsində İddiaçındə anbardar işlədiyini, xx.xx.2025-ci il tarixli təhviltəslim aktında və ******* nömrəli, xx.xx.2025-ci il tarixli qaimə fakturada olan imzalar ona məxsus olmadığını, eyni tarixli və üzərində onun şəxiyyət vəsiqəsinin “FİN kodu” əks olunan X11nda olan imza və ******* nömrəli qaimə fakturada olan imzaların onun tərəfindən icra edildiyini, xx.xx.2025-ci il tarixdə bir dəfə 44000 manatlıq mal qəbul etdiyini, ikinci dəfə eyni məbləğdə mal qəbulunun olmadığını göstərmişdir.
46. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 4/08 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, e-2-2(121)-2489/2025 nömrəli işin 66-cı vərəqində olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza; 67-ci vərəqində olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə fakturada “Təhvil aldı:” qrafasındakı imza - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
47. Göründüyü kimi ekspert rəyi ilə iddiaçının nümayəndəsinin izahatında və şahid ifadəsində qeyd olunan xüsusatlar öz təsdiqini tapmışdır.
48. Məhkəmə ekspert rəyini və şahid ifadəsini işin faktiki halları ilə uyğun olduğundan mötəbər dəlil hesab edir.
49. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış müqavilə üzrə vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməməsi öz təsdiqini tapdığından, İddiaçı MMC Cavabdeh qarşı 21073 manat məbləğində borcun ödənilməsini tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC Cavabdeh hesabına 174000 manat məbləğində pul köçürmüş, Cavabdeh köçürülmüş pulun müqabilində əvvəlcə 54027 manat məbləğində mal vermiş, köçürülmüş pul 50000 manatını Aqro-Az” MMC-yə geri qaytarmış, daha sonra isə yuxarıda göstərilən ümumilikdə 48900 manat məbləğində əlavə mallar vermişdir. Göründüyü kimi hazırki vəziyyətdə (174000 – 54027 – 5000 – 48900 =21073) Cavanşir Zakir oğlunun İddiaçı MMC-yə olan borcu 21073 manat təşkil edir.
48. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiası qismən - 21073 manat məbləğində borcun ödənilməsinə aid hissədə təmin edilməlidir. Məhkəmə, həmin iddianın qalan hissələrinə münasibətdə isə, məhkəmənin 2-2(121)-2489/2025 sаylı, 16 fevral 2026cı il tarixli qərardadı ilə iş üzrə icraata “4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etməsi”nə aid hissələrdə xitam verilməsini nəzərə alır.
50. Məhkəmə yuxarıda qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiası əsassızdır. Ona görə ki, yuxarıda sadalanan hallar İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasını qismən - 21073 manat hissədə təsdiq etməklə yanaşı, Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiasının təminini istisna edir. Bu səbəbdən, məhkəmə belə qənaətə ki, Cavabdeh aralarında bağlanmış müqavilə üzrə Aqro-Az” MMC-nin ona 92900 manat məbləğində borcunun olmasını mötəbər dəlillərlə sübut edə bilməmişdir.
51. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiası qismən təmin edilməli və Cavabdeh 21073 manat məbləğində əsas tutularaq İddiaçı MMC-yə ödənilməli, Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiası isə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
52. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ödənilmiş 153,22 manat dövlət rüsumu Cavabdeh aid edilməli və ondan alınaraq İddiaçı MMC-yə ödənilməli, Cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 370 manat dövlət rüsumu iddiası təmin edilmədiyindən özünə aid edilməlidir.
53. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 127 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Nəticə:
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiası qismən təmin edilsin. Cavabdeh 21073 (iyirmi bir min yetmiş üç) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 153,22 (bir yüz əlli üç manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiası təmin edilməsin. Cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 370 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 127 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev