Məhkəmə qərarları › İş №e-2-2(121)-249/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-249/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-249/2025 30.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi , İddiaçı vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62145,88 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdеh Cavabdeh MMC arasında 04 yanvar 2024-cü il tariхdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin İİ-ci hissəsinin 2-ci bəndinə bəndinə əsasən, bu müqavilə üzrə malların kеyfiyyətini yoхladıqdan sonra onların dəyərini müqavilə və X1 uyğun olaraq malların təhvil-qəbul aktı əsasında göstərilən müddətdə və məbləğdə satıcıya ödəmək alıcı Cavabdeh MMC-nin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə alqı-satqı müqaviləsinin prеdmеti olmuş avadanlıqlar xx.xx.2024-cü il tarixli seriya SH nömrə 001/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 002/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 003/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 004/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 005/2024 saylı, xx.xx.2024-cü il tarixli seriya SH nömrə 006/2024 saylı və xx.xx.2024-cü il tarixli seriya SH nömrə 007/2024 saylı təhvilqəbul aktı əsasında tam şəkildə Cavabdeh MMC-nə təhvil vеrilmişdir. Lakin, həmin avadanlıqlara görə cavabdеh Cavabdeh MMC tərəfindən ödənilməli olan ƏDV daxil 62145,88 manat məbləğində pul İddiaçı MMC-nə ödənilməmişdir. Belə ki, 04 yanvar 2024cü il tarixində İddiaçı ilə Cavabdehn direktoru Fikrət Qafarov arasında 001/2024 saylı alqısatqı müqaviləsi imzalanmışdır. Buna görə də İddiaçı MMC tərəfindən prеtеnziya məktubu ilə Cavabdeh MMC-nə müraciət olunmuş, lakin nəticəsi olmamışdır. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. İddiaçı vəkili Nümayəndə izahatında tələb edilən borc məbləğinin tərəflərindən səhv hesablandığını bildirdi və iddianı 58545,87 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında iddianı qismən qəbul etdiklərini, iddiaçıya 58545,87 manat məbləğində borclarının qaldığını bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin vəkil və nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2024-cü il tarixli 001/2024 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1-ci bəndinə əsasən, “Satıcı" ona məxsus Malları satmağı, “Alıcı” isə onların dəyərini ödəməklə almağı öhdələrinə götürürlər. Hər partiya satılan Malların adları, çeşidi, miqdarı, qiymət və məbləği bu müqavilənin ayrılmaz hissəsi olan “X2”na əsasən müəyyən ediləcəkdir. 2-ci bəndinə əsasən, satılan Malların dəyəri Satıcının bank hesabına ödənildikdən sonra Mallar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə birlikdə Satıcı tərəfindən 5 bank günü müddətində Alıcıya təhvil verilir. İş materiallarında olan təhvil-qəbul aktları və qiymət razılaşdırma protokollarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə ümumi dəyəri 76252,18 manat olan mallar təhvil verilmişdir. İş materiallarında olan elektron qaimə-fakturaların surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş malların ümumi dəyəri 76252,18 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı bank hesabına ümumilkdə cəmi 17706,31 manat məbləğində pul vəsaiti köçürülmüçdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2024-cü il tarixli 001/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 62145,88 manat məbləğində borcunun 5 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malları cavabdehə təhvil verilməsi (təhvil-qəbul aktlarına əsasən), təhvil verilmiş malların ümumi dəyərinin 76252,18 manat məbləğində olması (qiymət razılaşdırma protokollarına və elektron qaimələrə əsasən) və cavabdeh tərəfindən təhvil alınmış mallara görə iddiaçının bank hesabına cəmi 17706,31 manat məbləğində pul vəsaitinin köçürüldüyü (ödəniş tapşırıqlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 62145,88 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, cavabdehə göndərilmiş elektron qaimələrə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi iddianı qismən ediraf edərək, iddiaçıya aldığı mallara görə ödənilməmiş 58545,87 manat borcun qaldığını bildirmişdir və tərəflərindən iddiaçının bank hesabına ödənişi təsdiq edən ödəniş tapşırıqlarını məhkəməyə təqdim etmişdir. Məhkəmə baxış iclasında sübutların tədqiqi zamanı iddiaçının vəkili iddia ərizəsində tələb edilən borc məbləğinin tərəflərindən səhv hesablandığını bildirmişdir və iddianın 58545,87 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, elektron qaimələri, ödəniş tapşırıqlarını, tərəflərin izahatlarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 58545,87 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 58545,87 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar