Məhkəmə qərarları › İş №e-2-2(121)-2493/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2493/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2493/2024 05.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı – borc tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əsas borc üzrə 60.466,24 manat pulun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 3023 manat pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 282 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir. Cavabdeh ilə xx.xx.2022-ci il tarixli 17 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı və satıcı arasında qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən malların cavabdehə verilməsi və müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən malın dəyərinin müqavilə imzalandıqdan sonra 1 iş günü ərzində ödəməsi barədə öhdəlik götürülmüşdür. Həmin müqavilə əsasında xx.xx.2022-ci il tarixli, 226235 saylı elektron qaiməyə əsasən 17214 manat, xx.xx.2022-ci il tarixli, 709513 saylı elektron qaiməyə əsasən 26516,4 manat, xx.xx.2022-ci il tarixli, 280095 saylı elektron qaiməyə əsasən 26145,9 manat, xx.xx.2022-ci il tarixli, 984944 saylı elektron qaiməyə əsasən 843,6 manat, xx.xx.2022-ci il tarixli, 148838 saylı elektron qaiməyə əsasən 32304,8 manat, xx.xx.2023-cü il tarixli, 1977 saylı elektron qaiməyə əsasən 19948 manat, xx.xx.2023-cü il tarixli, 846532 saylı elektron qaiməyə əsasən 2585 manat, xx.xx.2023-cü il tarixli, 297765 saylı elektron qaiməyə əsasən 6106,75 manat, xx.xx.2023-cü il tarixli, 659818 saylı elektron qaiməyə əsasən 12170,55 manat, xx.xx.2023-cü il tarixli, 858026 saylı elektron qaiməyə əsasən 8550 manat, xx.xx.2023-cü il tarixli, 987221 saylı elektron qaiməyə əsasən 5897 manat, xx.xx.2023-cü il tarixli, 359622 saylı elektron qaiməyə əsasən 7224,6 manat, xx.xx.2023cü il tarixli, 364253 saylı elektron qaiməyə əsasən 8607 manat, xx.xx.2023-cü il tarixli, 501574 saylı elektron qaiməyə əsasən 5096 manat, xx.xx.2023-cü il tarixli, 768316 saylı elektron qaiməyə əsasən 5947,95 manat, xx.xx.2023-cü il tarixli, 197232 saylı elektron qaiməyə əsasən 9247,95 manat, xx.xx.2023-cü il tarixli, 448324 saylı elektron qaiməyə əsasən 3828 manat, xx.xx.2023-cü il tarixli, 767134 saylı elektron qaiməyə əsasən 5700 manat, xx.xx.2023-cü il tarixli, 768477 saylı elektron qaiməyə əsasən 5386,5 manat, xx.xx.2023-cü il tarixli, 529553 saylı elektron qaiməyə əsasən 5700 manat, xx.xx.2023-cü il tarixli, 530129 saylı elektron qaiməyə əsasən 5386,5 manat, xx.xx.2023-cü il tarixli, 530606 saylı elektron qaiməyə əsasən 22002 manat, xx.xx.2023-cü il tarixli, 532087 saylı elektron qaiməyə əsasən 11326,2 manat, xx.xx.2023-cü il tarixli, 274711 saylı elektron qaiməyə əsasən 9333,75 manat olmaqla yağların satışı həyata keçirilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əsasən yerinə yetirməli olduğu öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, 60.466,24 manat pul hazırki tarixədək ödənilməmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış “Qarşılıqlı borcların üzləşdirilməsi barəsində” xx.xx.2024-cü il tarixli aktda həm iddiaçının, həm də cavabdehin hesabatına əsasən qalıq borc miqdarının 60.466,24 manat olması müəyyən edilmiş və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, heç bir nəticəsi olmamış və 60466.24 manat pul ödənilməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Belə ki, cavabeh tərəfindən əsas borc olan 60466,24 manat pula illik beş faiz olmaqla 3.023 manat pul tutulmalıdır. Əlavə olaraq hüquqi yardımın göstərilməsi üçün vəkillə bağlanmış müqaviləyə əsasən 300 manat ödəniş edilmişdir ki, həmin pul da məhkəmə xərci sayılaraq cavabdehdən tutulmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 17 saylı, xx.xx.2022-ci il tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi barəsində” aktın surətindən görünür ki, Cavabdeh MMC-nin 60.466,24 manat məbləğində qalıq borcu vardır. İş materialında olan xx.xx.2022-ci il tarixli EBCİ 226235 nömrəli; xx.xx.2022-ci il tarixli EBCJ 709513 nömrəli; xx.xx.2022-ci il tarixli EBCK 280095 nömrəli; xx.xx.2022-ci il tarixli EBCK 984944 nömrəli; xx.xx.2022-ci il tarixli EBCM 148838 nömrəli; xx.xx.2023-cü il tarixli EBCO 001977 nömrəli; xx.xx.2023-cü il tarixli EBCO 846532 nömrəli; xx.xx.2023-cü il tarixli EBDA 297765 nömrəli; xx.xx.2023-cü il tarixli EBDA 659818 nömrəli; xx.xx.2023-cü il tarixli EBDB 858026 nömrəli; xx.xx.2023-cü il tarixli EBDB 987221 nömrəli; xx.xx.2023cü il tarixli EBDD 359622 nömrəli; xx.xx.2023-cü il tarixli EBDE 364253 nömrəli; xx.xx.2023-cü il tarixli EBDG 501574 nömrəli; xx.xx.2023-cü il tarixli EBDG 768316 nömrəli; xx.xx.2023-cü il tarixli EBDH 197232 nömrəli; xx.xx.2023-cü il tarixli EBDİ 448324 nömrəli; xx.xx.2023-cü il tarixli EBDP 767134 nömrəli və EBDP 768477 nömrəli; xx.xx.2023-cü il tarixli EBDS 529553 nömrəli; xx.xx.2023-cü il tarixli EBDS 530129 nömrəli, EBDS 530606 nömrəli və EBDS 532087 nömrəli; xx.xx.2023-cü il tarixli EBDT 274711 nömrəli elektron qaimələrin surətlərindən görünür ki, Kəhf” MMC-yə 60.466,24 manat məbləğində mallar satılmışdır. İş materialında olan xəbərdarlıq məktubun surətindən görünür ki, alqı-satqısı müqavilə(lər)sinə əsasən cavabdehə borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddianın “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 3023 manat pulun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh borcunun ödənilməsini gecikdirdiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 320 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, habelə, hüquqi yardımla bağlı iddiaçı tərəfindən 320 manat deyil, 300 manat məbləğində ödəniş edildiyindən, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 300 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 282 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 60.466,24 manat məbləğində borc, 3.023 manat məbləğində əsas borca hesablanmış illik 5 faiz, cəmi 63.489,24 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 300 manat xərc və 282 manat məbləğində dövlət rüsumu Cavabdeh MMCdən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar