Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2512/2025 03.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Alxan" MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC cavabdeh “Alxan" MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ödənilməmiş 20620.42 manat (iyirmi min altı yüz iyirmi manat, qırx iki qəpik) məbləğində əsas borcun və ödənilmiş 151,86 manat (bir yüz əlli bir manat, səksən altı qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 118B saylı xx.xx.2023-cü il tarixli sement məhsullarının alqı-satqısı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC sement məhsullarını razılaşdırılmış vaxtda "xxxx" MMC-ə satmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC isə aldığı məhsulun dəyərini İddiaçı MMC-ə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, "xxxx" MMC aldığı məhsulun dəyərini ödəməmişdir. Belə ki, "xxxx" MMC-nin hal-hazıradək İddiaçı MMC-ə ödənilməmiş 20620.42 manat (iyirmi min altı yüz iyirmi manat, qırx iki qəpik) borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin "xxxx" MMC tərəfindən aşağıda qeyd olunan bəndləri pozulmuşdur. - 3.2.1. Ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini 30 gün ərzində Satıcının bank hesabına (X5 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir, - 7.2. Bu müqavilə şərtlərinə uyğun olaraq Malı vaxtında qəbul etmək və onun dəyərini ödəmək, - Ödəniş bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0.1 % qədər cərimə və bundan yarana biləcək xərcləri ödəmək, - 11.1. Tərəflər arasında hazırkı müqavilədən irəli gələn və yaxud onun icra müddəti ərzində yaranmış mübahisələr danışıq yolu ilə həll olunmalıdır, - 11.2. Tərəflər hərhansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq həll olunur, Göründüyü kimi "xxxx" MMC hal-hazıradək İddiaçı MMC-ə 20620,42 manat məbləğində borcunu ödəməmişdir. Borcun ödənilməsi barədə "xxxx" MMC-ə pretenziya məktubu göndərilməsinə baxmayaraq hal-hazıradək borcunu ödəməmişdir. Ona görə də, yaranmış borc məbləği "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması bardə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 118B nömrəli Alqı-Satqı Müqaviləsinin:
11. bəndinə əsasən Hazırkı müqavilə əsasında Satıcı 3-cü maddədə göstərilən və gələcəkdə Mal adlandırılacaq sement növünü lıcıya satır, Alıcı isə Malı alır və dəyərini ödəyir.
3. Mal və Qiymətlər (qiymətlər müqavilə imzalandığı tarixdən qüvvəyə minir və AZNlə göstərilir). 3.1. Mal və Qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla Müqaviləyə aid olan əlavələrdə göstərilir. 3.1.1. Alıcı hər ay aldığı Malın miqdarından asılı olaraq Satıcının həmin müddətə 3.2. təqdim etdiyi aylıq güzəşt cədvəlindən yararlana bilər. Bu halda hazırki müqaviləyə müvafiq Əlavə olunmalıdır. 3.2.1. Ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini 30 gün ərzində Satıcının bank hesabına (X4 ƏDV depozit hesabına) ödəmə yolu ila həyata keçirilir. 3.3. Mügavilə dövründə Alıcının götürəcəyi Malın növü və ya növbəti qiymət dəyişiklikləri olarsa hazırki Müqaviləyə aid olan əlavələrdə göstərilməlidir. 3.4. Satıcı müqavilə dövründə Alıcıya ödənişsiz və/ və ya ödənişli xüsusi texniki və/və ya konsultasiya xidməti göstərə bilər. Ödənişli xüsusi xidmətin şərtləri və dəyəri Müqaviləyə aid olan əlavələrdə göstərilməlidir. 3.5. Satıcı hər hansı qiymət dəyişikliyi edərsə Alıcını 3 (üç) iş günündən əvvəl yazılı şəkildə xəbərdar etməlidir.Yeni qiymətlər bu Müqaviləyə aid olan əlavələrdə öz əksini tapmalıdır. 7.2. Bu müqavilə şərtlərinə uyğun olaraq Malı vaxtında qəbul etmək və onun dəyərini ödəmək, Ödəniş bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0.1 % qədər cərimə və bundan yarana biləcək xərcləri ödəmək. 11.1. Tərəflər arasında hazırkı müqavilədən irəli gələn və yaxud onun icra müddəti ərzində yaranmış mübahisələr danışıq yolu ilə həll olunmalıdır. 11.2-ci maddəsinə əsasən, tərəflər hərhansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq həll olunur.
10. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə MT**********85 saylı, xx.xx.2025-ci tarixli (5443,34 manat), MT**********29 saylı, xx.xx.2024cü il tarixli (6 006,39 manat), MT**********70 saylı, xx.xx.2024-cü il tarixli (5994,57 manat), MT**********56 saylı və xx.xx.2024-cü il tarixli (5837,70 manat), MT**********24 saylı, xx.xx.2024-cü il tarixli (5 765,95 manat) ƏDV daxil olmaqla, ümumilikdə 29937,95 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
11. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Roysi Bom” MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X1 məlumatlandırılmışdır.
12. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 151,86 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları cavabdehə verməyi, cavabdeh isə həmin mal-materialları qəbul edib və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.
17. Məhkəmə, həmçinin hesab edir ki, hazırki iş mübahisə kommersiya mübahisəsi olub, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.
18. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi üzrə tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
19. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
20. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş malın dəyəri ümumilikdə 29937,95 manat təşkil edir, iddiaçı isə hazırda 20620,42 (iyirmi min altı yüz iyirmi manat, qırx iki qəpik) manat tələb edir. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona təqdim olunmuş elektron qaimə-fakturalar üzrə qismən ödəniş etməklə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
21. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 20620,42 (iyirmi min altı yüz iyirmi manat, qırx iki qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
22. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 151,86 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə:
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh “Alxan" MMC-dən 20620,42 (iyirmi min altı yüz iyirmi manat, qırx iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 151,86 (bir yüz əlli bir manat, səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev