Məhkəmə qərarları › İş №e-2-2(121)-2534/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2534/2025

07.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2534/2025 07.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X34 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı - ümumi yığıncaq protokolunun, alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 2t Ofisi (Lənkəran Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı – İddiaçıin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 02 №-li protokolunun etibarsız hesab olunması, ünvan 2t ofisində İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2018-ci il tarixli, 03 №-li protokoluna əsasən Cavabdeh1 8 pay haqqı, 20 faizlə kooperativin üzvlüyünə qəbul edilmişdir. Kooperativinin xx.xx.2018-ci il tarixli Nizamnaməsinə əsasən Kooperativin ilkin pay fondunun 200 manat müəyyən edildiyi və kooperativ üzvləri-Cavabdeh1 (8 pay haqqı, 20 faiz), X9 (4 pay haqqı, 10 faiz), X6 (8 pay haqqı, 20 faiz), X16 (2 pay haqqı, 5 faiz), X7 (8 pay haqqı, 20 faiz), X4 (10 pay haqqı, 25 faiz) pay haqları müəyyən olunmuşdur. Nizamnamənin 4.1-ci maddəsinə əsasən, Kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 46/20 A ünvanındakı 2.22641 ha torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. ünvan 2t ofisində iddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 3M-408 reyestr nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya məxsus olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 46/20 A ünvanındakı 2.22641 ha torpaq sahəsi 66.000 manata Cavabdeh1 satılmışdır. Göründüyü kimi əmlakın alıcısı Muradov X2 üzvlərindən biridir. Kooperativin üzvlərinin ümumi iclasının xx.xx.2021ci il tarixli, 02 №-li protokoluna əsasən iclasda 7 nəfərin – təsisçilər Cavabdeh1, X12, X17, X25, X10, X13 və icraçı direktor Cavabdeh2 iştirak etdiyi, iclasın sədrinin Cavabdeh2, iclasın katibinin X12 olduğu qeyd edilmişdir. Protokolun qərara aldı hissəsində göstərilmişdir ki, “Kooperativin balansında olan 2.22641 ha torpaq sahəsini icraçı direktor Cavabdeh2 66.000 manata satsın”. Protokolun imza hisəsində isə onu iclasın sədri Cavabdeh2 və iclasın katibi X6 imzalanması görünməkdədir. Protokolda kooperativin digər üzvlərinin imzası mövcud deyil, həmçinin üzvlər bu cür iclasın varlığından belə xəbərdar olmamışlar. Odur ki, həmin ümümi yığıncaq ümumiyyətlə keçirilməmişdir. Kooperativin həmin dövrdə direktor vəzifəsini icra etmiş Cavabdeh2 və kooperativ üzvü Cavabdeh1 öz aralarında razılığa gələrək iddiaçının 900.000 manat dəyərində olan 2.22641 ha torpaq sahəsini ələ keçirmişlər. Kooperativin sədr müavini X14 tərəfindən qeyd olunan faktların araşdırılması və Cavabdeh2 ilə Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsi üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Lənkəran Rayon prokurorluğuna müraciət olunmuşdur. Hazırda həmin xüsusatlar üzrə prokurorluq orqanında araşdırma aparılır. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçıin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 02 №-li protokolunun etibarsız hesab olunması, ünvan 2t ofisində İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M- 408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh5 arasında ünvan 3 ünvanında yerləşən mənzilə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və buna dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək, İddiaçıin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 02 №-li protokolunun etibarsız hesab olunmasına, ünvan 2t ofisində İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına və verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsində torpaq sahəsinin dəyəri təxmini olaraq 900.000 qeyd edilmişdir. Lakin "xxxx" MMC tərəfindən 002 nömrəli qiymətləndirmə hesabatına əsasən qeyd edilən torpaq sahəsinin qiymətinin yuvarlaq olaraq 1.669.808 manat təşkil etdiyi göstərilmişdir. Odur ki, qeyd edilən hissədə torpaq sahəsinin qiymətinin 1.669.808 manat olması nəzərə alınmalıdır. Eyni zamanda mübahisələndirilən çıxarışa dair məhkəmə sorğusuna əsasən məlumatlar Daşınmaz Əmlakın dövlət Reyestri və X35 Şəxsindən daxil olduğundan iddia tələbi həmin hissədə də dəqiqləşdirilməlidir. Bundan başqa "xxxx" MTK-nin keçmiş direktoru Quliyev X11 Rayon Məhkəməsində X20 iddiaçı olduğu e-2(049)-42/2025 nömrəli mülki iş üzrə məhkəmə iclasında vermiş olduğu izahatında ona "xxxx" MTK tərəfindən mənzil verildiyini qeyd etmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin 8-ci səhifəsində Cavabdeh2 yer alan ifadəsində qeyd edilmişdir ki, “Binadakı mənzillər camaatındır. Orada onun da mənzili vardır. Belə ki, aylıq 500 manata işləyirdi. Onlar onun haqqını yedikləri üçün ona həmin mənzili vermişlər. O, 2015-ci ildən 2021-ci ilin dekabr ayınadək kooperativin sədri olmuşdur. İşlədiyi dövrdə təsisçilərin göstərişi ilə mənziləri satmışdır”. Göründüyü kimi Cavabdeh2 ona mənzil verildiyini qeyd etmişdir. Lakin qeyd etdiyi mənzilin ona verilmənin qanuni şəkildə olmadığı aşkardır. İddiaçının əmlakı bir qrup şəxs tərəfindən qanunsuz olaraq özgəninkiləşdirildiyindən, Cavabdeh2 verilmiş və formal olaraq onun arvadının adına rəsmiləşirilmiş həmin mənzilə dair müqavilə də etibarsız hesab olunmalı və ona dair verilmiş çıxarış ləğv olunmalıdır. Belə ki, ünvan 4 ünvanında blok 2, mərtəbə 1, mənzil 40, sahəsi 95 kv.m olan mənzil Cavabdeh5 mülkiyyətindədir. Hal-hazırda Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-798/2025 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Şirvan Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-2534/2025 saylı qərardadı ilə İddiaçı ilə Cavabdeh5 və Cavabdeh2 arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatının mediatoru X18 iştirakı ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış aşağıdakı məzmunlu MŞL/MT014/2025-01200 saylı barışıq sazişinin təsdiq edilməsi: 1. İkinci tərəflər Cavabdeh2 və Cavabdeh5 bu sazişi imzalamaqla etiraf edirlər ki, ünvan 5 ünvanında yerləşən mənzilin dəyəri olan 47.500 manat pul məbləğini 1 il müddətinə İddiaçınə ödəyəcəklərinə öhdəlik götürürlər. 2.Tərəflər pul məbləğinin tam şəkildə ödənilməsinə razılaşırlar. 3.Tərəflər öhdəliyin müddətini bu saziş imzaladığı gündən başlayacağına razılaşırlar.; İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, ünvan 2t Ofisi (Lənkəran Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı – ümumi yığıncaq protokolunun, alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi barəsində iddiasına dair iş üzrə icraata “Cavabdeh5 qarşı olan hissədə” xitam verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh, həmçinin digər Cavabdeh5 nümayəndəsi Cavabdeh2 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı qəbul edərək, izahatında göstərmişdir ki, İddiaçıin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 02 №-li protokoldakı imza ona məxsusdur. Həmin vaxt kooperativin sədri olmuşdur. Digər kooperativ üzvləri Bakı şəhərində yaşadıqlarından, onlarla Cavabdeh1 əlaqə saxlamış və ona digər üzvlərin də torpaq sahəsinin satılmasına razılıqlarının olduğunu bildirmişdir. Halbuki, belə bir iclas keçirilməmiş və protokolda iştirak etdikləri göstərilmiş kooperativ üzvləri həmin vaxt iclasda iştirak etməmişlər. İddiaçı üzvləri kooperativə məxsus digər əmlakların başqa şəxslərə satılması ilə bağlı ümumi yığıncağın digər iclaslarında iştirak etmişlər. O, yalnız Cavabdeh1 göstərişi əsasında bu protokolu imzalamış və notariat ofisinə Cavabdeh1la birlikdə gedərək alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Kooperativin sədri olsa da, kooperativin möhürü heç bir vaxt onun özündə olmamışdır. Belə ki, möhür həmişə Cavabdeh1 olmuşdur. O, arvadı Cavabdeh5 satılmış mənzil üzrə həmin mənzilin dəyərini kooperativə ödəyəcəkdir. Buna görə də, mediasiya prosesində kooperativlə razılığa gələrək, barışıq sazişi imzalamışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər ünvan 2t Ofisi (Lənkəran Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, kooperativin üzvlərinin - Cavabdeh1, X12, X17, X25, X10 və X7 iştirakları ilə İddiaçı xx.xx.2018-ci il tarixli 03 nömrəli protokoluna (digər protokollarına) və xx.xx.2018-ci il tarixli yeni redaksiyada İddiaçı Nizamnaməsinə, o cümlədən çıxarış(lar)a əsasən, kooperativin ilkin pay fondu 200 manat müəyyən edilmişdir. Pay fonduna kooperativin üzvlərinin mütləq pay haqqı 5 manatdan ibarətdir. Nizamnamə kapitalındakı pay haqları Cavabdeh1 – 40 manat, 8 pay haqqı, 20%; X17 – 20 manat, 4 pay haqqı, 10%; X12 - 40 manat, 8 pay haqqı, 20%; X25 - 10 manat, 2 pay haqqı, 5%; X13 - 40 manat, 8 pay haqqı, 20%; X10 - 50 manat, 10 pay haqqı, 25% müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli çıxarışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında yerləşən 2,22641 ha torpaq sahəsi İddiaçın adına qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı üzvlərinin (Cavabdeh1, X12, X17, X25, X10, X13 və icraçı direktor Cavabdeh2 iştirakları ilə) ümumi iclasının xx.xx.2021-ci il tarixli 02 saylı protokolunun surətindən görünür ki, Kooperativin balansında olan 2,22641 ha torpaq sahəsinin icraçı direktor Cavabdeh2 66.000 manata satması qərara alınmışdır. Protokol iclasın sədri Cavabdeh2 və iclasın katibi X15 tərəfindən imzalanmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş İddiaçı üzvlərinin (Cavabdeh1, X12, X17, X25, X10, X13 və icraçı direktor Cavabdeh2 iştirakları ilə) ümumi iclas(lar)ının digər protokollarının surətlərindən görünür ki, Kooperativə məxsus digər əmlakların da başqa şəxslərə (o cümlədən Cavabdeh5) qeyd edilən qaydada satılması qərara alınmış və bu qaydada protokollar tərtib edilmişdir. İş materiallarından görünür ki, İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş “alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 İddiaçınə məxsus olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında yerləşən 2,226641 ha torpaq sahəsini 66.000 manata almışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli çıxarışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında yerləşən 2,22641 ha torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 sifarişi ilə "xxxx" MMC-nin ƏEM/A 15- 535/22 saylı, xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 46/20 A ünvanında yerləşən ümumi sahəsi 2,226410 ha olan torpaq sahəsinin xx.xx.2022ci il tarixinə olan bazar dəyərinin 400.000 manat olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı təsisçilərinin yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru Cavabdeh2 vəzifəsindən azad edilməsi, X21 Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. İşdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-991/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddiaçı Cavabdeh2 cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi”nə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı “Cənub Mənzil Tikinti Kooperativi”nin Cavabdeh2 qarşı "kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sanadiarinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təslimi tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçınə məxsus möhürlər, seyf açarları, kooperativin hüquqi sənədləri, maliyyə sənədləri, kadrların uçotu üzrə sənədlər və kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin Cavabdeh2 alınaraq ümumi yığıncağın sədrinə və ya kooperativın icra orqanına təhvil verilməsi, Cavabdeh2 100 manat dövlət rüsumunun tutularaq dövlət hesabına köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli Lənkəran İcra və Probasiya şöbəsinin rəis müavini X26, şöbənin icra məmuru X19, şöbənin icra məmuru X31, borclu Cavabdeh2 və Cənub MTK-nın sədri X1 iştirakları ilə tərtib edilmiş “Cənub MTK-ya məxsus icra sənədində qeyd olunan əşyaların və sənədlərin təhvil verilməsi barədə” aktın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-991/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin tələbi ilə Cənub MTK-ya məxsus möhürlər, seyf açarları, kooperativin hüquqi sənədləri, maliyyə sənədləri, kadrların uçotu üzrə sənədlər və kooperativin fəaliyyətini əks etdirən digər sənədlər borclu Cavabdeh2 alınması, ümumi yığıncağın sədrinə və ya olmadığı halda kooperativin icra orqanının rəhbəri X5 verilməsi göstərilmişdir. Həmin sənədlərin siyahısında Cənub MTK-ya məxsus ********** nömrəli çıxarış və torpaq sahəsinin planı da qeyd olunmuşdur. İşdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyərək, iddiaçı X23 ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı İddiaçınə qarşı iddia qaldırmaq hüququnun izah olunması, İddiaçı barəsində ayrıca xüsusi qərardad çıxarılması, həmin qərardadın, səlahiyyətli şəxsin (şəxslərin) eyni mənzillərin müxtəlif şəxslərə satılması ilə bağlı əməlində (əməllərində) cinayət tərkibi əlamətləri aşkar olduğuna görə, araşdırma aparılması üçün xüsusi qərardadın Lənkəran rayon prokurorluğuna göndərilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı müraciəti əsasında "xxxx" MMC-nin 002 saylı, xx.xx.2025-ci il tarixli hesabatının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 46/20 A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsinin bazar dəyərinin 1.669.808 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, ********** nömrəli reyestrdən çıxarışla Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20 A ünvanında yerləşən 2.2264 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında yerləşən 2.2264 ha torpaq sahəsi xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən və Lənkəran şəhəri, İsmayılxan Talışinski küçəsində yerləşən 0.2391 ha həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh5 adına Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında yerləşən 40 saylı mənzil xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. Həmin məktuba əlavə edilən sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevlə İddiaçı qanuni təmsilçisi Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında yerləşən 2.2264 ha torpaq sahəsi ilə bağlı 106 saylı “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, İddiaçı sədr müavini X8 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətləri əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanmış və xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1ci maddəsinə əsasən dayandırılmışdır. Odur ki, cinayət işi üzrə toplanmış materialların təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi mümkün deyildir. İşdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci ilo tarixli, 3(049)- 780/2025 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatları və iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 – 40 manat, 8 pay haqq, 20%; X17 – 20 manat, 4 pay haqqı, 10%; X12 - 40 manat, 8 pay haqqı, 20%; X25 - 10 manat, 2 pay haqqı, 5%; X13 - 40 manat, 8 pay haqqı, 20%; X10 - 50 manat, 10 pay haqqı, 25% olmaqla İddiaçı Nizamnamə kapitalındakı pay haqlarına malikdirlər. İddiaçı üzvlərinin (Cavabdeh1, X12, X17, X25, X10, X13 və icraçı direktor Cavabdeh2 iştirakları ilə) ümumi iclasının xx.xx.2021-ci il tarixli 02 saylı protokolu ilə kooperativin balansında olan 2,22641 ha torpaq sahəsinin icraçı direktor Cavabdeh2 66.000 manata satması qərara alınmışdır. Protokol iclasın sədri Cavabdeh2 və iclasın katibi X15 tərəfindən imzalanmışdır. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı üzvlərinin (Cavabdeh1, X12, X17, X25, X10, X13 və icraçı direktor Cavabdeh2 iştirakları ilə) ümumi iclas(lar)ının digər protokolları ilə kooperativə məxsus digər əmlakların da başqa şəxslərə (o cümlədən Cavabdeh5) qeyd edilən qaydada satılması qərara alınmış və bu qaydada protokollar tərtib edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş “alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 İddiaçınə məxsus olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında yerləşən 2,226641 ha torpaq sahəsini 66.000 manata almışdır. Bundan sonra, qeyd edilən torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, etibarsız hesab olunması tələb edilən kooperativininin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 02 №-li protokoldan başqa İddiaçı üzvlərinin (Cavabdeh1, X12, X17, X25, X10, X13 və icraçı direktor Cavabdeh2 iştirakları ilə) ümumi iclas(lar)ının digər protokolları ilə kooperativə məxsus digər əmlakların başqa şəxslərə (o cümlədən Cavabdeh5) qeyd edilən qaydada satılması qərara alınmış və bu qaydada protokollar tərtib edilmişdir. Yəni, kooperativə məxsus əmlakların satışı göstərilən qaydada həyata keçirilmişdir. Hətta, kooperativə aidiyyəti şəxs(lər)ə də qeyd edilən qaydada satılmışdır. Odur ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 49-1.1-ci maddəsinə istinad etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1-ci maddəsinə əsasən, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; 49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; 49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); 49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; 49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər; 49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs; 49-1.1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs; 49-1.1.8. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri; 49-1.1.9. “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara, bank olmayan kredit təşkilatlarına və investisiya fondlarına aidiyyəti olan digər şəxslər. Həmin Məcəllənin 49-1.2-ci maddəsinə əsasən, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. Qeyd edilən Məcəllənin 49-1.3-cü maddəsinə əsasən, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya banklara münasibətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kooperativin ümümi yığıncağının qeyd edilən torpaq sahəsinin satılması barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 111.3.6-cı maddəsinə əsasən, kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. Qeyd edilən Məcəllənin 111.4 – 111.7-ci maddələrinə əsasən, kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. Üzvlərinin sayı 200-dən çox olan kooperativlərdə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativin nizamnaməsinə uyğun olaraq müvəkkillərin yığıncağı şəklində keçirilə bilər. Müvəkkillərin sayı kooperativ üzvlərinin sayı nəzərə alınaraq müəyyənləşdirilir. Müvəkkillər kooperativin nizamnaməsində, aşağıdakılar da daxil olmaqla, nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə yolu ilə seçilir: müvəkkil seçilən kooperativ üzvlərinin sayı; müvəkkillərin səlahiyyətlərinin müddəti; onların seçilmə qaydası. Müvəkkillər öz səlahiyyətlərini başqa şəxslərə, o cümlədən kooperativ üzvlərinə verə bilməzlər. Bu Məcəllənin və kooperativin nizamnaməsinin kooperativ üzvlərinin ümumi yığıncağı barədə müddəaları müvəkkillərin yığıncağına da şamil edilir. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Göstərilən qannvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kooperativin ümümi yığıncağından kooperativin üzvləri olan X12, X17, X25, X10, X13 iştirak etmiş (bunun əksi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir), bununla da kooperativ üzvlərinin ümumi yığıncağı səlahiyyətli olmuş və kooperativin üzvlərinin ümumi yığıncağının sadə səs çoxluğu ilə qeyd edilən torpaq sahəsinin satılmasına dair qərar qəbul edilmiş və göstərilən qərar ilə kooperativlə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Belə olan halda, “kooperativin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 02 №-li protokolunun etibarsız hesab olunması”na dair iddia tələbi əsassızdır. Cavabdeh2 iddianı etiraf etməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi digər cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, cavabdehin iddianı etiraf etməsi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.4-cü maddəsinə əsasən, məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 arvadı Cavabdeh5 münasibətdə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh5 arasında razılıq əldə olunduğundan, Cavabdeh2 mövcud iddianı etiraf etməsi gözlənilən bir haldır. Odur ki, cavabdehin iddianı etiraf etməsini məhkəmə qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, Cavabdeh2 izahatında göstərdiyi hallar işin hər hansı bir digər mötəbər sübutu ilə təsdiq olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Həmin Məcəllənin 111.10-cu maddəsinə əsasən, kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. İşin materialları və işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 həmin dövrdə hüquqi şəxs olan İddiaçı fəaliyyətinə cari rəhbərliyi həyata keçirmiş, yəni Cavabdeh2 İddiaçı sədri olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, kooperativin ümümi yığıncağının çağırılması, onun keçirilməsi, ümumi yığıncağın protokollarının tərtibi, imzalanması və sənədlərə kooperativin möhürünün vurulması kooperativin icra orqanı olan sədri tərəfindən həyata keçirilməli olduğundan, Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında qeyd edilənləri ağılabatan şəkildə izah edə bilmədiyindən, ümumi yığıncağın protokolu və onunla əlaqədar bağlanmış alqı-satqı müqaviləsinin Mülki Məcəllənin tələblərinin pozulmaqla bağlanılması nəticəsində kooperativə dəyə biləcək zərərə görə İddiaçı və onun həmin dövrdə sədri olmuş Cavabdeh2 məsuliyyət daşıyır. Belə ki, hüquqi şəxsin təşkilati və idarəçilik fəaliyyəti onun orqanı (sədri) tərəfindən həyata keçirilir. Hüquqi şəxs öz orqanı vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdəsinə mülki vəzifələr götürür. Hüquqi şəxsin fəaliyyət predmeti olan maddi və mənəvi nemətlərin yaradılması, işlərin görülməsi, xidmətlərin göstərilməsi, müqavilələrin bağlanması və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsi üzrə mürəkkəb bir prosesi idarə etmək məhz hüquqi şəxsin orqanının üzərinə düşür. Hüquqi şəxsin orqanının fəaliyyəti isə qanunvericiliyə və onun nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassızdır. Belə ki, hüquqi şəxsin rəhbəri hüquqi şəxsə məxsus olan möhürü ya özü vurmalı, ya da onun nəzarəti altında fəaliyyət göstərən əməkdaşına etibar etməlidir. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.4-cü maddəsinə əsasən, əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Məhkəmə iddianın “ünvan 2t ofisində İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması”na dair hissəsini araşdıraraq, hesba edir ki, iddianın qeyd edilən hissəsi də əsassızdır. Belə ki, “alqı-satqı” müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur və onun etibarsızlığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan əsaslar müəyyən olunmadı. Ona görə ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən əqdin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, qeyd edilən əqd imzalanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Həmçinin, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər (cavabdeh) səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, göstərilən əqdin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 349-cu maddəsinə əsasən, hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, əqd qanunidir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə, iddiaçı “alqı-satqı” müqaviləsindən məlumatlı olmuş, lakin hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, maraqlı şəxsin iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ onun əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin normada müəyyən edilmiş 1 illik müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü nəzərdə tutulmamışdır. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində həmin əqdi mübahisələndirmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə eyni zamanda iddianın “Cavabdeh1 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, “ümumi yığıncağın protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələblərindən törəndiyindən, iddia tələbləri həmin hissələrdə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 2t Ofisi (Lənkəran Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı – İddiaçıin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 02 №-li protokolunun etibarsız hesab olunması, ünvan 2t ofisində İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar