Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2537/2025 05.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, digər iddia ərizəsi üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı – borcun silinməsi barədə iddiasına; Cavabdeh İB-nin "xxxx" MMC-yə qarşı borcun ödənilməsi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh İB-yə qarşı – iddiaçıya məxsus Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixananın **********00002 saylı abonent koduna aktlara görə hesablanmış 154.862,36 manat, qazdan istifadəyə görə isə qanunsuz hesablanmış 313.933,65 manat, cəmi 468.796,01 manat pul məbləğinin silinməsi, həmçinin məhkəməyə ödənilmiş 758,8 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən halhazırda iddiaçıya məxsus Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixananın (abonent kodu: **********00002) fəaliyyəti zamanı, 2024-cü ilin dekabrında 7.999,64 manat, 2025-ci ilin fevralında 126.465,12 manat, 2025-ci ilin martında isə 203.97,60 olmaqla, ümumilikdə 154.862,36 manat pul məbləğində borc hesablanmışdır. Bundan başqa cavabdeh təşkilat qazdan istifadəyə görə iddiaçıya əsassız olaraq 313.933,65 manat məbləğində borc hesablamışdır. Cavabdeh tərəfindən göstərilən pul məbləğləri əsassız və qanunsuz hesablanmışdır. Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixanada qeyd edilən vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Həmin istixananın qaz sayğacının nasazlığı nəticəsində həmin həcmdə qaz sərfiyyatı qeydə alınmışdır. Belə ki, cavabdeh tərəfindən həmin istixanaya qaz sayğacına laboratoriya şəraitində baxış keçirilmiş və yoxlanış zamanı müəyyən edilmişdir ki, sayğac qaz sərfiyyətini düzgün qeyd etmir. Buna baxmayaraq, cavabdeh tərəfindən nasaz sayğacın qeyd etdiyi qaz sərfiyyatı üzrə hesablanmış 154.862,36 manat borc məbləğinin ödənilməsi tələb edilir. Həmçinin həmin borc məbləği ödənilməyi üçün istixanaya qazın verilməsi dayandırılmışdı. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilmiş və qanunsuz hesablanmış borc məbləğinin silinməsi xahiş edilmişdir. Lakin, cavabdeh pretenziyaya məhəl qoymamış və borc məbləği silinməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən həmin istixananın qaz sərfiyyatı üzrə hesablanmış154.862,36 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilən iddia tələbi əsasında kommersiya işi e-2-2(121)-2537/2025 sayda Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuşdur. İddiaçı Cavabdeh İB cavabdeh "xxxx" MMC-yə qarşı – **********00002 nömrəli abonent kodu üzrə yaranmış 468.796,01 manat borc məbləğinin, iddia qaldırmaq üçün ödənilmiş 758,80 manat məbləğində dövlət rüsumunun, 1,14 manat bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixana 2023-cü ilin noyabr ayında X2 adına **********00002 nömrəli abonent kodu ilə qeydə alınmışdır. X7 istixanada 2023-ci ilin noyabr ayından 2025-ci ilin may ayınadək ümumilikdə 885.882,63 manat məbləğində qaz sərf etmiş, 417.086,62 manat məbləğində ödəniş etmiş, xx.xx.2025-ci il tarixə 417.086,62 manat məbləğində borcu qalmışdır. "xxxx" MMC-nin direktoru X5 xx.xx.2025-ci il tarixdə ərizə ilə Cavabdeh İB-nin direktoru Azər Məmmədova müraciət edərək, X2 adında olan **********00002 nömrəli abonent kodu altında istifadə etdiyi qaz sayğacının üzərində göstərilən borc məbləği ilə birlikdə qaz sayğacının "xxxx" MMC-nin adına keçirilməsini xahiş etmiş və həmin qaz sayğacı üzərində olan borc məbləği, cari ayda istifadə olunan borc məbləği xaric məktubda göstərilən qrafikə əsasən ödənəcəyinə, layihə sənədlərinin hazırlanmasına cavabdeh olmalarını bildirmişdir. Ərizədə 468.796 manat borcun 2025-ci ilin iyul ayından başlayaraq 2026-cı ilin iyun ayınadək hər ay 39.066,34 manat ödənilməsi qeyd olunmuş, ərizə imza və möhürlə təsdiq edilmişdir. "xxxx" MMC-nin ərizəsi və təqdim olunmuş sənədlər nəzərə alınaraq, "xxxx" MMC ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2025-ci il tarixdə AMX-2846/25 nömrəli müqavilə bağlanılmış və xx.xx.2025-ci il tarixdə X2 adında olan **********00002 nömrəli abonent kodu cavabdehin adına keçirilmişdir. Lakin cavabdeh öhdəliyə əsasən 2025-ci ilin iyul ayında 39.066,34 manat ödəniş etməli olduğu halda ödəniş etməmişdir. Qeyd edilən iddia tələbi əsasında kommersiya işi e-2-2(113)-7192/2025 sayda Bakı Kommersiya Məhkəməsinin icraatında olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7192/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair e-2-2(113)-7192/2025 saylı iş iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair e-2-2(121)-2537/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı, digər iddia ərizəsi üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında "xxxx" MMC-nin iddiasını müdafiə edərək, Cavabdeh İB-nin iddiasına etiraz etdi. Məhkəmədən "xxxx" MMC-nin iddiasının təmin edilməsini, Cavabdeh İB-nin iddiasının isə rədd olunmasını xahiş etdi. Cavabdeh, digər iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X6 məhkəmə iclasında "xxxx" MMC-nin iddiasına etiraz edərək, Cavabdeh İB-nin iddiasını müdafiə etdi. Məhkəmədən "xxxx" MMC-nin iddiasının rədd edilməsini, Cavabdeh İB-nin iddiasının isə təmin olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin iddiası əsassızdır, Cavabdeh İB-nin iddiası əsaslıdır. Buna görə də "xxxx" MMC-nin iddiası rədd olunmalı, Cavabdeh İB-nin iddiası isə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında AMX-2846/25 saylı, xx.xx.2025-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Müqavilə(lər)yə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə istehlakçıya (X7) məxsus qeyriyaşayış sahəsinin qaz təsərrüfatına yerində baxış keçirilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və həmin akt istehlakçının nümayəndəsi X3 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, sayğac Sabirabad XS-nin nümayəndələri tərəfindən quraşdırılmış və istismara yararlıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 01 saylı razılaşma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixi də daxil olmaqla sayğacın olmadığı gün üçün razılaşdırılmış sərfiyyat 18181 m3-dur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, sayğac qaz buraxmadığı üçün çıxarılmış və d/y göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, sayğac quraşdırılmış və istismara yararlıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 01 saylı razılaşma protokolu və xx.xx.2025-ci il tarixli 01 saylı razılaşma protokolundan görünür ki, sayğacın olmadığı gün üçün razılaşdırılmış sərfiyyat 16998 m3-dur. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh İB-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X2 adında olan **********00002 abonent kodu altında istifadə etdiyi qaz sayğacının üzərində göstərilən borc məbləği ilə birlikdə qaz sayğacını şirkətin adına keçirilməsi xahiş edilmiş və həmin şəxsin adında olan qaz sayğacının üzərində olan borc məbləği cari ayda istifadə olunan borc məbləği xaric göstərilən qrafikə əsasən ödəniləcəkdir. Layihə sənədlərinin hazırlanmasına cavabdeh dururlar. Həmin ərizədə göstərilmiş ödəniş qrafikinə əsasən "xxxx" MMC yaranmış 468.796 manat məbləğində borcu 12 ay müddətinə (2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayına qədər olan dövr ərzində) hər ay 39.066,34 manat məbləğində olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, X2 təbii qazdan istifadəyə görə 468.796,01 manat məbləğində borcu vardır. İşdən görünür ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə təbii qazdan istifadəyə görə yaranmış 468.796,01 manat məbləğində borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli “Bildiriş-xəbərdarlıq” göndərilmişdir. İşin materiallarından görünür ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə borcun ödənilməsinə dair, "xxxx" MMC tərəfindən isə Cavabdeh İB-yə borcun silinməsinə dair pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı MMC barəsində 2024-cü və 2025-ci illərdə Reyestrdə qeydiyyata alınmış yoxlama aşkar edilməmişdir. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Reyestrdə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamaların qeydiyyatının aparıldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialının aparıcı müfəttişi Rəmzi Əliyevin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilən sənədlərdən abonent saldosundan, istehlakçının qaz təsərrüfatının xx.xx.2023-cü il tarixli inventar aktından və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan məlum olur ki, xx.xx.2023-cü ildə istixananın qaz xətti üzərində G160 markalı 75018706 nömrəli qaz sayğacı quraşdırılmış və istehlakçının ("xxxx" MMC) adına **********00002 nömrəli fərdi qaz hesabı (abonent saldosu) açılmışdır. Həmin bu sənədlərə əsasən qaz sayğacının quraşdırılarkən göstəriciləri mexaniki və elektron hissədə ******* m³ olmuşdur, qaz hesabında istehlakçının borcu olmamışdır. Saldoya əsasən sayğacla 2023cü ilin noyabr və dekabr aylarında ümumilikdə 395801 m³ qaz sərfi, dəyəri 87076,22 m³ manat məbləğində borc hesablanaraq saldoya daxil edilmiş, dəyəri ödənilməmişdir. Həmçinın 2024-cü ilin yanvar, fevral, mart, aprel ve noyabr ayları ərzində sayğacla qeydə alınmış sərfiyyatlar ümumilikdə ******* m³, dəyəri 237400,46 manat borc məbləği hesablanaraq saldoya daxil edilmiş, ödəniş edilməmişdir. xx.xx.2024-cü il tarixində sayğac qaz sərfini qeyd etmədiyi üçün qazın verilişi dəmir ötürücü vasitəsilə təmin olunmuşdur. Həmin tarixdə tərtib olunmuş 01 nömrəli protokola əsasən xx.xx.2024-cü il tarixi də daxil olmaqla, sayğacın olmadığı hər gün üçün qaz sərfi 18181 m³ qəbul edilmişdir. 2 gün müddətində istixananın qaz təminatı sayğacsız olduğu üçün ümumilikdə 2 x 18181=36362 m³ x 0,22 qaz sərfi dəyəri 7.999,64 manat hesablanaraq saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt asasında G160 markalı 75018706 nömrəli qaz sayğacı açılmışdır. Açılarkən qaz sayğacının göstəriciləri mexaniki hissədə ******* m³ elektron hissədə ******* m³ olmuşdur. Bu sayğacla dekabr ayında qeydə alınan qaz sərfi 4404***-*******-351179 m² olmuşdur. Həmin tarixdə yəni xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən G250 markalı 75018798 nömrəli sayğac istixananın qaz xəttinin üzərinə quraşdırılmışdır. Sayğac quraşdırılarkən göstəricisi mexaniki hissədə ******* m³, elektron hissədə ******* m² olmuşdur. Ayın sonunda G250 markalı sayğacın göstəricisi ******* m³ olmuş və bu sayğacla qeydə alınmış qaz sərfiyyatı 105232 m³ olmuşdur. 2024-cü ilin dekabr ayında qeydə alınan qaz sərfiyyatının ümumi həcmi 3 hissədən G160 markalı qaz sayğacı ilə qeydə alınan 351179 m3, protokola əsasən 36362 m³ va G250 sayğacla qeydə alınan 105232 m³ (351179 m3 + 36362 m³ +105232 m³) qaz sərfiyyatlarının cəmi 492773 m³, dəyəri 100410,42 manat borc məbləği saldoya daxil edilmişdir və ödəniş edilməmişdir. 2023 və 2024-cü illərdə qeydə alınan qaz sərfiyyatlarına görə ödəniş edilmədiyi üçün xx.xx.2024-cü il tarixinə ümumilikdə 432886,74 manat məbləğində borc yaranmışdır. 2025-ci ilin yanvar və fevral aylarında sayğacla qeydə alınan qaz sərfiyyatlar saldoya daxil edilmişdir və istehlakçı tərəfindən natamam ödəniş edilmişdir. Belə ki, yanvar ayında sayğacla qeydə alınan sərfiyyatın 126124,53 manat dəyərinə qarşı 59850,50 manat, fevral ayında 160391,04 manat dəyərinə qarşı 137349,97 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixinə 522201,84 manat məbləğində borc yaranmışdır. xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən G250 markalı 75018728 nömrəli qaz sayğacı qaz xəttinin üzərindən açılmışdır. Çıxarılan sayğacın göstəriciləri mexaniki hissədə ******* m³, elektron hissədə ******* m³ olmuşdur. xx.xx.2025ci il tarixdə tərtib olunmuş 01 nömrəli protokola əsasən xx.xx.2025-ci il tarixi də daxil olmaqla sayğacın olmadığı hər gün üçün qaz sərfi 16998 m³ qəbul edilmiş, (16998 m³x 31 gün = 526938 m³) 126465,12 manat borc məbləği saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. Həmin ayda 160282,28 manat məbləğində ödəniş edilmiş və ayın sonuna borc məbləği 488384,68 manat olmuşdur. xx.xx.2025-ci il tarixli protokola əsasən 84990 (16998 m³ x 5 gün = 84990) m³ qaz sərfinin dəyəri 20397,6 manat borc məbləği saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən G1000 markalı 83048150 nömrəli qaz sayğacı quraşdırılmışdır, aktda sayğacın quraşdırılarkən göstəricisinin mexaniki və elektron hissədə 488 m³ olduğu qeyd olunmuşdur. Aprel ayının sonuna sayğacla qeydə alınan qaz sərfiyyatı 81740 m³ dəyəri 19617 manat borc məbləği saldoya daxil edilmişdir. Bununla da 2025-ci ilin aprel ayında ümumilikdə 166730 m³ təbii qazdan istifadə edilmiş 9900 manat ödəniş edilmiş və ayın sonuna borc məbləği 518498,98 manat olmuşdur. 2025-ci ilin may ayında borcdan 47902,97 manat ödəniş edilmiş və 31.05.205-ci il tarixinə 468796,01 manat borc məbləği qalmışdır. Bundan sonra sayğac göstəricilərində və borc məbləğində hər hansı dəyişmə olmamışdır. Məlumat üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın (bundan sonra Qayda) 5.4-cü bəndinə əsasən qaz sayğacı olmadığı Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bendində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qeyd olunanları nəzərə alaraq, sayğacla müəyyənləşən sərfiyyatların dəyərinə uyğun yaranan 468796,01 manat borc məbləğinin ödənilməsi məqsədəuyğun hesab edilir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli ərizə ilə Cavabdeh İB-yə müraciət edilərək, X2 adında olan **********00002 abonent kodu altında istifadə etdiyi qaz sayğacının üzərində göstərilən borc məbləği ilə birlikdə qaz sayğacını şirkətin adına keçirilməsi xahiş edilmiş və həmin şəxsin adında olan qaz sayğacının üzərində olan borc məbləği cari ayda istifadə olunan borc məbləği xaric göstərilən qrafikə əsasən ödəniləcəyi bildirilmişdir. Belə ki, həmin ərizədə göstərilmiş ödəniş qrafikinə əsasən "xxxx" MMC yaranmış 468.796 manat məbləğində borcu 12 ay müddətinə (2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayına qədər olan dövr ərzində) hər ay 39.066,34 manat məbləğində olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Göründüyü kimi, tərəflər öz aralarında borcunun 468.796 manat məbləğində təşkil etməsinə və həmin borcun hissə-hissə olmalqa ödənilməsinə dair razılığa gəlmişlər. Belə olan halda "xxxx" MMC-nin iddiasının təmin edilməsinə əsas yoxdur. Lakin, Cavabdeh İB yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC Cavabdeh İB-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəyə əsasən X2 adında olan **********00002 abonent kodu altında istifadə edilmiş qaz sayğacının üzərində göstərilən borc məbləğini cari ayda istifadə olunan borc məbləği xaric hissə-hissə ödəməyi öhdəsinə götürdüyündən, bununla da, qaz sayğacını göstərilən borc məbləği birlikdə (yüklü şəkildə) adına keçirdiyindən, X2 adında olan **********00002 abonent kodu altında istifadə edilmiş qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, "xxxx" MMC vəzifələrini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB-nin iddiası təmin edilərək, ərizəsi əsasında ona keçmiş 468.796,01 manat məbləğində borc "xxxx" MMC-dən alınaraq Cavabdeh İB-yə ödənilməlidir. "xxxx" MMC-nin iddiası isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu "xxxx" MMC-dən tutularaq Cavabdeh İB-yə ödənilməlidir. "xxxx" MMC-nin iddiası əsasında ödənilmiş dövlət rüsumu isə iddiası rədd edilməli olduğundan, ona aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 758,8 manat dövlət rüsumu və 1,14 manat bank xidmət haqqı "xxxx" MMC-dən alınaraq Cavabdeh İB-yə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Cavabdeh İB-nin iddiası əsaslıdır, "xxxx" MMC-nin iddiası əsassızdır. Buna görə dəCavabdeh İB-nin iddiası təmin edilməli, "xxxx" MMC-nin iddiası isə rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı – borcun silinməsi barədə iddiası rədd edilsin. İddiaçı Cavabdeh İB-nin iddiası təmin edilsin. **********00002 saylı abonent kodu üzrə yaranmış 468.796,01 manat məbləğində borc, 758,8 manat məbləğində dövlət rüsumu və 1,14 manat məbləğində bank xidmət haqqı "xxxx" MMC-dən alınaraq Cavabdeh İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2537/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2537/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver