Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-254/2023 13.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iddia ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı – cavabdehdən icra edilməmiş öhdəliyə görə 369 204,43 (üç yüz altmış doqquz min iki yüz dörd manat 43 qəpik) manat məbləğində əsas borc və 1.755.795 (bir milyon yeddi yüz əlli beş min yeddi yüz doxsan beş) manat məbləğində cərimə, 1.853 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.126.852,43 (iki milyon yüz iyirmi altı min səkkiz yüz əlli iki manat qırx üç qəpik) manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən hazırki iddia ərizəsi üzrə 1.453 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: 8********) ödənildiyi qeyd edilmişdir. Lakin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı hazırki tələb üzrə məhkəməyə müraciət etmiş, müraciət edən zaman 1.453 manat məbləğində dövlət rüsumunu (qəbz nömrəsi: 8********) ödəmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-837/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 1.453 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardad 03 oktyabr 2022-ci il tarixli məktubla icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-837/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinə ********* nömrəli qəbz üzrə ödənilmiş 1.453 manat məbləğində pul vəsaitin geri qaytarılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan ********* saylı qəbz iddiaçı tərəfindən hazırkı iddia ərzəsi üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-254/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-254/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver