Məhkəmə qərarları › İş №e-2-2(121)-2572/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2572/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2572/2025 26.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı – müqavilənin bağlanmış hesab edilməsi və s. tələbləri barəsində iddiasına dair iş üzrə Cavabdeh MMCnun işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətinə X1 inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı –xx.xx.2025-ci il tarixli 01/2025 saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli 01 saylı, xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025-ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokolları üzrə 21073 manat borcun və 153,22 manat dövlət rüsumunun, cəmi 21226,22 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi, həmçinin 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə cavabdehin iddiaçıya təqdim etməsi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında kommersiya işi e-2-2(121)-2489/2025 sayda məhkəmənin (hakim Rəmzi Nəbiyevin) icraatındadır. İddiaçı Cavabdeh MMC-yə qarşı – xx.xx.2025-ci il tarixli 01/2025 saylı müqavilə əsasında ümumilikdə 92900 manat məbləğində pul və ödənilmiş 370 manat dövlət rüsumu, cəmi 93270 manat pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia tələbi əsasında kommersiya işi e-2-2(121)-2572/2025 sayda məhkəmənin icraatındadır. Göstərilən iddia tələbləri mahiyyətinə görə eyni müqavilə(lər) ilə bağlı olduğundan, göstərilən kommersiya işlərinin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Buna görə də, qeyd edilən kommersiya işləri birləşdirilərək, bir icraatda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Digər tərəfdən, göstərilən kommersiya işləri arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında kommersiya işləri birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169.3 və 263- 264-cü maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı –xx.xx.2025-ci il tarixli 01/2025 saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli 01 saylı, xx.xx.2025-ci il tarixli 02 saylı, xx.xx.2025-ci il tarixli 03 saylı və xx.xx.2025ci il tarixli 04 saylı qiymətlərin razılaşma protokolları üzrə 21073 manat borcun və 153,22 manat dövlət rüsumunun, cəmi 21226,22 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi, həmçinin 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə cavabdehin iddiaçıya təqdim etməsi barədə barədə iddiası əsasında e-2-2(121)-2489/2025 saylı kommersiya işi ilə; İddiaçı Cavabdeh MMC-yə qarşı – xx.xx.2025-ci il tarixli 01/2025 saylı müqavilə əsasında ümumilikdə 92900 manat məbləğində pul və ödənilmiş 370 manat dövlət rüsumu, cəmi 93270 manat pulun alınaraq ona ödənilməsi barədə iddiası əsasında e-2- e-2-2(121)-2572/2025 saylı kommersiya işi birləşdirilsinlər, həmin işlərə bir icraatda baxılsın və kommersiya işinə e-2- 2(121)-2489/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar