Məhkəmə qərarları › İş №e-2-2(121)-2594/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2594/2024

19.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2594/2024 19.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 30,62 manat, Dövlət Sosial Müdafiə Fonduna 191,48 manat, İşsizlikdən sığorta fonduna 7,67 manat, dövlət büdcəsinə 273,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 245,37 manat, faizlər üzrə 27,89 manat), “ASLAN-T CORP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 29,36 manat, dövlət büdcəsinə 8114,55 manat məbləğində (o cümlədən, vergilər üzrə 7356,8 manat, faizlər üzrə 757,75 manat), İşsizlikdən sığorta fonduna 7,37 manat, Dövlət Sosial Müdafiə Fonduna 183,62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 11,3 manat, İcbari Tibbi Sığorta Fonduna 37,18 manat, Dövlət Sosial Müdafiə Fonduna 187,25 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən,) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,63 manat, Dövlət Sosial Müdafiə Fonduna 90,48 manat, İcbari Tibbi Sığorta Fonduna 14,46 manat, dövlət büdcəsinə 8038,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 7491,67 manat, faizlər üzrə 546,92 manat) olmaqla, ümumilikdə 17220,82 manat borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 30,62 manat, Dövlət Sosial Müdafiə Fonduna 191,48 manat, İşsizlikdən sığorta fonduna 7,67 manat, dövlət büdcəsinə 273,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 245,37 manat, faizlər üzrə 27,89 manat) ,'ASLAN-T CORP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 29,36 manat, dövlət büdcəsinə 8114,55 manat məbləğində (o cümlədən, vergilər üzrə 7356,8 manat, faizlər üzrə 757,75 manat), İşsizlikdən sığorta fonduna 7,37 manat, Dövlət Sosial Müdafiə Fonduna 183,62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 11,3 manat, İcbari Tibbi Sığorta Fonduna 37,18 manat, Dövlət Sosial Müdafiə Fonduna 187,25 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,63 manat, Dövlət Sosial Müdafiə Fonduna 90,48 manat, İcbari Tibbi Sığorta Fonduna 14,46 manat, dövlət büdcəsinə 8038,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 7491,67 manat, faizlər üzrə 546,92 manat) olmaqla, ümumilikdə 17220,82 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********356200, xx.xx.2024-cü il tarixli **********503700, xx.xx.2024-cü il tarixli ******************. 03.2024-cü il tarixli **********820700, xx.xx.2024cü il tarixli **********187400, xx.xx.2024-cü il tarixli **********737300 xx.xx.2024-cü il tarixli **********736600, xx.xx.2024-cü il tarixli **********819300, xx.xx.2024-cü il tarixli **********735900, xx.xx.2024-cü il tarixli **********806900, xx.xx.2024-cü il tarixli **********169300, xx.xx.2024-cü il tarixli **********112200, xx.xx.2024-cü il tarixli **********033200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********), "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********), "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********), "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********), verilmişdir. Hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxsdır. O, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Veravul kəndində doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) və hazırda Lənkəran rayonu, Veravul kəndində qeydiyyatdadır. Maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna borcu 30,62 manat, Dövlət Sosial Müdafiə Fonduna borcu 191,48 manat, İşsizlikdən sığorta fonduna borcu 7,67 manat, dövlət büdcəsinə borcu 273,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 245,37 manat, faizlər üzrə 27,89 manat), “ASLAN-T CORP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna borcu 29,36 manat, dövlət büdcəsinə borcu 8114,55 manat məbləğində (o cümlədən, vergilər üzrə 7356,8 manat, faizlər üzrə 757,75 manat), İşsizlikdən sığorta fonduna borcu 7,37 manat, Dövlət Sosial Müdafiə Fonduna 183,62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna borcu 11,3 manat, İcbari Tibbi Sığorta Fonduna borcu 37,18 manat, Dövlət Sosial Müdafiə Fonduna borcu 187,25 manat, dövlət büdcəsinə borcu 0 manat məbləğində (o cümlədən,) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna borcu 3,63 manat, Dövlət Sosial Müdafiə Fonduna borcu 90,48 manat, İcbari Tibbi Sığorta Fonduna borcu 14,46 manat, dövlət büdcəsinə borcu 8038,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 7491,67 manat, faizlər üzrə 546,92 manat) təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə ünvanlanmış, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan Maraqlı şəxs, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi və digər ödənişlər üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində vergi ödəyicisi tərəfindən borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Bununla da, vergi ödəyicisi "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi və digər ödənişlər üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna və Dövlət Sosial Müdafiə Fonduna "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi və digər ödənişlər üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxsnın ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3-cü maddəsinə əsasən mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) “ASLAN-T CORP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Veravul kəndində anadan olmuş və Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olan Maraqlı şəxsnın ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Abbasov İş № e-2-2(121)-2594/2024 Məhkəmə iclasının protokolu Şirvan Kommersiya Məhkəməsi hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Dəmirova Ziba Həsrət qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Maraqlı şəxs) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə 19 avqust 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxır. Məhkəmə iclası başlandı saat 15:05-də. Sədrlik edən məhkəmə iclasını açır, baxılan işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək, qərara alır: İşə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs iştirakları olmadan baxılsın. Sədrlik edən baxılacaq işi məruzə edərək bildirir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə baxır. Sədrlik edən iş materiallarında mövcud olan sənəd və sübutları elan edir. Sədrlik edən müşavirə otağına gedir. Məhkəmə iclası qurtardı saat 15:08-də. Protokol 19 avqust 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim Zaur Abbasov X1 İş № e-2-2(121)-2594/2024 19 avqust 2024-cü il Maraqlı şəxs Ünvan: Lənkəran rayonu, Veravul kəndi Şirvan Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, e-2-2(121)-2594/2024 saylı qətnaməsi məlumat Sizə göndərilir. Əlavə olaraq bildirilir ki, qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyat keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəssinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması və yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti Hakim Zaur Abbasov İş № e-2-2(121)-2594/2024 19 avqust 2024-cü il Ərizəçi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Ünvan: Bakı, Nizami rayonu, H.Əliyev pr-ti 181A Şirvan Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, e-2-2(121)-2594/2024 saylı qətnaməsi məlumat və icra olunması üçün Sizə göndərilir. Əlavə olaraq bildirilir ki, qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyat keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəssinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması və yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar