Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2609/2024 02.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı 6.809,58 manat borc və 88,09 manat dövlət rüsumu olmaqla, ümumillikdə 6.897,67 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli ZEO-50000004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcının sifarişi əsasında malları alıcıya satır. Alıcı isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan edilən alqı-satqı müqaviləsinə əsasən, cavabdehin sifarişləri üzrə ona aşağıdakı məbləğlərdə elektron-qaimələr üzrə mallar satılmışdır: 1. 551306 nömrəli, xx.xx.2022-ci il tarixli elekron qaiməyə əsasən 2000,1 manat; 2. 110351 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 196,51 manat; 3. 012775 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1044,44 manat; 4. 088039 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 675,02 manat; 5. 088041 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 655,51 manat; 6. 154911 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 404,75 manat; 7. 024968 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4000,01 manat. Beləliklə, cəmiyyət tərəfindən cavabdehə ümumilikdə 8976,25 manat dəyərində mal satılmışdır. Cəmiyyətin balansına aşağıdakı bank çıxarışlarına uyğun olaraq ödəniş həyata keçirilmişdir. 1. xx.xx.2022-ci il tarxli ödəniş tapşırığına əsasən 895,25 manat; 2. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1271,18 manat. Ümumilikdə 2166,67 manat ödəniş həyata keçirilmişdir. Beləliklə, tərəflər arasındakı alqı-satqı əməliyyatları üzrə cavabdehin cəmiyyətə 6.809,58 manat borcu qalmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2609/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barəsində kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçı “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 6.809,58 manat əsas borc, 680,95 manat dəbbə pulu və 88,09 manat dövlət rüsumu olmaqla, ümumillikdə 7.578,62 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 7.578,62 manat əsas borc və 7,69 manat dövlət rüsumu olmaqla, ümumillikdə 7.586,31 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təkrarən “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 6.809,58 manat əsas borc, 680,95 manat dəbbə pulu və 95,78 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında ZEO-2***- *******4 nömrəli, xx.xx.2022-ci il tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. İş materialında olan xx.xx.2022-ci il tarixli EBBW 551306 nömrəli; xx.xx.2022-ci il tarixli EBCA 110351 nömrəli; xx.xx.2022-ci il tarixli EBCC 088041 nömrəli; EBCC 088039 nömrəli və EBCC 012775 nömrəli; xx.xx.2022-ci il tarixli EBCC 154911 nömrəli; xx.xx.2022-ci il tarixli EBCİ 024968 nömrəli elektron qaimələrin surətlərindən görünür ki, Cavabdeh 8.976,25 manat məbləğində mallar satılmışdır. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin borcu 6.809,58 manat məbləğində təşkil edir. İş materialında olan xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilə qədər olan dövrü əhatə edən çıxarışdan görünür ki, Cavabdeh hesabat dövrünün axırına borcu 6.267,03 manat məbləğində borcu vardır. İş materialında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixli EBCİ 024968 nömrəli elektron qaimə göndərilmiş və iddiaçı tərəfindən qeyd edilən qaimələr əsasında mövcud borc tələb edilir, lakin iş materialında olan xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilə qədər olan dövrü əhatə edən çıxarışdan aydın olur ki, Cavabdeh hesabat dövrünün axırına borcu 6.267,03 manat məbləğində təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən göstərilən müqavilə üzrə 6.267,03 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə həmçinin iddianın 680,95 manat məbləğində dəbbə pulu borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 680,95 manat məbləğində deyil, 48 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 95,78 manat məbləğində dövlət rüsumunun 83,15 manatı (yəni, 6.315,03 manata münasibətdə) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 6.267,03 manat məbləğində əsas borc, 48 manat məbləğində dəbbə pulu, cəmi 6.315,03 manat məbləğində pul vəsaiti və 83,15 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2609/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2609/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver