Məhkəmə qərarları › İş №e-2-2(121)-2646/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2646/2025

18.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2646/2025 18.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna 4.734 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2025-ci il tarixə 4.734 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçi ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına ərizəçi tərəfindən təqdim edilən sənədlərdən görünür ki, vergi ödəyici olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 4.734 manat məbləğində borcu vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmənin məktubu ilə hazırkı iş üzrə ərizəçi olan vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmadığı ərizəçinin nəzərinə çatdırılmış və ərizəçidən iş üzrə zərurət yarandığından, maraqlı şəxs barədə vergi orqanı tərəfindən borcun ödənilməsi üçün görülən tədbirlər barədə, eləcə də vergi ödəyicisinin aktivlərinin müəyyən edilməsi üçün görülən tədbirlərin nəticəsi barədə qısa müddət ərzində məhkəməyə məlumat verməsi təklif olunmuş, lakin ərizəçi tərəfindən hər hanı bir məlumat məhkəməyə təqdim edilməmişdir. İşə əlavə edilən Maraqlı şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borcunu tam olaraq ödədiyini bildirmişdir. Həmin ərizəyə əlavə edilən mədaxil qəbzlərindən görünür ki, Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə cəmi 4752,32 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Maraqlı şəxs qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair 2024-cü ildə 3 iddia ərizəsi məhkəmənin icraatına daxil olmuş və 2-1(120)-2638/2024, 2-1(120)-2642/2024 və 2-1(120)-2659/2024 nömrələri ilə qeydiyyata alınmışdır. Qeyd olunan 2-1(1201-2838/2025 nömrəli (hakim Şahəli Musayev) inzibati iş üzrə iddia xx.xx.2024-cü il tarixli qərarla, 2-1(120)-2642/2024 nömrəli (hakim Amilya Hüseynova) inzibati iş üzrə iddia xx.xx.2024-cü i tarixli qərarla və 2- 1(120)-2659/2024 nömrəli (hakim Hilal Nəcəfov) inzibati iş üzrə iddia xx.xx.2024-cü il tarixli qərarla təmin edilmiş və həmin qərarlar qanuni qüvvəsini alaraq icra olunması üçün vergi orqanına göndərilmişdir. Qeyd edilən məktuba əlavə edilən sənədlərdən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(120)-2659/2024 nömrəli qərarına əsasən, iddia təmin edilərək, Maraqlı şəxs xx.xx.2023-cü il tarixinə Dövlət büdcəsinə ödənilməmiş 3405,28 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2023-cü il tarixli protokol əsasən 4000 manat məbləğində siyahıya alınmış əmlakı (Şirvan şəhəri M.Rəsulzadə yerləşən Tural Şadlıq evinə Sadıqov məxsus 1 ədəd Kustar Generator) vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması və əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Maraqlı şəxs qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(120)-2642/2024 nömrəli qərarına əsasən, iddia ərizəsi təmin edilərək, Maraqlı şəxs xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 212.79 manatborcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 400 manat məbləğində siyahıya alınmış (Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən "Tural" şadlıq evində fərqləndirici əlamətləri yerli istehsal 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd divan) əmlak vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması və əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Maraqlı şəxs qaytarılsı qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(120)-2638/2024 nömrəli qərarına əsasən, iddia ərizəsi təmin edilərək, Maraqlı şəxs xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 7371.28 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən 9500 manat məbləğində siyahıya alınmış əmlakı (1 ədədini qiyməti 600 manat olan Rusiya istehsalı transformator, 1 ədədinin qiyməti 700 manat olan 2 ədəd ”MEGA” markalı kondisioner, 1 ədədinin qiyməti 700 manat olan 3 ədəd “BEKO” markalı kondisioner) vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması və əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Maraqlı şəxs qaytarılması qərara alınmışdır. Göründüyü kimi, vergi ödəyicis(lər)i öhdəliy(klər)ini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiy(klər)indən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi - Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə müvafiq olaraq, on(ların)un (icra orqanının rəhbərinin) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Digər tərəfdən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə qeyd edir ki, maraqlı şəxsin vergi borcunun ödənilməsi üçün görülən tədbirlər qanuni olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Hazırda borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur və bu Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsində nəzərdə tutulsa da, maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olması və vergi orqanı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi barədə məhkəmənin təklifinə müsbət cavab verilməməsi, onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib deyil. Belə ki, gözlənilən nəticə maraqlı şəxsin dövlət büdcəsinə olan öhdəlikləri tam yerinə yetirilməsidir və bu nəticəyə vergi orqanının qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək hüquqlarından istifadə etməklə nail olmaq mümkündür. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 29-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Maraqlı şəxs qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair 2024-cü ildə 3 iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin qərarları ilə təmin edilmiş və həmin qərarlar qanuni qüvvəsini alaraq icra olunması üçün vergi orqanına göndərilmişdir. Digər tərəfdən, maraqlı şəxs borclarını tam şəkildə ödədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesba edir ki, ərizə əsassızdır. Buna görə də, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355-7-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin - Dövlət Sosial Müdafiə Fonduna 4.734 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar