Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-274/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.091 manat məbləğində əsas borcun və 50 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, həmçinin Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, 5.332 manat məbləğində əsas borcun və 30 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx" MMC ilə Cavabdeh arasında əldə olunmuş razılığa əsasən, dəyərini ödəmək şərtilə iddiaçı “xxxx" MMC-dən istehlak məhsulları qəbul edilmişdir. Lakin əvəzi olaraq, iddiaçıya etməli olduğu ödənişi gecikdirərək öhdəliklər lazımınca icra edilməmişdir. Buna görə də, cavabdehin iddiaçı "xxxx" MMC qarşısında 5.091 manat məbləğində debitor borcu yaranmışdır. Cavabdeh, saxlanılma müddəti və şəraiti ilə məhdud olan və qida məhsulları hesab edilən istehlak məhsullarını iddiaçıdan götürərək üçüncü şəxslərə satmış və bu barədə cavabdeh tərəfindən imzalanmış razılaşmada etiraf edilmişdir. Belə ki, mövcud borcun etirafı haqqında xx xxx 2020-ci il tarixli razılaşmaya əsasən, Cavabdeh etiraf edir ki, həqiqətən razılaşma bağlandığı tarixə İddiaçı MMC-dən götürüb sataraq əldə etdiyi istehlak məhsullarının dəyərindən 5.091 manat borcu qalmışdır. Həmçinin Cavabdeh xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə qeyd olunmuş 5.091(1839 kodu üzrə) manat məbləğində faktiki qalıq borcunu öz adınının qabağında şəxsən imza etməklə təsdiq etmişdir. Cavabdehin həmçinin təhvil-təslim aktına əsasən 1131 kodu üzrə də əlavə 241 manat borcu olmaqla, cəmi 5.332 manat borcu vardır. Tərəflərin qarşılıqlı münasibətlərinin olması nəzərə alınaraq, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürülmüşdür. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir. 009 saylı, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehə, sonuncu dəfə xəbərdarlıq edilməklə borcun tam məbləğinin iddiaçının heasabına 5 (beş) iş günü ərzində könüllü şəkildə ödəməsi təklif olunmuşdur. Lakin cavabdeh lazımi qaydada xəbərdar edilsə də, cavabdedh tərəfindən borc məbləği ödənilməmişdir. Nəhayət cavabdehə borcun ödənilməsi barədə 012 saylı, xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İddiaçı tərəfindən məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir. Bu səbəbdən borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi zərurəti yarandığından, hazırda iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, 5.332 manat borc məbləğini qəbul edir. Hal-hazırda müflis olduğu və işləmədiyi üçün borcunu ödəyə bilmir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddiaçının nümayəndəsinin iştirakı olmadan iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qətnamə qəbul olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 1839 saylı kod üzrə 5.091 manat və 1131 saylı kod üzrə 241 manat olmaqla, cəmi 5.332 manat məbləğində qalıq borcunun olduğunu qəbul edərək aktı imzalamışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli mövcud borcun etirafı haqqında razılaşmaya dair aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-dən götürüb sataraq əldə etdiyi istehlak məhsullarının dəyərindən 1839 saylı kod üzrə 5.091 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 007 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh (VÖEN: **********) “xxxx" MMC-yə (VÖEN: **********) 5.091 manat ödənilməmiş debitor borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 009 saylı xəbərdarlıq və xx.xx.2020-ci il tarixli, 012 saylı pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında imzalanmış xx xxx 2020-ci il tarixli mövcud borcun etirafı haqqında razılaşmaya dair akta əsasən Cavabdeh 5.091 manat məbləğində debitor borcunun olduğu cavabdehə bildirilmiş, həmin borcun 5 (beş) iş günü müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********75 saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddiaçıya 5.332 manat borcunun olduğunu qəbul edir, hazırda müflis olduğundan borcun hissə-hissə ödəyəcəyəni bildirmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, tərəflər arasında faktiki olaraq, şifahi qaydada istehlak mallarının nisyə alqı-satqısı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 5.332 manat dəyərində istehlak mallarını təqdim etmiş, cavabdeh tərəfindən isə həmin malların dəyəri ödənilməmişdir. İddiaçı tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktublarla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə təqdim edilərək, iddiaçıya 5.332 manat borcunun olduğunu qəbul etmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən və borc məbləği cavabdeh tərəfindən qəbul edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.332 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.362 (beş min üç yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.332 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.362 (beş min üç yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-274/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-274/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver