Məhkəmə qərarları › İş №e-2-2(121)-2770/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2770/2023

25.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2770/2023 25.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1127,81 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 132,97 manat, İşsizlikdən sığorta fonduna olan 195,74 manat, İcbari Tibbi Sığorta Fonduna olan 648,31 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 648,31 manat, dövlət büdcəsinə 1127,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 1015,51 manat, faizlər üzrə 72,3 manat, maliyyə sanksiyası üzrə 40 manat), İşsizlikdən sığorta fonduna 195,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 132,97 manat olmaqla, ümumilikdə 2104,83 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********794100, xx.xx.2023-cü il tarixli **********837600, xx.xx.2023-cü il tarixli **********288700, xx.xx.2023-cü il tarixli **********795800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, yaranmış borc məbləğinin 5 gün ərzində İcbari Tibbi Sığorta Fonduna, dövlət büdcəsinə, İşsizlikdən Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxsdur. İşdə olan məhkəmənin elektron poçtuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, məhkəmə bildirişində qeyd olunan borclar müvafiq kodlar üzrə ümumilikdə 2.104,93 manat ödənilmişdir. Bununla əlaqədar olaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 684,31 manat, DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 195,74 manat, DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 132,97 manat və Milli Gəlirlər Baş İdarəsinə 1.127,81 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi - Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 5.1-ci maddəsinə müvafiq olaraq, onun (icra orqanının rəhbərinin) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin maraqlı şəxs borclarını ödədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. İşin hallarından görünür ki, məhkəməyə ərizə verilməsi üçün əsas 08 dekabr 2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 648,31 manat, dövlət büdcəsinə 1127,81 manat, İşsizlikdən sığorta fonduna 195,74 manat və Dövlət Sosial Müdafiə Fonduna 132,97 manat borc məbləği olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, vergi ödəyicisi ərizə ilə məhkəməyə müraciət etmək üçün əsas olmuş vergi öhdəliklərini yerinə yetirimişdir. Buna görə də məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, qeyd olunan xüsusat ərizənin rədd edilməsi üçün əsasdır və ərizəçinin xahişi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 358-360 və 326-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar