Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-28/2020 20.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı malın təhvil alınması və pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.492 ədəd keyfiyyətə cavab verməyən malın Cavabdeh tərəfindən geri təhvil alınması və bu mala görə ödənilmiş 7.476 manat pul məbləğinin geri qaytarılması, 6.783 manat həcmində müqavilə üzrə ödənilmiş məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi, cərimə məbləği olaraq 2.851 manatın ödənilməsi, əsassız varlanmaya görə 1.176 manatın ödənilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 18.316 manat həcmində pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında malların alqı-satqısına dair xx xxxxxx 2019-cu il tarixli, T-051/19 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC alıcı, cavabdeh fərdi sahibkar Cavabdeh isə alıcı qismində çıxış etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin qiymət razılaşma protokoluna əsasən malların dəyəri 30.000 manat təşkil etmişdir və razılaşdırılmışdır ki, malların 50% avans qaydada, 50% isə mallar təhvil verildikdən sonra alıcıdan satıcıya bank hesabı vasitəsilə köçürüləcək. Tərəflər arasında bağlanmış T-051/19 saylı müqaviləyə əsasən satıcı alıcıya üzərində “METAK MMC reklam deyil” yazısı olan uniformalar təqdim etməli idi. Həmin uniformalar üçün istifadə olunacaq parçanın növü isə tərəflər arasında razılaşdırılmışdır. Belə ki, satıcı alıcıya parça nümunələri təqdim etmişdir və həmin nümunələrdən biri alıcı tərəfindən seçilmişdir və mallar satıcı tərəfindən tikilməyə başlamışdır. xx xxx 2019-cu il tarixli, 014831 saylı qaimə-fakturaya əsasən 247 ədəd göy rəngdə olan uniformalar İddiaçı MMC-yə təhvil verilmişdir. Həmin uniformaların dəyəri isə 741 manat təşkil etmişdir. Həmin mallar satıcı tərəfindən təqdim edilmiş nümunəyə uyğun idi və keyfiyyətində də hər hansı problem yaşanmamışdır. Lakin sonradan xx xxxx 2019-cu il tarixli, 014840 saylı qaimə fakturaya əsasən 540 ədəd, xx xxxx 2019-cu il tarixli, 014841 saylı qaimə-fakturaya əsasən 1173 ədəd, xx xxxx 2019-cu il tarixli 014843 saylı qaimə-fakturaya əsasən 779 ədəd mallar İddiaçı MMCyə təhvil verilmişdir. Həmin malların dəyəri isə 7.476 manat təşkil edir. Halbuki, həmin malların keyfiyyəti əvvəlcədən razılaşdırılan keyfiyyətdə deyildi və nəzərə almaq lazımdır ki, sonradan 3 hissədə göndərilmiş həmin mallar birinci hissədə göndərilən mallarla eyni keyfiyyətli deyildi və tamamilə keyfiyyətsiz bir parçadan tikilmişdir. Buna görə də həmin uniformadan istifadə etmək mümkün deyil. Hər iki nümunəni müqayisə etdikləri zaman açıq-aşkar onlar arasında fərq görünür. Həmçinin, həmin mallar bir dəfə istifadədən sonra yararsız vəziyyətə düşür. T- 051 saylı, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən satıcı təqdim etdiyi malın keyfiyyətinə görə bu müqavilə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 6.2-ci bəndinə əsasən, alıcı tələb etdiyi təqdirdə, alqı-satqını keçirməmişdən əvvəl və malı qəbul etməmişdən əvvəl, malın keyfiyyətinin yoxlanılması məqsədilə nümunələr götürə bilər və həmin nümunələri özünün müəyyən etdiyi laboratoriyalar və ya müvafiq ixtisaslaşdırılmış müəssisələrdə yoxlada bilər. Tərəflər arasında T-051/19 saylı, xx xxxxxx 2019-cu il tarixində müqavilə və buna uyğun olaraq malların çeşidi, miqdarı və s. barədə məlumatları özündə əks etdirən xx xxxxx 2019-cu il tarixli protokol imzalanmışdır. Nəzərə alınmalıdır ki, həmin uniformalar yay fəslində işçilərin geyinməsi üçün nəzərdə tutulmuşdur və mallar da 24 aprel tarixindən sifariş verilmişdir. Halbuki, mallar 3 ay keçsə də, tam şəkildə təhvil verilməmişdir. Təhvil verilmiş mallardan isə sadəcə 741 ədədi, yəni ilk göndərilən mallar keyfiyyətə uyğundur və vaxtında da təhvil verilmişdir. Digər mallar isə istifadəyə tam yararsızdır. Beləliklə, malların tərəflər arasında razılaşdırılmış müddət ərzində təhvil verilməməsi alıcının həmin mallara olan marağını itirməsinə səbəb olmuşdur, belə ki, yay fəsli üçün nəzərdə tutulmuş mallar yay fəslində istifadə edilə bilməmişdir. Çünki satıcı malları ağlabatan müddət ərzində təhvil verməmişdir. xx xxxx 2019-cu ildə Cavabdeh 258 saylı pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunda da bildirilmişdir ki, x xxx 2019-cu il tarixində 50%, yəni 15.000 ödəniş edilmişdir və mallar da 25 gün ərzində təhvil verilməlidir, bu isə x xxxx 2019-cu il tarixində malların təhvil verilməli olduğu anlamına gəlir. Lakin Cavabdeh həmin pretenziya məktubunu xx xxxx 2019-cu il tarixində qəbul etsə də, həmin məktuba heç bir cavab verməmişdir və öz öhdəliklərinin icrası ilə bağlı heç bir addım atmamışdır. Pretenziya məktubu qarşı tərəfə göndərilməmişdən öncə, cavabdehlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmağa çalışılsa da, bunun heç bir nəticəsi olmamışdır və onun ofisinə də dəfələrlə İddiaçı MMC-nin əməkdaşları getsə də, cavabdeh orda olmamışdır və anlaşılmazlığın aradan qaldırılması da mümkün olmamışdır. xx xxxx 2019-cu il tarixində 263 saylı məktubla Cavabdeh uniformaların keyfiyyətsizliyi və nümunəyə uyğun gəlməməsi bildirilmişdir. Eyni zamanda, cavabdehdən malları geri təhvil alması və borcunun ödəməsi bildirilsə də, Cavabdeh mübahisənin aradan qaldırılmasında heç bir addım atmamışdır. xx xxxxxx 2019-cu il tarixində Cavabdeh pretenziya məktubu yazmışdır, lakin ona cavab olaraq yazılmış 331 saylı xx xxxxxx 2019-cu il tarixli məktubda da cavabdehə malların keyfiyyətsiz olması və müştərilərə təqdim edilə bilməməsinin səbəb və mahiyyəti ətraflı olaraq izah edilmişdir. Buna baxmayaraq, nə borc məbləği geri qaytarılmışdır, nə də ki mallar geri təhvil alınmışdır. Satıcının malları ağlabatan müddət ərzində təhvil verməməsi nəticəsində həmin mallar müştərilərə təqdim edilə bilməmişdir. İddiaçı MMC-nin marketinq şöbəsi tərəfindən hər il yay fəslində müştərilərə uniformalar paylanılır. Bunun həyata keçirilməsində əsas məqsəd İddiaçı MMC-nin bazarda nüfuzunu yüksəltmək və onun reklamını həyata keçirməkdir. Həmin uniformaların paylanmasını həm İddiaçı MMC-nin məhsullarının daha çox satılmasına səbəb olur, həmçinin, müştərilərdə İddiaçı MMC barəsində xoş təəssürat yaranır. Beləliklə də, həmin uniformalar müştəri-satıcı arasında münasibətlərin inkişafına səbəb olur. Məhz bu səbəbdən də, həmin uniformaların vaxtında və keyfiyyət tələblərinə uyğun şəkildə təhvil verilməsi əhəmiyyətlidir. Lakin həmin mallar aprel ayından sifariş olunsa da, satıcı tərəfindən sifarişlər iyun ayında təhvil verilməmişdir. Bu da bazarda 10.000 nəfər müştərini itirmək deməkdir. Çünki həmin uniformalar İddiaçı MMC tərəfindən təqdim oluna bilmədiyi üçün bazarda İddiaçı MMCnin rəqibi olan şirkətlər öz uniformalarını təqdim etmişdirlər. Satıcının malları yay fəsli ərzində təhvil verməməsi nəticəsində İddiaçı MMC həmin uniformalardan yenidən sifariş vermişdir, buna görə əlavə xərc çəkməli olmuşdur. İddiaçı MMC həmin uniformaları yay fəslində təqdim edə bilməməsi səbəbindən həmin uniformalardan yenidən sifariş vermişdir. Lakn bu uniformalar qış fəslində təqdim ediləcəyi üçün həmin uniformalara 4 qat xərclər çəkilir. Belə ki, qış fəslində geyimlər uzun qollu və daha qalın parçadan hazırlandığı üçün məntiqi olaraq, xərci də daha çox olur. Üstəlik İddiaçı MMC tərəfindən sifariş edilmiş və heç bir istifadəyə yaramayan malları təhvil almaqla, həm 14.259 manat həcmində ziyana uğramaqla yanaşı, həmçinin, “xxxx” MMC ilə bağladığı xx xxxxxxxx 2018-ci il tarixli, 009 saylı müqaviləyə 3 saylı əlavə razılaşma çərçivəsində 57.570 manat həcmində əlavə xərc çəkməli olmuşdur. Yeni sifariş olunan malların qiyməti də baha olduğundan həmin mallardan 10.000 ədəd sifariş verə biləcəkləri halda, məcburən 5.050 ədəd sifariş etmişdirlər. Bu da bazarda 4.950 müştərini itirmək deməkdir. T-051/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin 8.5-ci maddəsinə əsasən malın alıcıya təhvil verilməsinin və ya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya gecikdirilən hər təqvim günü üçün təhvil verilməmiş malın ümumi dəyərinin 0,1%-i miqdarında cərimə ödəməlidir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Tərəflərindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Həmçinin İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, T-051/19 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında malların satışı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (Cavabdeh) alıcıya (İddiaçı MMC) onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə bunun müqabilində bu müqavilə üzrə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malı qəbul etməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış protokoldan görünür ki, tərəflər yəni, İddiaçı MMC ilə Cavabdeh bel və sinə hissəində İddiaçı loqosu olan göy rəngdə “M” ölçülü qısaqol maykanın 1 ədədinin qiymətinin 3 manat olmaqla 3.000 ədəd 9.000 manat dəyərində, “L” ölçülü qısaqol maykanın 1 ədədinin qiymətinin 3 manat olmaqla 5.000 ədəd 15.000 manat dəyərində, “XL” ölçülü qısaqol maykanın 1 ədədinin 3 manat olmaqla 2.000 ədəd 6.000 manat dəyərində, ümumilikdə “M”, “L” və “XL” ölçülü maykaları üçün ödənilməli olan məbləğin 30.000 manat təşkil etməsini və satıcı və alıcının arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən ümumi ödəniləcək 30.000 manat pulun 50 %-ni yəni 15.000 manat alıcıdan satıcıya bank vasitəsi ilə ödəniləcəyi barədə razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli razılaşma protokolundan görünür ki, tərəflər “M” ölçülü qısaqol maykanın 1 ədədinin qiymətinin 3 manat olmaqla 3.000 ədəd 9.000 manat dəyərində, “L” ölçülü qısaqol maykanın 1 ədədinin qiymətinin 3 manat olmaqla 5.000 ədəd 15.000 manat dəyərində, “XL” ölçülü qısaqol maykanın 1 ədədinin 3 manat olmaqla 2.000 ədəd 6.000 manat dəyərində, ümumilikdə “M”, “L” və “XL” ölçülü maykaları üçün ödənilməli olan məbləğin 30.000 manat təşkil etməsini və satıcı və alıcının arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən ümumi ödəniləcək 30.000 manat pulun 50 %-ni yəni 15.000 manat alıcıdan satıcıya bank vasitəsi ilə ödəniləcəyi və 10.000 ədəd maykanın satıcıdan (X1) alıcıya (İddiaçı MMC) 25 gün ərzində təhvil verməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx xxx 2019-cu il tarixli, 014831 saylı qaimə-fakturadan görünür ki, xx xxx 2019-cu il tarixdə vahidinin qiyməti 3 manat təşkil edən 247 ədəd, 741 manat dəyərində göy mayka (futbolka) Cavabdeh (Uğur Uniforma) tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir (iddiaçı yalnız məhz bu qaimə-faktura əsasında təhvil verilmiş 247 ədəd 741 manat dəyərində göy maykaları (futbolka) qəbul edir, bu qaimə və qaimə əsasında təhvil verilmiş uniformalar mübahisə predmeti deyildir). İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 014840 saylı qaimə-fakturadan görünür ki, xx xxxx 2019-cu il tarixdə vahidinin qiyməti 3 manat təşkil edən 540 ədəd (vahidinin qiyməti 3 manat), 1.620 manat dəyərində göy mayka (futbolka) Cavabdeh (Uğur Uniforma) tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 014841 saylı qaimə-fakturadan görünür ki, xx xxxx 2019-cu il tarixdə 1.173 ədəd göy köynək (futbolka) Cavabdeh (Uğur Uniforma) tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 014843 saylı qaimə-fakturadan görünür ki, xx xxxx 2019-cu il tarixdə 779 ədəd göy köynək (futbolka) Cavabdeh (Uğur Uniforma) tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 258 saylı məktubda qeyd olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, T-051/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx xxxxx 2019cu il tarixli, 1 saylı Əlavədə mallar üçün müəyyən edilmiş qiymət 30.000 manat və ödəmə şərti olaraq 50% avans qaydada müəyyən edilmişdir. Malların təhvil verilmə müddəti isə 25 gün olaraq qeyd olunmuşdur. Həmin alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 15.000 manat avans qaydada ödəniş həyata keçirmişdir və bununla da öz öhdəliyini icra etmişdir. Lakin ödəniş öhdəliyi xx xxx 2019-cu il tarixdə həyata keçirilsə də, mallar hələ də təhvil verilməmişdir. Belə ki, mallar xx xxxx 2019-cu il tarixdə təhvil verilməli idi. Cavabdeh müqavilə öhdəliklərinin qarşılıqlı icrasının təmin edilməsi üçün ən qısa zaman ərzində borcunu ödəməyi tələb olunmuş, müqavilə üzrə borc öhdəliyini 10 təqvim günü ərzində yerinə yetirmədiyi təqdirdə, tərəflərindən müvafiq məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 263 saylı məktubda qeyd olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, T-051/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx xxxxx 2019cu il tarixli, 1 saylı Əlavədə mallar üçün müəyyən edilmiş qiymət 30.000 manat və ödəmə şərti olaraq 50% avans qaydada müəyyən edilmişdir. Malların təhvil verilmə müddəti isə 25 gün olaraq razılaşdırılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 15.000 manat məbləğində pul vəsaiti xx xxx 2019-cu il tarixdə avans qaydada ödəniş həyata keçirmişdir və bununla da öz öhdəliyini icra etmişdir. Həmçinin bidirilmişdir ki, xx xxxx 2019-cu il tarixli, 014840 saylı qaimə-fakturaya əsasən, 540 ədəd təhvil verilmiş mallar keyfiyyətə və qarşılıqlı şəkildə razılaşdıqları nümunəyə uyğun deyildir, tikilişlərində qüsurlar mövcuddur, həmçinin ölçülər də standartlara uyğun deyil. Daha öncə təhvil verilmiş mallarla müqayisə aparan zaman görmüşdürlər ki, mallar razılaşdırdıqları parçadan tikilməyib, hansı ki, nümunə əsasında sizə bildirilmişdir. Bununla yanaşı mallar vaxtında təhvil verilməmişdir. Belə ki, həmin mallar 25 aprel tarixindən sifariş olunmuşdur və 25 gün ərzində təhvil verilməli olsa da, hələ də təhvil verilməmişdir. Buna görə də Cavabdeh malları geri təhvil alması və həmin mallar üçün ödənilmiş 14.259 manat pulun geri ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2019cu il tarixli, 331 saylı məktubda qeyd olunur ki, xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubu aiddiyyəti şöbədə araşdırılmışdır. Pretenziya məktubunda qeyd olunan gömrük bəyannamələri və hesab-fakturalar məktuba qoşma şəklində əlavə edilmədiyi üçün hər hansı eyniləşdirmə aparılması mümkün deyildir. Hər bir halda, hər hansı gömrük bəyannaməsi və yaxud da hesab-faktura təqdim etməyiniz sifariş edilmiş malların, həmin parçalardan tikildiyinə əsas vermir, tikiliş zamanı fərqli parçalardan istifadə edilə bilər. Sifariş edilmiş malların hansı parçalardan tikildiyini müəyyən etməyin yeganə və ağlabatan yolu vizual qaydada həmin malları müqayisə etməkdir. Üstəlik, həmin köynəklərin rəngində də fərqliliklər vardır. Bununla da, ilk 247 ədəd mal ilə digər mallar arasında hər hansı fərqin olub-olmadığını müəyyənləşdirmək mümkündür. Digər bir tərəfdən, Cavabdeh ünvanına İddiaçı MMC tərəfindən 258 saylı, xx.xx.2019-cu il tarixli və 263 saylı, xx.xx.2019-cu il tarixli pretenziya məktubları göndərilmiş, malların geri təhvil alınması xahiş olunmuşdur. Çünki həmin qüsurlar aradan qaldırıla bilən qüsurlar deyildir. Hətta İddiaçı MMC-nin əməkdaşları mallar sifariş olunmamışdan əvvəl göstərildiyi və tikilişlərin aparılacağını iddia edildiyi sexlə tanış olmuşdurlar. Sifarişlərin təhvil verilməsində gecikmələr baş verdiyi üçün əməkdaşları onun tikiş sexinə dəfələrlə yaxınlaşmış, lakin həmin sexdə İddiaçı MMC-nin sifariş etdiyi malların nə tikilişləri getmişdir, nə də onu tapmaq mümkün olmurdu. Həmçinin, mobil telefonu vasitəsilə onunla əlaqə saxlanılsa da, zənglərə cavab verilməmişdir. Bunun nəticəsidir ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət edilmişdir. İlk göndərilən xx xxx 2019-c il tarixli, 014831 saylı qaimə-faktaraya əsasən 247 ədəd göy rəngdə olan 741 manat məbləği əhatə edən mal keyfiyyətə uyğun olduğu və vaxtında təhvil verildiyi üçün həmin hissədə hər-hansı pretenziyaları mövcud deyil. Bu da onun göstəricisidir ki, sifariş edilmiş mallar keyfiyyətə uyğun olsaydı və vaxtında təhvil verilsəydi, hər hansı mübahisə predmeti də mövcud olmayacaqdı. Malların keyfiyyətə uyğun olmaması halı ilə yanaşı, malların gec təhvil verilməsi də, həmin köynəklərin təyinatına və məqsədinə uyğun istifadəsinin qarşısını almışdır. Nəzərə alınmalıdır ki, həmin malların müştərilərə reklam məqsədilə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən hər il iyun ayında mallar müştərilərə təqdim edilir, lakin bu il təqdim edilə bilməmişdir, bu da birbaşa olaraq onun işgüzar nüfuzuna təsir göstərmişdir və mallar təhvil verilə bilmədiyi üçün qış fəslində yeni köynəklərin təhvil verilməsi nəzərdə tutulub, qış fəslində də mallara dörd qat xərclər çəkilir. İddiaçı MMC ona sifariş edilmiş və heç bir istifadəyə yaramayan malları təhvil almaqla, həm 14.259 manat həcmində ziyana uğramaqla yanaşı, həmçinin yeni uzunqollu köynəklərin sifarişinə əlavə olaraq 57.570 manat həcmində xərc çəkmişdir. Bununla da, İddiaçı MMC-nin həm işgüzar nüfuzuna ziyan vurulmuşdur, həm də xərclərinin dört qat artmasına səbəb olmuşdur. Mallar vaxtında təhvil verilməmiş, mallar sifariş olunmuş nümunəyə uyğun deyil və malların parçası keyfiyyətsizdir, tikilişlərində qüsurlar mövcuddur, həmçinin ölçülər də standartlara uyğun deyil və ilk hissədə göndərilən mallarla digər göndərilən malları açıq-aşkar müqayisə edildiyi zaman fərqlilikləri görmək mümkündür. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli pretenziyada qeyd olunur ki, İddiaçı MMC ilə “Uğur Uniforma” arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, T-051/19 saylı alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 30.000 manat olmaqla ,1 ədədi 3 manatdan hesablanmış (xx.xx.2019-cu il tarixli razılaşma protokoluna əsasən) 10.000 ədəd qısaqol mayka tikilərək İddiaçı MMC-yə təhvil verilməlidir. Müqavilənin müddəti xx xxxxxx 2019-cu il tarixinədək bağlanmışdır. Müqavilə üzrə o üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Hal-hazırda əldə olan qaimələrə əsasən 2.739 ədəd qısaqol mayka tərəflərindən İddiaçı MMC-yə təhvil verilmiş, 7.261 ədəd isə sexdə tikilərək hazır vəziyyətdə qablaşdırılaraq saxlanılır. xx.xx.2019-cu il tarixli razılaşma protokoluna əsasən 15.000 manat İddiaçı MMC tərəfindən pul ödənilməsinə baxmayaraq o müqavilədə və protokolda nəzərdə tutlan dəyərində qısaqol maykanın hamısını özü şəxsən Türkiyə Respublikasına gedərək “YUTEKS” parça sənayesi şirkətindən xx.xx.2019-cu il tarixdə 538,05 kq, xx.xx.2019-cu il tarixdə 490,05 kq tərkibi pambıq qumaş olan keyfiyyətli parça alıb gətirərək xx.xx.2019-cu il tarixə kimi bütün sifarişi tam tikib hazırlamışdır. Lakin İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə qalıq 15.000 manat pulu ödəmir, tikdiyi 7.261 ədəd qısaqol maykadan ibarət malları götürməmişdir. Dəfələrlə İddiaçı MMC-nin işçisi Pərviz müəllim ilə telefonla və üz-üzə əlaqə saxlayaraq gəlib malları təhvil götürməsini xahiş etsə də, bu günə qədər mal ondan təhvil alınmamışdır. Danışıqların faydasız olduğunu görüb rəsmi qaydada xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərmişdir. Lakin yenə də sifariş verilmiş malların dəyərini ödəməyərək İddiaçı MMC ondan təhvil götürməmişdir. xx.xx.2019-cu il tarixli razılaşma protokoluna əsasən 15.000 manat dəyərində mal təhvil verilməli idi. Müqavilənin müddəti xx xxxxxx 2019-cu il tarixinədək bağlanmasına baxmayaraq, müştəri məmnunluğu olması məqsədi ilə tərəflərindən riskə gedərək borc pul alıb öhdəliyini yüksək keyfiyyətlə tam yerinə yetirmişdir. Hal-hazırda İddiaçı MMC-nin xahişi ilə onlara göndərdiyi 241 ədəd maykanın tikilməsi üçün Binə Ticarət mərkəzində “Ucuzluq Tekstil” geyim və uniforma parçalarının topdan satışı ilə məşğul olan əlaqə telefonu 050 *** ** ** saylı mobil telefonu olan Rafiq adlı şəxsə həmin maykaların tikilməsi məqsədi ilə aldığı parçaya görə 1.200 manat və işçilərin əmək haqqında isə 3.000 manat borcu qalmışdır. İddiaçı MMC müqavilə üzrə qalıq 15.000 manat borcunu müxtəlif bəhanələr gətirməklə ödəməkdən yayınır. Lakin aralarındakı hüquq münasibətlərini tənzimləyən müqavilə var və hər bir tərəf həmin müqavilənin şərtlərində nəzərdə tutlan öhdəliklərini yerinə yetirməlidir. Əks təqdirdə məhkəmə müdafiəsindən istifadə edilir. İddiaçı MMC-nin onunla müqaviləsini pozmadan və ona verdiyi sifarişdən rəsmi imtina etmədiyi üçün onun müqavilə üzrə sifariş verdiyi malları o tikib qurtardıqdan sonra bəhanələr ilə qəbul etməkdən imtina etməsi qanunsuz və əsassızdır. Bundan başqa razılaşma protokolunda İddiaçı loqosu yazılan 3.000 ədəd M ölçülü, 5.000 ədəd L ölçülü, 2 000 ədəd XL ölçülü göy rəngli qısaqol mayka sifariş verdiyi üçün onun maykalarının açıq göy rəngdə və ya tünd göy rəngdə olmasını bəhanə gətirərək malı qəbul etməkdən imtina etməsi də əsassızdır. Türkiyə Respublikasının “YUTEKS” tekstil fabrikindən alıb gətirərək İddiaçı MMC-nin sifarişi əsasında tikilmiş maykalar İddiaçı MMC-nin loqosu ilə rəngləndiyindən o maykaları bazarda heç kimə təklif edə bilmir. 7.261 ədəd mayka 3 manatdan 21.783 manat pul edir. Malın keyfiyyətinin labaratoriyada yoxlanılması barədə İddiaçı MMC-yə dəfələrlə müraciət etsə də, malı heç bir labaratoriyada yoxlamağa aparmamışdırlar. Qeyd olunanlara əsasən müqaviləyə uyğun ödənilməmiş qalıq 15.000 manat pulu ona ödəməyi və müqavilə üzrə 7.261 ədəd tikilmiş hazır qısaqol maykaların ondan təhvil alınaraq götürülməsini Cavabdeh İddiaçı MMC-dən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraz mülahizədə qeyd olunur ki, İddiaçı MMC ona qarşı 2.492 ədəd keyfiyyətə cavab verməyən malın geri alınması və bu mala görə ödənilmiş 7.476 manat məbləğin geri qaytarılması, müqavilə üzrə ödənilmiş 6.783 manat borc məbləğinin, 2.851 manat cərimənin, əsassız varlanmaya görə 1.176 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 18.136 manat pul məbləğinin ondan alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında malların alqı-satqısına dair xx xxxxxx 2019-cu il tarixli, T-051/19 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı MMC alıcı, cavabdeh fərdi sahibkar olan o, yəni Cavabdeh isə satıcı qismində çıxış etmişdir. Tərəflər arasında bağlanan müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokoluna əsasən, ümumi sifarişin dəyəri 30.000 manat olmuşdur. İddiaçı həmin malın ümumi dəyərinin 50 faizini yəni 15.000 manatını avans olaraq, yerdə qalan 50 faizini isə mallar təhvil veriləndə bank hesabı vasitəsi ilə köçürülməsi nəzərdə tutulmuşdur. Cavabdeh alıcı İddiaçı MMC-yə guya keyfiyyətə uyğun olmayan mal verməklə bərabər, onların telefonlarına da cavab verməmişdir və müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Halbuki, müqavildə də elə bir bənd yoxdur ki, o onların telefon zənglərinə cavab verməlidir və alıcı da bundan istifadə edərək onunla aralarında olan müqavilədən imtina edə. Bunlar hamısı yalandır və İddiaçı MMC-nin növbəti hiyləsinin bir planıdır. O Türkiyəyə parça gətirməyə gedəndə ola bilsin ki, telefonu bağlı olub və onu bəhanə edirlər. İddiaçı MMCdən sifarişi qəbul edəndən sonra oranın işçisi Pərviz adında bir nəfər ona zəng vuraraq təcili olaraq pul köçürülənə kimi hara isə mal göndərirlər deyə 241 ədəd İddiaçı MMC-nin loqosu yazılan mayka tikib göndərməyini xahiş etmişdir. O da, alıcı məmnun qalsın deyə İddiaçı MMC-nin xahişi ilə Binə Ticarət mərkəzində “Ucuzluq Tekstil” geyim və uniforma parçalarının topdan satışı ilə məşğul olan əlaqə telefonu 050 *** ** ** saylı mobil telefonu olan Rafiq adlı şəxsdən dəyəri 1.200 manat olan parça alaraq 241 ədəd maykanı tikib hazır edib xx xxx 2019cu il tarixdə tam təhvil vermişdir. Onlar həmin qısaqol maykanın tikilişindən və əl işindən razı qalaraq növbəti təhvil verməyi üçün onu tələsdirməyə başlamışdırlar. O da, yenidən bazardan parça sifariş vermişdir. Mal gəlib ona çatandan sonra malın yəni sifariş verdiyi parçanın kefiyyətsiz olduğunu görüb nümunə kimi aparıb özlərinə də göstərmiş və onların növbəti sifarişlərini daha da keyfiyyətli məhsuldan istehsal etmək niyyəti ilə, Türkiyə istehsalı olan parçadan tikmək istidiyini bildirmişdir. Çünki hal-hazırda bazarda olan mal Çin istehsalı parçalar idi deyə keyfiyyət baxımından o parçadan istifadə etməyəcəyini Pərviz müəllimə bildirmişdir. Pərviz müəllim də dəfələrlə onun sexinə gələrək onun işlədiyi sexin iş rejimi ilə tanış olaraq razı qalıb getmişdir. O əvvəl elə bilirmiş ki, Pərviz müəllim işin keyfiyyəti ilə maraqlanırmış. İndi isə başa düşür ki, Pərviz müəllim işin keyfiyyəti maraqlı deyilmiş. Əksinə bir bəhanə tapıb müqavilənin şərtlərini pozaraq ona qarşı İddiaçı MMC-nin adından iddia qaldırmağa çalışırmış və əlavə qazanc əldə etmək istəyirlərmiş. Aralarındakı razılaşma protokoluna əsasən İddiaçı MMC ona 15.000 manat pulu 25 aprel tarixində ödəməli idi. Lakin o həmin 15.000 manat pulu müqavilədə nəzərdə tutulan müddətdən 15 gün gec olaraq xx xxx 2019-cu il tarixdə almışdır. Bu da onu təsdiq edir ki, müqavilənin şərtini ilk dəfə alıcı özü pozmuşdur. Bundan başqa qeyd edir ki, müqavilə xx xxxxxx 2019-cu il tarixədək qüvvədədir. Lakin buna baxmayaraq o alıcı məmnunluğu üçün keyfiyyətli mal təhvil versin deyə əlavə xərcləri də özü borc alaraq xərcləməklə gedib Türkiyədən parça alıb gətirib alıcının sifarişini 2019-cu ilin iyul ayının əvvəli artıq tam yerinə yetirmişdir. İddiaçı MMC bu olanların hamısından xəbərdar idilər. Sadəcə o onlara rəsmi məktubla bildirməmişdir ki, o gedib İddiaçı MMC-nin özündə üz-üzrə danışıb getmişdir. İddiaçı MMC ilə “Uğur Uniforma” arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, T-051/19 saylı alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 30.000 manat olmaqla 1 ədədi 3 manatdan hesablanmış (xx.xx.2019-cu il tarixli razılaşma protokoluna əsasən) 10.000 ədəd qısaqol mayka tikilərək İddiaçı MMC yə təhvil verilməlidir. Müqavilənin müddəti xx xxxxxx 2019-cu il tarixinədək bağlanmışdır. Həmin müqavilə üzrə o üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdır. Hal-hazırda əldə olan qaimələrə əsasən 2.739 ədəd qısaqol mayka tərəflərindən İddiaçı MMC-yə təhvil verilmiş, 7.261 ədəd isə sexdə tikilərək hazır vəziyyətdə qablaşdırılaraq saxlanılır. xx.xx.2019-cu il tarixli razılaşma protokoluna əsasən, İddiaçı MMC tərəfindən 15.000 manat pul ödənilməsinə baxmayaraq, o müqavilədə və protokolda nəzərdə tutulan 30.000 manat dəyərində qısaqol maykanların hamısını özü şəxsən Türkiyyə Respublikasına gedərək “YUTEKS" parça sənayesi şirkətindən xx.xx.2019-cu il tarixdə 538,05 kq, xx.xx.2019-cu il tarixdə 490,05 kq tərkibi pambıq qumaş olan keyfiyyətli parça alıb gətirərək xx.xx.2019-cu il tarixə kimi bütün sifarişi tam tikib hazırlamışdır. Lakin İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə qalıq 15.000 manat pulu ödəmir, tikilmiş 7.261 ədəd qısaqol maykadan ibarət malları götürməmişdir. Dəfələrlə İddiaçı MMC-nin işçisi Pərviz müəllim ilə telefonla və üz-üzə əlaqə saxlayaraq gəlib malları götürməsini xahiş etsə də, bu günə qədər mal ondan təhvil alınmamışdır. Danışıqlarının faydasız olduğunu görüb rəsmi qaydada xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərmişdir. Lakin yenə də sifariş verilmiş malların dəyərini ödəməyərək İddiaçı MMC ondan təhvil götürməmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğu üçün iddianın rədd olunması barədə qətnamə qəbul olunmalıdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh “xxxx” ASC-də olan hesabına 15.000 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmənin xx xxxx 2020-ci il tarixdə keçirilən iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-də işləyir, Cavabdeh tərəfindən təqdim olunmuş köynəklər anbara təhvil verilmişdir. Köynəklər anbara təqdim olunduqdan sonra qısa müddət ərzində onlar ofisə məlumat vermişdirlər və köynəklərlə tanış olmaq üçün gəlməli olduqlarını bildirmişdirlər. Baş ofisdən işçilər gəlmişdirlər və təqdim olunmuş köynəklərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqdim olunmuş köynəklər keyfiyyətsizdir. Bundan sonra onlar Cavabdeh ilə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsalar da bir nəticəyə nail ola bilməmişdirlər. Daha sonra onlar Cavabdeh fəaliyyət göstərdiyi yerə bir neçə dəfə getmişdirlər, lakin onu tapa bilməmişdirlər. Ona görə də onlar müəssisələrinin hüquq idarəsinə müraciət etmişdirlər və onlar tərəfindən Cavabdeh pretenziya məktubu göndərilmişdir. Hazırda isə eyni tələblə məhkəməyə müraciət edilmişdir. Ona göstərilən 1-cü nümunə, yəni rəngi daha tünd olan köynəylə bağlı Cavabdeh ilə razılığa gəlmişdirlər. Müəssisənin anbarına təqdim olunan köynəklərə baxış keçirilən zaman, 1-ci dəfə təqdim olunmuş köynəklər istisna olmaqla, digər köynəklərin 1-ci, yəni razılaşdırılmış nümunəyə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixdə keçirilən iclasında Cavabdeh nümayəndəsi X3 izahatında bildirmişdir ki, Cavabdeh onun anasıdır. İddiaçı MMC ilə onların arasında köynəklərin təqdim olunması barədə müqavilə olmuş və onlar müqavilələyə əsasən bir neçə partiyada köynək təqdim etmişdirlər. Birinci partiya köynəklər İddiaçı MMC tərəfindən qəbul olunmuş və bəyənilmişdir. Sonrakı partiya köynəklər isə İddiaçı MMC tərəfindən köynəklərin keyfiyyətlərinin aşağı olması səbəbi ilə qəbul olunmamışdır. Qeyd edir ki, bütün partiyalarda iddiaçıya təqdim edilmiş köynəklərin dəzgahla kəsimlərini o həyata keçirmişdir. Köynəklər eyni qəlib vasitəsilə kəsilmişdir. Birinci partiya köynəkləri təhvil verdikdən sonra 2-ci partiya köynəklərin hazırlanmasına başlayarkən, parçaları qutarmışdır və onlar Türkiyədən yeni parça sifariş vermişdirlər. Sonrakı partiya köynəklərin hamısının keyfiyyətlərinin aşağı olmasını qəbul etmir. Ola bilər ki, bir neçə köynək keyfiyyətsiz olar. Göstərilən 1-ci nümunə köynəyi onlar tikmişdirlər və 1-ci partiya ilə təhvil vermişdirlər. 1-ci partiya təhvil verdikləri köynəklər İddiaçı MMC tərəfindən qəbul olunmuş və bəyənilmişdir. Göstərilən 2-ci və 3-cü nümunələr də onlara məxsusdur. Həmin köynəkləri iddiaçıya təhvil versələr də, iddiaçı həmin köynəkləri bəyənmir. Halbuki, bu köynəklərin də keyfiyyəti yüksəkdir. Göstərilən 1-ci nümunə yalnız 1-ci partiyada, yəni cəmi 247 ədəd hazırlanmış və iddiaçıya verilmişdir. Qalan bütün partiyalarda göstərilən 2ci və 3-cü nümunələrə uyğun köynək hazırlanmış və iddiaçıya təhvil verilmişdir. Hesab edir ki, iddiaçıya təhvil verilmiş bütün mallar keyfiyyətlidir və eyni standartlara cavab verir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-28/2020 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-kimyəvi ekspertizaları təyin edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/1176-9/2111 saylı ekspert rəyində qeyd olunur ki, 1) Tədqiqata təqdim edilmiş şərti olaraq “1”, “2” və “3” nömrələrlə işarələnmiş qısa qol köynəklərin (uniformalar) parçaların təşkil edən liflərin tərkibinə görə eyni olub pambıq liflərindən ibarətdir, “1” nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) müqayisəli olaraq “2” nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) parçaların sıxlığına və rəngləyicisinin sinifinə görə eyni olub, rəngləyicinin rəng çalarına (tonuna) görə fərqlənirlər, “2” nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) müqayisəli olaraq “3” nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) rəngləyicisinin sinifinə, rəng çalarına (tonuna) görə eyni olub, parçaların sıxlığına görə fərglənirlər 2) Tədqiqata təqdim edilmiş şərti olaraq “1” nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) müqayisəli olaraq “2” nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) ilə parçalarını təşkil edən liflərin tərkibinə, parçaların sıxlığına və rəngləyicisinin sinifinə görə eyni olub, rəngləyicinin rəng çalarına ( tonuna) görə fərglənirlər. 3) Tədqiqata təqdim edilmiş şərti olaraq “2 ’’nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) müqayisəli olaraq “3” nömrə ilə işarələnmiş qısaqol köynək (uniforma) ilə parçalarını təşkil edən liflərin tərkibinə, rəngləyicisinin sinifinə və rəng çalarına (tonuna) görə eyni olub, parçaların sıxlığına görə fərglənirlər. 4. Tədqiqata təqdim edilmiş şərti olaraq , “3” nömrə ilə işarələnmiş qısa qol köynək (uniforma) parçasının sıxlıq göstəricisi “1” və “2” nömrə ilə işarələnmiş qısa qol köynəklərin (uniformalar) parçalarının sıxlıq göstəricisi ilə fərqli (aşağı) olduğu üçün, “3” nömrə ilə işarələnmiş qısa qol köynək (uniforma) aşağı keyfiyyətdə hesab edilər bilər. Bundan başqa, ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara aşağıdakı şəkildə cavablar verilmişdir: 1) Şərti olaraq “1” nömrə ilə işarələnmiş üzərində “Metak” yazısı olan, göy rəngli, 48 ölçülü qısaqol köynək (uniforma) : uzunluğu-68 sm, eni-46 sm, boyun hissəsinin diametri-15 sm, qolları-16 sm. 2) Şərti olaraq “2” nömrə ilə işarələnmiş üzərində “Metak” yazısı olan, göy rəngli, 48 ölçülü qısaqol köynək (uniforma) : uzunluğu-60 sm, eni-48 sm, boyun hissəsinin diametri- 16 sm, qolları-17 sm. 3) Şərti olaraq “3” nömrə ilə işarələnmiş üzərində “Metak” yazısı olan, göy rəngli, 48 ölçülü qısaqol köynək (uniforma) : uzunluğu-65 sm, eni-50 sm, boyun hissəsinin diametri-18 sm, qolları-18 sm. 4) 2 və 3 saylı nümunələrinin ölçüləri fərqlilik təşkil edir. İş materiallarından görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında malların satışı barədə xx xxxxxx 2019-cu il tarixli, T-051/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (Cavabdeh) alıcıya (İddiaçı MMC ) onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə bunun müqabilində bu müqavilə üzrə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malı qəbul etməyi öhdələrinə götürmüşdürlər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli razılaşma protokoluna əsasən, tərəflər “M” ölçülü qısaqol maykanın 1 ədədinin qiymətinin 3 manat olmaqla 3.000 ədəd 9.000 manat dəyərində, “L” ölçülü qısaqol maykanın 1 ədədinin qiymətinin 3 manat olmaqla 5.000 ədəd 15.000 manat dəyərində, “XL” ölçülü qısaqol maykanın 1 ədədinin 3 manat olmaqla 2.000 ədəd 6.000 manat dəyərində, ümumilikdə “M”, “L” və “XL” ölçülü maykalar üçün ödənilməli olan məbləğin 30.000 manat təşkil etməsini və satıcı və alıcının arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən ümumi ödəniləcək 30.000 manat pulun 50 %-ni yəni 15.000 manat alıcıdan satıcıya bank vasitəsi ilə ödəniləcəyi və 10.000 ədəd maykanın satıcıdan (X1) alıcıya (İddiaçı MMC) 25 gün ərzində təhvil verməsi barədə razılığa gəlmişlər. xx xxx 2019-cu il tarixli ödəniş tapşırığı ilə İddiaçı MMC tərəfindən Cavabdeh “xxxx” ASC-də olan hesabına 15.000 manat pul vəsaiti köçürülmüşdür. Cavabdeh xx xxx 2019-cu il tarixli, 014831 qaimə-faktura ilə xx xxx 2019-cu il tarixdə vahidinin qiyməti 3 manat təşkil edən 247 ədəd 741 manat dəyərində göy maykaları (futbolka) İddiaçı MMC-yə təhvil verilmişdir (iddiaçı yalnız məhz bu qaimə-faktura əsasında təhvil verilmiş 247 ədəd 741 manat dəyərində göy maykaları (futbolka) qəbul edir). Daha sonra xx xxxx 2019-cu il tarixdə vahidinin qiyməti 3 manat təşkil edən 540 ədəd 1.620 manat dəyərində, xx xxxx 2019-cu il tarixdə 1.173 ədəd, xx xxxx 2019-cu il tarixdə 779 ədəd göy köynək (futbolka) Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir ki, iddiaçı ilk dəfə təqdim edilmiş 247 ədəd mayka (uniforma) istisna olmaqla, son 3 dəfəyə təqdim edilmiş cəmi 2.492 ədəd malın keyfiyyətsiz olduğunu iddia edir. Bununla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh müraciət edilərək onun tərəfindən 2.492 ədəd keyfiyyətə cavab vermədiyi iddia edilən malın geri təhvil alınmasını və bu mala görə ödənilmiş 7.476 manat pul məbləğinin geri qaytarılmasını, 6.783 manat həcmində müqavilə üzrə ödənilmiş məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsini tələb etsə də, cavabdeh ötən müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İdda ərizəsindən görünür ki, iddiaçının tələbləri 4 hissədən ibarətdir: 1. 2.492 ədəd keyfiyyətə cavab verməyən malın Cavabdeh tərəfindən geri təhvil alınması və bu mala görə ödənilmiş 7.476 manat pul məbləğinin geri qaytarılması; 2. 6.783 manat həcmində müqavilə üzrə ödənilmiş məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi; 3. Cərimə məbləği olaraq 2.851 manat pulun ödənilməsi; 4. Əsassız varlanmaya görə 1.176 manat pulun ödənilməsi. Məhkəmə hər bir iddia tələbinə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. İddia tələbininin birinci hissəsinə, yəni 2.492 ədəd keyfiyyətə cavab verməyən malın Cavabdeh tərəfindən geri təhvil alınması və bu mala görə ödənilmiş 7.476 manat pul məbləğinin geri qaytarılmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 569.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğısatqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 579.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 580.2.1-ci maddəsinə əsasən, əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin. Həmin Məcəllənin 580.3-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 580.4-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.3-cü maddəsinə əsasən, əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarında olan sənədlərdən, iş üzrə tərəflərin nümayəndələrinin izahatlarından, şahid ifadəsindən və ekspert rəyindən müəyyən olunur ki, xx xxxxx 2019-cu il tarixdən etibarən 25 gün ərzində yəni xx.xx.2019-cu il tarixədək, tərəflər arasında razılaşdırılmış rəngdə, keyfiyyətdə, formada və ölçüdə olmaqla, vahidinin qiyməti 3 manat olan cəmi 10.000 ədəd köynək (uniforma) Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilməli olmasına baxmayaraq, müəyyən edilmiş müddətdə və lazımi keyfiyyətdə cəmi 741 manat dəyərində olan 247 ədəd köynək (uniforma) İddiaçı MMC-yə təhvil verilmiş, bu köynəklər (uniformalar) İddiaçı MMC tərəfindən bəyənilmiş və qəbul edilmişdir. Lakin sonrakı 3 dəfədə (partiyada) - xx xxxx 2019-cu il tarixdə 540 ədəd, xx xxxx 2019-cu il tarixdə 1.173 ədəd və xx xxxx 2019-cu il tarixdə 779 ədəd olmaqla, cəmi 7.476 manat dəyərində Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmiş 2.492 ədəd köynək (uniforma) həm müqavilədə nəzərdə tutulmuş müddətdə və keyfiyyətdə təhvil verilməmişdir. Belə ki, Cavabdeh nümayəndəsi X3 izahatında ona göstərilmiş 1-ci nümunənin yalnız 1ci partiyada, yəni cəmi 247 ədəd hazırlanaraq iddiaçıya verildiyini, qalan bütün partiyalarda isə ona təqdim edilən 2-ci və 3-cü nümunələrə uyğun köynək hazırlanaraq iddiaçıya təhvil verildiyini bildirmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/1176-9/2111 saylı ekspert rəyi ilə xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmiş 2.492 ədəd köynəkdən (uniformadan) seçilərək tədqiqat üçün təqdim edilmiş nümunələrin rənginin, parçasının sıxlığının, ölçülərinin və keyfiyyətinin xx xxx 2019-cu il tarixdə təhvil verilmiş və iddiaçı tərəfindən bəyənilmiş bəyənilmiş 247 ədəd köynəkdən (uniformadan) seçilərək tədqiqat üçün təqdim edilmiş nümunədən fərqli olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı şəkildə müraciətlərin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilməli olan mallar vaxtında təhvil verilməmiş, müqavilə şərtlərinə uyğun gəlməyən mallar geri təhvil alınmamış, keyfiyyətsiz malların dəyəri iddiaçıya qaytarılmamışdır. Bundan başqa, təhvil verilməli olan köynəklərin (uniformaların) qısaqol olması nəzərə alınmaqla, onların isti mövsümdə istifadəsi nəzərdə tutulduğundan, onların bir qisminin gec və keyfiyyətsiz, digər hissəsinin isə ümumiyyətlə təhvil verilməməsi nəzərərə alınmaqla, iddiaçının həmin mallara marağı itmiş, bu isə onun tərəfindən başqa bir müəssisə ilə artıq uzunqol, yəni daha soyuq mövsümdə istifadə edilməsi nəzərdə tutulan müqavilə bağlanılması ilə nəticələnmişdir. İşin hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmiş 2.492 ədəd keyfiyyətə cavab verməyən mal Cavabdeh tərəfindən geri təhvil alınmalı və bu mallara görə ödənilmiş 7.476 manat pul məbləği İddiaçı MMC-yə geri qaytarılmalıdır. İddia tələbininin ikinci hissəsinə, yəni 6.783 manat həcmində müqavilə üzrə ödənilmiş məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh “xxxx” ASC-də olan hesabına 15.000 manat pul vəsaiti köçürülmüşdür. Bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya vahidinin qiyməti 3 manat olan, 8.217 manat dəyərində cəmi 2.739 ədəd (247 ədədi müqavilə şərtlərinə uyğun gələn və 2.492 ədədi müqavilə şərtlərinə uyğun gəlməyən) köynək (uniforma) təhvil verilmiş, lakin ödənilmiş 15.000 manatın qalığı olan 6.783 manat (15.000-8.217) pul cavabdehdə qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən, cavabdehdə qalmış 6.783 manat pul məbləği iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 578.1-ci maddəsinə əsasən, satıcı alğısatqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. İddia tələbininin üçüncü hissəsinə, yəni cərimə məbləği olaraq 2.851 manat pulun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin 8.5-ci bəndinə əsasən, malın alıcıya təhvil verilməsinin və ya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya gecikdirilən hər təqvim günü üçün təhvil verilməmiş malın ümumi dəyərinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 200 manat dəbbə pulu tutulmalıdır. İddia tələbininin dördüncü hissəsinə, yəni əsassız varlanmaya görə 1.176 manat pulun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, T-051/19 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normaların hazırki mübahisə üzrə tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 6,30 manatı iddiaçıya aid edilməli, 23,70 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 manatın 197 manatı cavabdeh Bağırova Cavabdeh, 53 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış T-051/19 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmiş 2.492 ədəd köynək (uniforma) Cavabdeh tərəfindən İddiaçı MMC-dən təhvil alınsın və bu köynəklərə (uniformalara) görə ödənilmiş 7.476 manat pul, o cümlədən müqavilə üzrə avans olaraq ödənilmiş 6.783 manat pul, 200 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 23,70 manat olmaqla, ümumilikdə 14.482,70 (on dörd min dörd yüz səksən iki manat, yetmiş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manatın 197 (bir yüz doxsan yeddi) manatı Cavabdeh, 53 (əlli üç) manatı isə İddiaçı MMC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-28/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-28/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver