Məhkəmə qərarları › İş №e-2-2(121)-281/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-281/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-281/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Ali qızının, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 461.945,96 manat borcun, 108.359,13 manat cərimənin, 160 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 570.495,09 manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Ali qızı və Cavabdeh nümayəndəsi X2 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Eyni zamanda həmin məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Ali qızı və Cavabdeh nümayəndəsi X2 tərəfindən məhkəməyə tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təqdim edilmişdir. Məhkəməyə təqdim olunmuş xx xxxx 2021-ci il tarixli barışıq sazişində qeyd edilmişdir ki, cavabdeh xx xxxxxx 2020-ci il tarixindən xx xxxx 2021-ci il tarixinədək əsas borc məbləğinin müəyyən hissəsini ödəmiş və cavabdehin hazırkı Sazişin tarixinə mövcud əsas borc məbləği ƏDV daxil 281.946 manat təşkil edir. Tərəflər öz aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq Sazişini aşağıda qeyd olunan şərtlərlə bağladılar:

1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.

2. Cavabdeh iddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil xərci və dövlət rüsumu) daxil olmaqla, 282.136 (iki yüz səksən iki min yüz otuz altı) manat məbləğində borcunu etiraf edir.

3. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək - 2021-ci ilin aprel ayı üzrə 94.045 manat, 2021-ci ilin may ayı üzrə 94.045 manat və 2021-ci ilin iyun ayı üzrə 94.046 manat iddiaçıya ödəyəcək.

4. İddiaçı cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 282.136 manat məbləğində olmasını təsdiq edir, cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.

5. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

8. Bu Saziş tərəflərin imzaladığı və Şirvan Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və tərəflər imzaladıqda qüvvəyə minir.

10. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər (maddə 52.3). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (maddə 262.5). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261.0.5-ci, 263-264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.

2. Cavabdeh iddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil xərci və dövlət rüsumu) daxil olmaqla, 282.136 (iki yüz səksən iki min yüz otuz altı) manat məbləğində borcunu etiraf edir.

3. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək - 2021-ci ilin aprel ayı üzrə 94.045 manat, 2021-ci ilin may ayı üzrə 94.045 manat və 2021-ci ilin iyun ayı üzrə 94.046 manat iddiaçıya ödəyəcək.

4. İddiaçı cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 282.136 manat məbləğində olmasını təsdiq edir, cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.

5. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

8. Bu Saziş tərəflərin imzaladığı və Şirvan Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və tərəflər imzaladıqda qüvvəyə minir.

10. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə təqdim olunur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar